Tanınmış aktyor da "Bəy Mamed"dən şikayətçidir: MTK sahibi nə cavab verdi? - Video

Tanınmış aktyor da "Bəy Mamed"dən şikayətçidir: MTK sahibi nə cavab verdi? - VideoSəbail rayonunun Əhəd Yaqubov küçəsi, 17 ünvanında yerləşən "Ulubəy" MTK yaşayış kompleksinin sakinləri bir sıra problemlərlə bağlı narazılıqlarını bildiriblər.

Oxu.Az Baku TV-yə istinadən xəbər verir ki, sakinlər binada su təminatı ilə bağlı ciddi problem yaşandığını deyiblər.

Onlar bildiriblər ki, su bəzən günlərlə verilmir. Sakinlər, həmçinin binanın havalandırma sisteminin işləmədiyini və bu səbəbdən ərazidə pis qoxunun yarandığını deyiblər.

Ərazidə fəaliyyət göstərən restoranla bağlı da narazılıq səsləndirilib. Sakinlər gecə saatlarınadək səs-küy olduğunu və restoranın müştərilərinin öz avtomobillərini həyətə park etdiyini bildiriblər.

"Mavi dəniz" restoranı var. Bütün gün ərzində səs-küy olur. Qonaqlar gəlir, yeyib-içirlər, özləri üçün şənlik keçirirlər, biz isə evdə narahat oluruq", - deyə şikayətçi, tanınmış aktyor Əlixan Rəcəbov narazılığını dilə gətirib.

MTK sahibi Məmməd İsmayılov səsləndirilən iddiaların bir qisminə münasibət bildirib. Onun sözlərinə görə, ərazidə uşaqlar üçün futbol və voleybol meydançaları, idman avadanlıqları və istirahət üçün yerlər yaradılıb.

M.İsmayılov, həmçinin Səbail rayonunda su təminatı ilə bağlı ümumi problem olduğunu bildirib və ərazidəki suyun keyfiyyətinin laboratoriyada yoxlanılması üçün aidiyyəti qurumlara müraciət etdiyini deyib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 123   Tarix: 21 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Əsl şikayəti olan gedib sözünü nazirə deyə bilmir"

"Səhiyyə naziri qəbula gedir. Bəndi-bərəni elə kəsdirirlər ki, ora yaxınlaşmaq olmur". "Qafqazinfo" xəbər verir ki, bunu deputat Səyyad Aran Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında bildirib. "Əvvəlcədən nisbətən yumşaq, zərərsiz çıxışları olan adamlar

12:14 177
.

Tramp: Husilər ABŞ-la döyüşməməyə razılaşıb

ABŞ Prezidenti Donald Tramp Yəmənin şimalına nəzarət edən şiə hərəkatı Ənsar Allahın (Husilər) ABŞ-la döyüşməməyə razılaşdığını açıqlayıb. xəbər verir ki, RİA Novosti-nin məlumatına görə, bu barədə Fox News jurnalisti Trey Yingst ABŞ liderinin açıqlamasına istinadən məlumat verib. "Prezident bildiri

10:38 153
.

Pakistan Əfqanıstanda üç hədəfə endirilən hava hücumlarında 28 nəfərin öldüyünü bildirib

Pakistanın informasiya nazirliyi bazar ertəsi günü bildirib ki, Əfqanıstanda üç hədəfə endirilən hava zərbələri nəticəsində 28 "terrorçu" və intiharçı öldürülüb. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, Pakistan Əfqanıstanda Əfqan taliblərinin mövqelərinə zərbələr endirib. Müəllif: İlki

15:25 132
.

Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək

Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına və Qarabağ Universitetinin təhsil potensialının gücləndirilməsinə dəstək məqsədilə yeni tərəfdaşlığa başlayıb. Bu çərçivədə Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) , Təhsilin İnkişafı Fondu (TİF) və Qarabağ Dirçəliş Fondunun (QDF) iştirakı ilə Qarabağd

13:08 159
.

4 il sonra qayıtdılar

Aktyor Elcan Rəsulov və aparıcı Kəmalə Piriyevanın rol aldığı "Bir kişi, bir qadın" serialı 4 illik fasilədən sonra yenidən qayıdır. Axşam.az xəbər verir ki, ekran işinin yeni bölümlərinin çəkilişlərinə artıq başlanılıb. Kəmalə və Elcan kamera qarşısına keçdikləri anları sosial şəbəkədə paylaşıblar

15:00 162
.

"Laven Kafe" 17 yaşlı gənci hər gün 17 saat işlətdi - Əmək haqqını tələb edəndə hədə-qorxu gəldilər (VİDEO)

"Laven Kafe"də çalışan 17 yaşlı Əliyev Rinat Elvin oğlu işlədiyi müddətdə əmək haqqının tam ödənilmədiyini bildirir. "Real Azərbaycan" xəbər verir ki, Rinat Əliyev valideynlərinin icazəsi ilə, ailəsinin maddi vəziyyəti yaxşı olmadığı üçün Ağ Şəhərdə, 2-ci Yaşıl Ada, 3-cü Şərq küçəsind

15:28 169
.

Çin prezidenti Si 23-25 ​​sentyabr tarixlərində ABŞ-a səfər edəcək

Çin Xarici İşlər Nazirliyinin bazar ertəsi günü verdiyi açıqlamada Çin Prezidenti Si Cinpin Prezident Donald Trampın dəvəti ilə 23-25 ​​sentyabr tarixlərində ABŞ-a dövlət səfəri edəcək. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü açıqlamadan qısa müddət sonra keçirilə

15:38 145
.

Qarabağda yeni iqtisadi həyat: rifahın əsas göstəricisi nə olacaq?

Qarabağın gələcək rifahını yalnız tikilən binaların və yolların sayı ilə qiymətləndirmək düzgün olmaz. Burada əsas məsələ dağıdılmış yaşayış məkanlarının yenidən qurulması ilə yanaşı, dayanıqlı iqtisadi və sosial həyatın formalaşdırılmasıdır. Mövzu ilə bağlı BİG.AZ-a açıqlama verən əmlak üzrə eksper

14:25 139
.

CNN, MS NOW və Politico Ağ Evə girişə görə Tramp administrasiyasını məhkəməyə verəcək

Prezident Donald Trampın Ağ Evə girişi qadağan etdiyi üç milli xəbər agentliyi - CNN, MS NOW və Politico - girişlərini bərpa etmək üçün Birinci Düzəliş üzrə məhkəmə iddiası qaldırıblar. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, təcili yardım tələbinin DC Rayon Məhkəməsində federal hakimin qarşısına çıxarılmas

14:58 138
.