Məktəbli formasında yenilik: Ayrı-seçkiliyə yol verilməməlidir
Nazirlər Kabineti "Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri"ndə dəyişiklik edilməsi haqqında" qərar verib. Qərara əsasən, təhsilalanların müəyyən edilmiş geyim formasının vahidliyini pozan, habelə ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərindən istifadə edilməsinə yol verilmir.
Azərbaycan xalqının tarixi, mədəniyyəti və milli-mənəvi dəyərləri ilə bağlı keçirilən tədbirlərdə məktəbin Pedaqoji Şurasının qərarı ilə milli geyimlərdən və ya milli geyim elementlərindən istifadə edilməsinə yol verilir.
Valideynlər və ya digər qanuni nümayəndələr övladları (qəyyumluğunda və ya himayəsində olan şəxslər) tərəfindən geyim forması ilə bağlı tələblərə riayət olunmasını təmin etməlidirlər.
Bu Sənədin tələblərinə təhsilalanlar tərəfindən riayət olunması ilə bağlı məsələlər məktəbin Pedaqoji Şurası tərəfindən həll edilir.
Qərar qəbul edildiyi tarixdən 5 (beş) iş günü müddətində məktəbin rəsmi internet səhifəsində və ya məktəbin məlumat lövhəsində yerləşdirilir.
Mövzu ilə bağlı BiG.AZ-a açıqlamasında Milli Məclisin üzvü Razi Nurullayev bildirib ki, mktəbli forması məsələsində əsas məqsəd məktəbdə vahid mühitin, nizam-intizamın və şagirdlər arasında bərabərlik prinsipinin qorunmasıdır:
"Uşağın hansı ailədən gəlməsindən, valideynlərinin maddi imkanlarından və dünyagörüşündən asılı olmayaraq, məktəbdə hər bir şagird özünü digərləri ilə bərabər hiss etməlidir. Vahid forma bu fərqlərin ön plana çıxmasının qarşısını müəyyən qədər alır və diqqəti geyimdən, brenddən və maddi imkanların nümayişindən təhsilə yönəldir. Bu baxımdan, Nazirlər Kabinetinin yeni qərarını məktəb mühitində vahid qaydaların dəqiqləşdirilməsi kimi qiymətləndirirəm".
Deputatın fikrincə, qərarın tətbiqində ən vacib məsələ konkretlikdir:
""Dünyəvilik prinsipinə uyğun olmayan geyim" anlayışı elə müəyyənləşdirilməlidir ki, məktəb rəhbərliyi ilə valideyn arasında fərqli yanaşmalar yaranmasın. Qaydalar hamı üçün eyni və aydın olmalıdır, heç bir halda ayrı-seçkiliyə və subyektiv yanaşmaya yol verilməməlidir. Digər tərəfdən, məktəbli forması uşaqlar üçün rahat, praktik və onların yaş xüsusiyyətlərinə uyğun olmalı, ailələrə də əlavə maliyyə yükü yaratmamalıdır".
Müsahibimiz vurğulayıb ki, məqsəd uşaqların fərdiliyini sıxışdırmaq deyil:
"Məqsəd məktəbdə hamı üçün eyni qaydaların və bərabər mühitin formalaşdırılmasıdır. Əgər bu prinsip qorunaraq tətbiq olunarsa, yeni qaydalar məktəb mühitində nizam-intizamın və qarşılıqlı hörmətin möhkəmlənməsinə xidmət edəcək".
Aynur Babayeva
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 128 Tarix: 23 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşFəaliyyətinə icazə verilən plastik cərrahların sayı artdı - Siyahı
Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artırılıb. Axşam.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin saytında müvafiq bölmə yenilənib. Hazırda sistemdə olan plastik cərrahların sayı 46-dan 51-ə çatdırılıb. Siyahıya əlavə olunanlar Amin Müzakir oğlu Əliyev, Turab Qurba
22.09.2026 340 Rusiyada təyyarə qəzaya uğrayıb, pilot xəsarət alıb
Rusiyanın Ulyanovsk vilayətində X-32 "Bekas" tipli yüngül mühərrikli təyyarə qəzaya uğrayıb. "Report" Rusiya mediasına istinadən xəbər verir ki, hadisə gündüz vaxtı Annenkovo-Lesnoye kəndi yaxınlığında baş verib. Hava gəmisi yaşayış binalarından uzaq əraziyə, açıq sahəyə düşüb v
22.09.2026 231 Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşıb - Foto
ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin "Newsmax" nəşrinə müsahibəsini paylaşıb. "Qafqazinfo" xəbər verir ki, ABŞ lideri sözügedən müsahibəni özünün "Truth Social"
11:15 73 Azərbaycana payız gəldi
Azərbaycanda astronomik payız başlayıb. BİG.AZ xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib. Bildirilib ki, bu an "payız bərabərliyi" adlanır. Beləliklə, Şimal yarımkürəsində astronomik payız, Cənub yarımkürəsində isə astronomi
10:13 115 Bir şəhər boyda: 1400 ildir böyüyən qəbiristanlıq
İraqın Nəcəf şəhərində yerləşən Vadi-us-Səlam 9 kvadrat kilometrdən çox ərazisi ilə adi qəbiristanlıqdan daha çox nəhəng şəhəri xatırladır. Təxminən 1400 ildir istifadə olunan ərazidə 5-6 milyon insanın dəfn edildiyi təxmin edilir. Qaynarinfo xəbər verir ki, İraqın Nəcəf şəhərində əsrlərdir böyüməy
22.09.2026 283 Meymun yazıçının arvadını öldürdü
Hindistanın Karnataka ştatında 91 yaşlı qadın meymun hücumundan sonra ölüb. xarici mediaya istinadla xəbər verir ki, hadisə Koppal şəhərində qeydə alınıb. Tanınmış yazıçı M.S. Savadattinin həyat yoldaşı Nəcamunnisa Bequm evinin həyətində olarkən qəfil meymunun hücumuna məruz qalıb. Hücum nəticəsind
22.09.2026 272 Maqnitlə işləyən soyuducu - qazsız soyudur
Almaniyada fəaliyyət göstərən "Magnotherm" startapı məhsulları ənənəvi soyuducu qaz əvəzinə maqnit sahəsinin köməyi ilə soyudan yeni soyuducu hazırlayıb. -ın xarici mediaya istinadən xəbərinə görə, Darmştadt Texniki Universitetinin bazasında yaradılan şirkətin hazırladığı sistem maqnitokalori
22.09.2026 237 Ay necə yaranıb? - Yeni missiya sirri aça bilər
Merkuriyə doğru hərəkət edən "BepiColombo" kosmik missiyasının toplayacağı məlumatlar Ayın yaranması ilə bağlı yeni ipucları verə bilər. Tədqiqatçılar planetlərin formalaşdığı dövrdə baş verən nəhəng toqquşmaların Yerin təbii peykinin yaranmasında hansı rolu oynadığını aydınlaşdırmağa çalışırlar
22.09.2026 226 Ceyhun Bayramov Donald Trampın təşkil etdiyi qəbulda olub
Xarici işlər naziri Ceyhun Bayramov ABŞ Prezidenti Donald Trampın ev sahibliyi keçirilən qəbulda iştirak edib. Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi "X"də məlumat yayıb. Qəbul 8 avqustda keçirilmiş Vaşinqton Sammiti və Strateji Tərəfdaşlıq Xartiyasının imzalanmasında
10:16 109