Ermənistan rəsmisi elə gəldiyi gün Bakını tərk edib - Video
Məlum olduğu kimi, Ermənistanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kristine Qriqoryan sentyabrın 22-də Bakıya səfər edib.
"Qafqazinfo" "NEWS.am"a istinadən xəbər verir ki, IV Bakı Təhlükəsizlik Forumunda iştirak edən Qriqoryan elə ötən gün yerli vaxtla saat 23:40-da ölkəsinə qayıdıb.
İlk olaraq onun olduğu təyyarənin saat 21:40-da İrəvana qayıtmalı olduğu bildirilsə də, eniş gözləniləndən 2 saat sonra baş tutub. Gecikmənin səbəbi isə hələ açıqlanmayıb.
Hava limanında olarkən jurnalistlər Qriqoryana bir neçə sual ünvanlayıblar. Erməni jurnalistlər xüsusilə də Bakıda saxlanılan separatçı ermənilərin geri qaytarılması məsələsinin müzakirə olunub-olunmadığını soruşublar. Buna baxmayaraq, Ermənistanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri sualları cavablandırmayıb.
Qeyd edək ki, sentyabrın 22-də Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı ilə beynəlxalq təşkilatların, eləcə də 100-dən artıq ölkənin xüsusi xidmət orqanlarının rəhbərləri və yüksəksəviyyəli nümayəndələrinin iştirakı ilə "Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarşı effektiv əməkdaşlıq mexanizmlərinin formalaşdırılması" mövzusunda IV Bakı Təhlükəsizlik Forumu öz işinə başlayıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 149 Tarix: 23 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAy necə yaranıb? - Yeni missiya sirri aça bilər
Merkuriyə doğru hərəkət edən "BepiColombo" kosmik missiyasının toplayacağı məlumatlar Ayın yaranması ilə bağlı yeni ipucları verə bilər. Tədqiqatçılar planetlərin formalaşdığı dövrdə baş verən nəhəng toqquşmaların Yerin təbii peykinin yaranmasında hansı rolu oynadığını aydınlaşdırmağa çalışırlar
22.09.2026 226 Fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artdı - Siyahı
Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artırılıb. Axşam.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin saytında müvafiq bölmə yenilənib. Hazırda sistemdə olan plastik cərrahların sayı 46-dan 51-ə çatdırılıb. Siyahıya əlavə olunanlar Amin Müzakir oğlu Əliyev, Turab Qurba
22.09.2026 340 Trampın reytinqi Respublikaçılarda narahatlıq yaradıb
ABŞ Respublikaçılar Partiyasının üzvləri noyabrın 3-də keçiriləcək ara seçkilərdə Konqresin hər iki palatasında çoxluğu qorumağa çalışarkən, prezident Donald Trampdan getdikcə daha çox uzaqlaşırlar. xəbər verir ki, bu barədə "Axios" mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, respublikaçıla
11:22 56 İlk Homo sapiensin üzü necə görünürdü?
Bir vaxtlar Afrika neandertalı hesab edilən Cəbəl İrhud fosilləri bu gün ən qədim Homo sapiens nümunələri arasında göstərilir. Müxtəlif fərdlərə aid hissələrin rəqəmsal şəkildə birləşdirilməsi ilə hazırlanmış yeni model ilk əcdadlarımızın üzünün necə göründüyünə dair diqqətçəkən təsəvvür yaradır. Qaynarinf
22.09.2026 540 Rusiyada təyyarə qəzaya uğrayıb, pilot xəsarət alıb
Rusiyanın Ulyanovsk vilayətində X-32 "Bekas" tipli yüngül mühərrikli təyyarə qəzaya uğrayıb. "Report" Rusiya mediasına istinadən xəbər verir ki, hadisə gündüz vaxtı Annenkovo-Lesnoye kəndi yaxınlığında baş verib. Hava gəmisi yaşayış binalarından uzaq əraziyə, açıq sahəyə düşüb v
22.09.2026 231 Türk mediası belə "Çılğın dondurmacı"nın Bakıda qızlarla rəqsindən yazdı
Musiqili və rəqsli dondurma şouları ilə tanınan "Çılğın dondurmacı" ləqəbli şəxsin Bakıda çəkdirdiyi görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Axşam.az xəbər verir ki, Antalyadakı mağazasının sökülməsindən sonra Dubaya, daha sonra isə Bakıya köçən Mehmet Dinçin qızlarla rəqsi haqd
22.09.2026 451 Şəki kəndində gizlənən tarix: Qərbi Azərbaycanın hansı sirləri buradadır? - Video
Qərbi Azərbaycan tarixən yüzminlərlə azərbaycanlının yaşadığı coğrafi məkandır. Bu gün həmin ərazilərdə soydaşlarımızın izləri silinmək istənilsə də, Qərbi Azərbaycandakı qədim məskənlərimizi xatırlamaq və bu barədə məlumatlı olmaq hər birimizin borcudur. "Qərbi Azərbaycanın yaddaş məkanları"
22.09.2026 325 Yaponiyada "Ducuan" tayfunu 4 nəfərin həyatına son qoyub
Sentyabrın 21-də Yaponiyaya daxil olan "Ducuan" tayfunu Honsu adasında ciddi fəsadlara o cümlədən can itkisinə səbəb olub. Azı 4 nəfər ölüb, 6 nəfər itkin düşüb. Yaponiya KİV-nin məlumatınat görə, bu barədə Tokionun yaxınlığında yerləşən və tayfundan ən çox zərər çəkən Kanaqava və Tiba prefekturalarını
22.09.2026 233 Rusiya Ukraynanın sənaye obyektlərinə zərbələr endirib, dörd nəfər ölüb
Çərşənbə axşamı Ukrayna rəsmiləri bildiriblər ki, Rusiya gecə Ukraynanın sənaye mərkəzinə zərbə endirib, dörd nəfərin ölümünə səbəb olub, şimalda baş verən hücum isə minlərlə insanın elektrik enerjisi ilə təminatını kəsib. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, Moskva hava müharibəsini genişləndirərək
22.09.2026 239