Kosmosda bir ilk yaşandı - Yadplanetlilərdən birbaşa radio siqnalı gəlib?

Kosmosda bir ilk yaşandı - Yadplanetlilərdən birbaşa radio siqnalı gəlib?Kosmosda bir ilk yaşanıb. Astronomlar ilk dəfə olaraq Günəş sistemindən kənarda yerləşən bir ekzoplanetdən birbaşa gələn radio siqnalları qeydə alıblar.

BAKU.WS xəbər verir ki, Yer kürəsindən uzaq məsafədə yerləşən "Beta Pictoris b" planetindən daxil olan bu dalğalar, kainatın sirrlərini açmaqda yeni bir mərhələnin əsasını qoyub.

Harvard və Smitson Astrofizika Mərkəzi ilə Oreqon Universitetinin alimləri tərəfindən aparılan tədqiqat zamanı Cənubi Afrikadakı "MeerKAT" radio teleskopundan istifadə olunub. 2025-2026-cı illəri əhatə edən müşahidələr nəticəsində qeydə alınan sürətli və təkrarlanan impulsların mənbəyi dəqiqliklə müəyyən edilib.

Tədqiqatçılar xüsusilə vurğulayırlar ki, bu siqnallar yadplanetli sivilizasiyalar tərəfindən göndərilməyib.

Radio dalğalarının planetin atmosferində baş verən güclü qütb parıltısından (şimal işıqlarına bənzər təbiət hadisəsi) qaynaqlandığı bildirilir.

Mənbə ulduz deyil, planetin özüdür. Əvvəllər bu növ siqnalların ulduzun özündən, yoxsa onun ətrafındakı planetlərdən gəldiyini ayırd etmək mümkün olmurdu.

İndi isə alimlər şüalanmanın məhz "Beta Pictoris b" ekzoplanetindən yayıldığını sübut ediblər.

Bu kəşf sayəsində ilk dəfə olaraq bir ekzoplanetin maqnit sahəsi birbaşa ölçülüb. Yupiterdən 10 dəfə böyük olan bu nəhəng planetin maqnit sahəsinin Yerinkindən minlərlə dəfə güclü olduğu ortaya çıxıb.

Planetin öz oxu ətrafındakı bir dövrünü cəmi 8-9 saata tamamlamasının bu dərəcədə nəhəng qütb parıltılarının yaranmasında əsas rol oynadığı ehtimal edilir.

Bu uğurlu təcrübədən sonra mütəxəssislər oxşar metodologiya ilə yaxınlıqdakı daha 5 ulduz sistemində yerləşən 7 nəhəng ekzoplaneti tədqiq etməyi planlaşdırırlar.

Yeni nəsil radio rəsədxanalarının istifadəyə verilməsi ilə kosmosun daha dərin qatlarından bənzər siqnalların tutulması gözlənilir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 134   Tarix: 23 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Lavrov və Rubio Nyu-Yorkda görüşüb - FOTO

Rusiya xarici işlər naziri Sergey Lavrovla ABŞ dövlət katibi Marko Rubionun Nyu-Yorkda görüşü keçirilir. APA xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. Görüş BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsində çərçivəsində keçirilir

23.09.2026 137
.

Əmlak alarkən yalnız qiymətə baxmayın: Bakıda perspektivli ərazilər

Bakıda daşınmaz əmlak almaq istəyən şəxs üçün "hansı rayon daha yaxşıdır?" sualından daha vacib məsələ əslində budur: hansı ərazidə bu gün alınan əmlakın gələcəkdə dəyərini artıracaq fundamental amillər mövcuddur?. Mövzu ilə bağlı BİG.AZ-a açıqlama verən əmlak məsələləri üzrə ekspert Fəri

23.09.2026 207
.

Naxçıvanda dəhşətli cinayət: Nənə yeni doğulan nəvəsini avtomobildə boğaraq öldürüb

Naxçıvanda yeni doğulan körpəni öldürən 1974-cü il təvəllüdlü K.S.-nin məhkəmə prosesi başa çatıb. -a istinadla xəbər verir ki, Naxçıvan MR Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə dəhşətli faktlar üzə çıxıb. Məlum olub ki, qadının öldürdüyü körpəni onun öz qızı dünyaya gətirib. 52 yaşlı təqsirləndirilə

23.09.2026 236
.

İlham Əliyev Estoniyanın ölkəmizdəki ilk səfirini qəbul etdi - Fotolar - Yenilənib

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Estoniyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tiina Nirki qəbul edib. "Qafqazinfo" xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim edib. Prezident İlham Əliyev səfirlə söhbət edib. Dövlət başçısı Azərbaycanl

23.09.2026 343
.

Ermənistan kəşfiyyat rəhbərinin Bakı səfəri: Sülh üçün yeni kommunikasiya imkanı

Ermənistan Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kristine Qriqoryanın Bakıya səfəri, ilk növbədə, Azərbaycan və Ermənistan arasında təhlükəsizlik müstəvisində təmasların genişlənməsi baxımından diqqət çəkən hadisədir. Qriqoryan sentyabrın 22-də Bakıda keçirilən IV Beynəlxalq Təhlükəsizlik Forumunda iştira

23.09.2026 187
.

Qadın 30,75 saniyəyəburrito yedi: Ginnesin Rekordlar Kitabına düşdü

Heç düşünmüsünüz ki, bir burritonu yemək üçün nə qədər vaxt lazımdır? Birmingemdən olan Lia Şutkever bunu cəmi 30,75 saniyəyə bacarıb. xarici mediaya istinadən Ginnesin Rekordlar Kitabında rəsmi qeydə alınmış nəticə göstərən Lia Şutkever haqqında məlumatları təqdim edir. Lia Şutkever kimdir?. O, sadəc

23.09.2026 174
.

Zelenski-Tramp danışıqlarından sonra Rusiya Kiyevi dronlarla vurdu

Rusiya çərşənbə günü Kiyevə dron hücumları ilə zərbələr endirib, dəmir yolu infrastrukturuna, anbarlara və yanacaqdoldurma məntəqələrinə zərbələr endirib. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, bu, Prezident Vladimir Zelenskinin ABŞ Prezidenti Donald Trampla sülh səylərini müzakirə etmək üçün görüşməsində

23.09.2026 205
.

"Həkim səhlənkarlığı ucbatından bu günə qaldım"

"Həkimlər sümüyümdən analiz götürəndə ombamı sındırdılar. Həm onkoloji xəstəlik, həm də sınıq üst-üstə gəldi. Məni onlar xəstə etdi. Həkim səhlənkarlığı ucbatından bu günə qaldım. Sümüyümdən 3 dəfə sümük qopartdılar. Yaşlı adamam da, sümük nə qədər tab gətirə bilər?! Bu mənim canımdan qopur da

23.09.2026 310
.

Şirkətlərinin 13 milyondan çox borcu olan iş adamının Azərbaycandan çıxışına QADAĞA

Külli miqdarda vergi borcu olan daha bir iş adamının Azərbaycandan çıxışına məhdudiyyət qoyulub. -ın əldə etdiyi xəbərə görə, ölkədə fəaliyyət göstərən bir şəxsə məxsus iki şirkətin dövlət büdcəsinə ümumilikdə 13 milyon 573 min 784 manat vergi borcu yaranıb. Borcların ödənilməsi barədə dəfələrlə şirkətlər

23.09.2026 176
.