ABŞ-də ən yüksək maaş alan CEO-lar - Mask 132 milyard dollarla birincidir

ABŞ-də ən yüksək maaş alan CEO-lar - Mask 132 milyard dollarla birincidirÖtən il ABŞ-nin iri şirkətlərinin rəhbərlərinə (CEO - Chief Executive Officer) verilən kompensasiya paketləri rekord səviyyələrə çatıb.
Yeniavaz.com xəbər verir ki, "Equilar" və "The New York Times"ın araşdırmasına görə, ABŞ-də ən yüksək ödəniş alan 100 CEO üzrə 2025-ci ildə median kompensasiya 39,4 milyon dollar olub.
Bu, əvvəlki illə müqayisədə 35,8 faiz artım deməkdir.
Siyahının ilk pilləsində "Tesla" şirkətinin rəhbəri İlon Mask qərarlaşıb. Onun 2025-ci il üzrə kompensasiya paketinin ümumi dəyəri 132,3 milyard dollar təşkil edib.
Qeyd etmək lazımdır ki, bu məbləğ İlon Maska 2025-ci ildə nağd şəkildə ödənilən pul deyil. Əsas hissə uzunmüddətli səhm mükafatından ibarətdir və məbləğ səhmlərin verildiyi tarixdəki dəyər əsasında hesablanıb.
İkinci yerdə "Figma" şirkətinin rəhbəri Dilan Fild 864,4 milyon dollarlıq kompensasiya ilə qərarlaşıb. "Welltower" şirkətinin rəhbəri Şanx Mitra 821,1 milyon dollarla üçüncü, "Opendoor"un rəhbəri Kasra Nejatian isə 741,1 milyon dollarla dördüncü olub.
Siyahıda "Microsoft"un rəhbəri Satya Nadella 96,5 milyon dollar, "Apple"ın rəhbəri Tim Kuk isə 74 milyon dollarla yer alıb.
Araşdırmada bildirilir ki, CEO-ların kompensasiya paketlərində əsas payı səhm mükafatları təşkil edir. 2025-ci ildə siyahıdakı CEO-lar üzrə səhm mükafatlarının median dəyəri 28,4 milyon dollar olub və bu göstərici əvvəlki illə müqayisədə 44,6 faiz artıb.
2025-ci ildə ABŞ-də ən yüksək kompensasiya alan 25 CEO və onların rəhbərlik etdiyi şirkətlər aşağıdakı kimi olub:
İlon Mask - 132,3 milyard dollar ("Tesla")
Dilan Fild - 864,4 milyon dollar ("Figma")
Şanx Mitra - 821,1 milyon dollar ("Welltower")
Kasra Nejatian - 741,1 milyon dollar ("Opendoor")
Robert Skarinc - 402,6 milyon dollar ("Rivian")
Niraj Şah - 280,8 milyon dollar ("Wayfair")
Hok Tan - 205,3 milyon dollar ("Broadcom")
Devid Zaslav - 165 milyon dollar ("Warner Bros. Discovery")
Devid Solomon - 118,9 milyon dollar ("Goldman Sachs")
Nikesh Arora - 99,7 milyon dollar ("Palo Alto Networks")
Kristofer R. Britt - 99 milyon dollar ("Chime Financial")
Satya Nadella - 96,5 milyon dollar ("Microsoft")
Ceyn Freyzer - 95,8 milyon dollar ("Citigroup")
Çarlz U. Şarf - 94,5 milyon dollar ("Wells Fargo")
Lip-Bu Tan - 93 milyon dollar ("Intel")
Robin A. Vins - 83,5 milyon dollar ("BNY Mellon")
Mark D. Makleyn - 80 milyon dollar ("SailPoint")
Mark N. Kesper - 79,8 milyon dollar ("Thermo Fisher Scientific")
Aci S. Qopal - 77 milyon dollar ("Procore Technologies")
Tim Kuk - 74,6 milyon dollar ("Apple")
Qreqori K. Keys - 74 milyon dollar ("Aon")
Con C. Plant - 71 milyon dollar ("Howmet Aerospace")
Maykl P. Lyons - 70 milyon dollar ("Fiserv")
Con D. Ren - 70 milyon dollar ("Omnicom Group")
Maykl C. Arauqeti - 68 milyon dollar ("Ares Management")


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 93   Tarix: 25 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Daha hər şeyi etdiniz, bircə mobil bankçılıq qalıb" - iqtisadçıdan sərt REAKSİYA

"Kart sayı ilə bağlı məhdudiyyətləri də tətbiq etdiniz, bircə mobil bankçılıq qalıb. Onu da məhdudlaşdırın, siz də rahatlaşın, biz də rahatlaşaq". Bunu BİG.AZ-a açıqlamasında iqtisadçı Asif İbrahimov bildirib. O, qeyd edib ki, amma hər hansı qərar verməzdən əvvəl ilk növbədə təhlil etmək lazımdı

14:38 211
.

Vinisius hər səhvdən sonra jim edir - Ançelottidən Braziliya millisində yeni cəza

Karlo Ançelotti Braziliya millisinin "Real"ın ulduz futbolçusu Vinisiusu motivasiya etmək üçün yeni bir yol tapıb. -ın xarici mediaya istinadən xəbərinə görə, o, artıq bunu Braziliya millisində sınayıb: məşqdəki hər səhvdən sonra hücumçu bir neçə dəfə jim edir. Hücumçu avqustun 26-dan bər

19:00 41
.

Prezident Kobaxidzeyə zəng etdi

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə zəng edib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Prezident İlham Əliyev İrakli Kobaxidzeni ad günü münasibətilə təbrik edib, ona cansağlığı və fəaliyyətində uğurlar

12:23 161
.

Benyamin Netanyahunun BMT-dəki çıxışı: Qüdsün siqnalları və beynəlxalq аrеnada obyektiv qavrayış qıtlığı

"İsrailin Baş naziri Benyamin Netanyahunun Nyu-Yorkda BMT Baş Assambleyasındakı çıxışı müasir beynəlxalq diplomatiyanın əsas problemini - Yaxın Şərqdəki real təhlükəsizlik vəziyyəti ilə bir sıra xarici dövlətlərin bu proseslərə səthi yanaşması arasında dərinləşən fərqi bir daha üzə çıxardı"

12:12 230
.

AB Çindən günəş enerjisi avadanlığına yeni məhdudiyyət qoyur

Avropa Komissiyası AB maliyyəsi hesabına həyata keçirilən enerji layihələrində Çin istehsalı günəş invertorlarından istifadədən imtina müddətini uzatmayıb. Euronewsun məlumatına görə, yeni qaydalar noyabrın 1-dən qüvvəyə minəcək. İnvertorlar günəş panellərinin istehsal etdiyi elektrik enerjisinin şəbəkəd

15:44 149
.

"Mehdi" adlı it mətni etiraz doğurdu: Tədris vəsaitinə kim nəzarət edir?

"Nadanlığın da bir həddi var, məsuliyyətsizliyin də. Xüsusilə söhbət uşaqlar üçün hazırlanmış tədris vəsaitindən gedirsə, bu hədd daha da aydın olmalıdır. Amma görünür, bizdə bəziləri üçün kitab yazmaq və çap etmək o qədər adiləşib ki, artıq orada hansı sözün, hansı adın və hansı mənanın yer aldığın

15:04 199
.

Kallas: Aİ ölkələri Avropa Sülh Fondundan Ukraynaya 6,6 mlrd avro ayrılmasını razılaşdırıb

Aİ ölkələri Avropa Sülh Fondundan Ukraynaya 6,6 mlrd avro məbləğində vəsait ayrılmasının şərtlərini razılaşdırıb. "Report" xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas "X" sosial şəbəkəsində bildirib. "90

20:30 1
.

İlham Əliyev onları təltif etdi - Siyahı

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçuları təltif edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Xüsusi Rabitə və İnformasiy

15:59 247
.

Gürcüstan ATƏT-ə sədr olmaq istəyir

Gürcüstan Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) sədrliyinə namizədliyini irəli sürüb və bütün iştirakçı ölkələrlə əməkdaşlığa hazır olduğunu açıqlayıb. xəbər verir ki, Sputnik Georgia-nın məlumatına görə, bunu Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvil

11:58 146
.