Vuçiç və Putin Serbiyaya qaz tədarükünü müzakirə ediblər

Vuçiç və Putin Serbiyaya qaz tədarükünü müzakirə ediblərSerbiya Prezidenti Aleksandr Vuçiç bu gün rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı zamanı neft-qaz sahəsində əməkdaşlığı müzakirə etdiyini bildirib.

"Report" xəbər verir ki, bu barədə A.Vuçiç sosial şəbəkələrdə yayımladığı müraciətində qeyd olunub.

Onun sözlərinə görə, təxminən bir saat davam edən söhbət "məzmunlu" olub:

"Biz həmçinin Serbiyanın üzləşdiyi enerji problemlərini müzakirə etdik. İlk növbədə, qaz tədarükünə dair sazişə edilən əlavənin qüvvədə olma müddəti bir neçə gündən sonra bitir. Əminəm ki, artıq bazar ertəsindən bu əlavənin müddəti uzadılacaq və biz, əvvəlki kimi, qazı yaxşı, ucuz qiymətə ala biləcəyik".

A.Vuçiç qeyd edib ki, söhbət 1000 kubmetr qaz üçün təxminən 318 avrodan gedir, halbuki bu gün TTF bazarında qiymət 1000 kubmetr üçün 868 avro təşkil edir.

O, həmçinin Putinlə neft sənayesi məsələlərini də müzakirə etdiyini vurğulayıb. Serbiya liderinin sözlərinə görə, bu sahədə vəziyyət daha mürəkkəbdir.

A.Vuçiç qeyd edib ki, sentyabrın 27-də istefa vermək niyyəti barədə Putinə məlumat verib.

"İstənilən halda mən hesab edirəm ki, bu, Serbiyanın gələcəyi barədə vacib bir söhbət idi. Əminəm ki, gələcəkdə Serbiya Prezidenti postunu tutacaq şəxslər Serbiyanın maraqlarını nəzərə ala, belə bir balansı qoruya və beynəlxalq siyasətin bütün vacib subyektləri qarşısında eyni dərəcədə məsuliyyət nümayiş etdirə biləcəklər.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 122   Tarix: 26 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İtkin düşən 5 nəfər ötən gün tapılıb

İtkin düşən 5 nəfər ötən gün tapılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirib ki, sentyabrın 25-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 5 nəfə

20:30 66
.

Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq

Sentyabrın 28-i axşam Azərbaycanın qərb rayonlarından başlayaraq, 30-u gündüzədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı

18:59 150
.

Pakistanda partlayış nəticəsində 11 nəfər ölüb

Pakistanın şimal-qərbindəki Dera-İsmayıl-Xan şəhərində bu gün baş verən partlayış nəticəsində 11 nəfər ölüb və 30 nəfər yaralanıb. "Report" xəbər verir ki, bu barədə "Al Arabia" telekanalı xilasetmə xidmətlərinə istinadən məlumat yayıb. Hadisənin təfərrüatları hələ ki açıqlanmır

15:50 180
.

İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb

Azərbaycan Prezidenti İlham Əliyevin sosial media hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum - AIIF 2026) iştirakına dair video paylaşılıb. BİG.AZ paylaşımı təqdim edir:

15:10 153
.

Komitə sədri: "Şəhərlərimizin əksəriyyətinin 20 illik inkişaf planı hazırdır"

"Azərbaycanda şəhərlərin əksəriyyətinin 20 illik inkişaf planı artıq hazırdır". BİG.AZ "Report"a istinadla xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda bildirib. Onun sözlərin

21:30 0
.

"ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür" - Prezident

"Azərbaycan iri maliyyə resursları hesabına istənilən texnologiyanı əldə edə bilsə də, ölkənin dayanıqlı inkişafında kadr potensialı və toplanmış təcrübə əsas rol oynayır". "Qafqazinfo" xəbər verir ki, bunu Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsind

13:06 153
.

"Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir" - Video

"İndi dünyada digər önəmli amil təhlükəsizlikdir. Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir". "Qafqazinfo" xəbər verir ki, bu fikriləri Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə səsləndirib. "Bizdə kriminogen vəziyyə

12:54 166
.

Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI

Bakıda "Formula-1" Azərbaycan Qran-prisi ilə əlaqədar Bakı Şəhər Halqasının keçdiyi küçələrdə nəqliyyatın hərəkətinə tətbiq edilən məhdudiyyət bu gün gecəyarısı 00:00-da başa çatacaq. xəbər verir ki, yarışların başa çatmasından dərhal sonra - sentyabrın 26-da ərazidə quraşdırılmış konstruksiyaları

19:38 130
.

Azərbaycan tezliklə Tbilisidə A sinifli hotel açacaq

"PASHA Holding" sentyabrın sonu - oktyabrın əvvəlində Tbilisidə A sinifli hotel və biznes mərkəzi açacaq. Bu barədə "Report"a "PASHA Holding" MMC-nin baş icraçı direktoru Cəlal Qasımov II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2026) çərçivəsində bildirib. "Tbilisid

17:20 132
.