Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Ailə cəmiyyətin əsas özəyidir və hər bir vətəndaşın ailə qurmaq hüququ konstitusiya ilə təsbit olunub.
BiG.AZ "Yeni Sabah"a istinadən xəbər verir ki, lakin bu hüquq mütləq xarakter daşımır - dövlət həm tərəflərin, həm də gələcək nəsillərin maraqlarını, fiziki və psixi sağlamlığını qorumaq məqsədilə nikahın bağlanmasına müəyyən hüquqi məhdudiyyətlər tətbiq edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi şəxslərin öz arzuları olsa belə, hansı hallarda evlənməyin mümkün olmadığını dəqiq şəkildə müəyyənləşdirib.
Aşağıda Azərbaycan qanunvericiliyinə əsasən nikahın bağlanmasına maneçilik törədən halları və əsas tələbləri diqqətinizə çatdırırıq. Ailə Məcəlləsinin 12-ci maddəsinə əsasən, aşağıdakı şəxslər arasında nikahın kəsilməsinə qətiyyən yol verilmir:
1. Qohumluq əlaqələri və ilkin nikah
Mövcud nikahın olması: Tərəflərdən birinin və ya hər ikisinin əvvəlki nikahı rəsmi qaydada pozulmayıbsa, ikinci rəsmi nikahın bağlanması mümkün deyil.
Yaxın qohumluq əlaqələri:
Valideynlər və uşaqlar, babalar/nənələr və nəvələr;
Doğma və ögey (ümumi atası və ya anası olan) qardaşlar və bacılar.
Əmi, dayı, xala və bibi uşaqları arasında nikah: Ailə Məcəlləsinə edilən son dəyişikliklərə əsasən, 2025-ci il iyulun 1-dən tətbiq edilən qadağaya uyğun olaraq, bioloji qohum olan əmioğlu-əmiqızı, xalaoğlu-xalaqızı, dayıoğlu-dayıqızı və bibioğlu-bibiqızı arasında nikahın kəsilməsi tam qadağandır.
Övladlığa götürmə münasibətləri: Övladlığa götürənlər ilə övladlığa götürülənlər arasında nikah bağlana bilməz.
Məhkəmə tərəfindən fəaliyyət qabiliyyətsizliyi: Psixi pozuntu nəticəsində məhkəmə qərarı ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin nikaha daxil olmasına izin verilmir.
2. Yaş həddi
Ailə Məcəlləsinin 10-cu maddəsinə əsasən, Azərbaycan Respublikasında nikah yaşı həm kişilər, həm də qadınlar üçün istisnasız olaraq 18 yaş müəyyən edilib. Qanunvericiliyə edilən son dəyişikliklərə əsasən, nikah yaşının üzrlü səbəblərdən 1 il azaldılması qaydası ləğv edilib. Hətta hamiləlik və ya digər müstəsna hallar olduqda belə, 18 yaşına çatmayan şəxslərin nikaha daxil olmasına qətiyyən yol verilmir.
3. Tibbi müayinə məcburiyyəti
Ailə Məcəlləsinin 13-cü maddəsinə uyğun olaraq, nikaha daxil olmaq istəyən şəxslər mütləq qaydada pulsuz tibbi müayinədən keçməlidir. Burada əsas məqsəd tərəfləri bir-birinin sağlamlıq vəziyyəti haqqında məlumatlandırmaqdır. Xəstəliyin (məsələn, İİV/QİÇS, zöhrəvi xəstəliklər və s.) olması avtomatik olaraq nikaha qadağa qoymur. Lakin nikaha daxil olan şəxs özündə bu kimi təhlükəli xəstəliklərin olduğunu qarşı tərəfdən gizlədərsə, aldadılan tərəf sonradan məhkəməyə müraciət edərək nikahın etibarsız sayılmasını tələb edə bilər.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 118 Tarix: 27 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşNazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq
Azərbaycanda orta aylıq əməkhaqqının yaxın illərdə artacağı gözlənilir. Maliyyə Nazirliyinin proqnozuna görə, 2030-cu ildə orta maaş 1 551,5 manata çatacaq. Vətəndaşlar üçün əsas sual orta maaşdan daha çox, minimum əməkhaqqının necə dəyişəcəyi ilə bağlıdır. Orta maaş 1 551 manata çatacaqsa, minimum əməkhaqq
00:17 104 Azərbaycanın avtomobil hissələri idxalına çəkdiyi xərci 14 %-dən çox azalıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycan 1 milyard 485 milyon 186,02 min ABŞ dolları dəyərində nəqliyyat vasitələri və onların hissələrini idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin 8 ayı ilə müqayisədə 252 milyon 544,42 min ABŞ dolları və yaxu
26.09.2026 116 Azərbaycan mebel idxalına çəkdiyi xərci 20 %-ə yaxın azaldıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycan 80 milyon 89,14 min ABŞ dolları dəyərində mebel və onun hissələrini idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin 8 ayı ilə müqayisədə 19 milyon 602 min ABŞ dolları və yaxud 19,7 % azdır. Ötən dövr ərzind
26.09.2026 134 Pensiya yaşı ilə bağlı yeni QAYDA
Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi həmin rütbə üzrə pensiya yaşı kimi müəyyən ediləcək. Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuların statusu haqqında", "Polis haqqında"
00:37 89 Bu ilin avqust ayında aylıq sosial müavinət və təqaüd alanlar...
2026-cı ilin avqust ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 883 084 nəfər olub. Onların 477 042 nəfərini aylıq sosial müavinət, 406 042 nəfərini isə təqaüd alanlar təşkil edib
00:13 98 Xaricdə iş və müxtəlif vədlərlə 32 min manatdan çox dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
Vətəndaşların etibarından sui-istifadə edərək onların 32 128 manat pul vəsaitlərini ələ keçirməkdə şübhəli bilinən E.Vəliyev saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, sözügedən şəxs bir vətəndaşın övladını İsveçrədə işlə təmin edəcəyini vəd edərə
26.09.2026 144 Bu şəxslərin maaşı və pensiyası ARTILIR
Hərbçilərin maaş və pensiyalarının artırılması ilə bağlı yeni islahat paketinin hazırlanması gözlənilir. xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev "Facebook" hesabında paylaşım edib. Onun sözlərinə görə, Azərbaycan Ordusunda əməkhaqqı sisteminin beynəlxalq standartlara uyğunlaşdırılmas
00:25 100 Heydər Əliyev xanımı ilə "Formula 1"də - FOTOLAR
Prezident İlham Əliyevin oğlu Heydər Əliyev xanımı Alyona Əliyava ilə Bakı şəhər halqasında "Formula 1" Azərbaycan Qran-Prisinin əsas yarışını izləyib. onların fotolarını təqdim edir:
26.09.2026 320 İlham Əliyevin sosial media hesablarında 27 Sentyabr - Anım Günü ilə bağlı paylaşım edilib - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial media hesablarında 27 Sentyabr - Anım Günü ilə bağlı paylaşım edilib. BİG.AZ paylaşımı təqdim edir:
00:08 103