Gələcəyin peşələri AÇIQLANDI - Kim seçsə, ömür boyu çörəyi olacaq

Gələcəyin peşələri AÇIQLANDI - Kim seçsə, ömür boyu çörəyi olacaq"PeşəFest" çərçivəsində gələcəyin peşələri sırasında barista, Əşyaların İnterneti (IoT) və UI/UX dizayn və digər istiqamətlər də təqdim olunur. Bu sahələrin bir qismi Azərbaycanda artıq əmək bazarında istifadə olunur. Lakin həmin ixtisaslara yiyələnən şəxslərin iş tapmaq imkanları və bu sahələrdə mütəxəssis tələbatı barədə suallar yaranır. Xüsusilə süni intellektin "Dizaynerlik" kimi bir sıra peşələrə təsir etdiyi dövrdə yeni istiqamətlərin "gələcəyin peşəsi" kimi təqdim olunması onların həqiqətən perspektivli olub-olmadığını gündəmə gətirir.

Azərbaycanda bu peşələrə tələbat hansı səviyyədədir və bu sahədə çalışan şəxslər üçün uzunmüddətli karyera imkanı varmı?

Bizim.Media-ya mövzu ilə bağlı fikirlərini bölüşən təhsil eksperti Ramin Nurəliyev bildirir ki, Dövlət Məşğulluq Agentliyi gələcəkdə əmək bazarında hansı sahələrə daha çox ehtiyac yaranacağını müəyyən edir və bu istiqamətdə təkliflər irəli sürür.

Hazırda təklif olunan peşələr arasında gələcəyə hesablanmış bir sıra sahələr var və onlardan biri barista peşəsidir:

"Barista xüsusi qəhvə hazırlayan və qəhvə aparatları ilə işləmək bacarığına malik mütəxəssisdir. Azərbaycan getdikcə inkişaf edir, turizm sahəsi genişlənir. Yaxın gələcəkdə işğaldan azad olunmuş ərazilərdə turizmin inkişafı, həmçinin "Sea Breeze" layihəsində turizmin güclü şəkildə inkişaf etməsi ilə barista mütəxəssislərinə ehtiyacın artacağı ehtimal olunur.

Xarici təcrübədən də görürük ki, turizm və xidmət sahələrində baristalara tələbat yüksəkdir. Bu istiqamətdə ixtisaslaşan şəxslər yaxşı əməkhaqqı da əldə edə bilirlər. Ona görə Azərbaycanda da bu sahəyə ehtiyacın artacağını düşünürəm".

IoT cihazların internetə qoşulmasını nəzərdə tutur

Ekspert hesab edir ki, hazırda televizor və digər cihazların internetə qoşulması, internet resurslarından istifadə etməsi istiqamətində mütəxəssislərə ehtiyac var:

"Digər mühüm istiqamət isə mobil tətbiq və saytların dizaynının hazırlanmasıdır (UI/UX). Burada söhbət mobil tətbiqlərin, elektron cihazların və saytların dizaynını formalaşdıran mütəxəssislərdən gedir. Bu mütəxəssis həm görünüşü formalaşdırır, həm də istifadə baxımından rahat və diqqət cəlb edən dizayn yaradır. Sayt və ya tətbiqin həm görünüş, həm də istifadə baxımından cəlbedici olması insanların ondan istifadə istəyinə təsir edir. Bu istiqamətlər üzrə mütəxəssislərin hazırlanması ilə bağlı Dövlət Məşğulluq Agentliyi tərəfindən də müxtəlif təlimlər təşkil olunur".

Qeyd edək ki, "PeşəFest-2026" çərçivəsində əmək bazarında aktual hesab edilən 11 peşə və ixtisas istiqaməti müəyyən edilib.

Bunlar barista, bərbər, tibb bacısı/tibb qardaşı, dənizçi, Əşyaların İnterneti (IoT) üzrə mütəxəssis, uçuş mühəndisi, geyim üzrə dizayner, silah mühəndisi, SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi) mütəxəssisi, kibertəhlükəsizlik mütəxəssisi və UI/UX dizaynerdir.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 75   Tarix: 27 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.