Azərbaycanda cəza sistemi dəyişdirilməlidir? - Hüquqşünasdan AÇIQLAMA

Azərbaycanda cəza sistemi dəyişdirilməlidir? - Hüquqşünasdan AÇIQLAMA"Azərbaycanda kontinental, yəni roman-german hüquq sistemi tətbiq olunur. Ancaq həm anqlo-sakson, həm də roman-german hüquq sistemlərində cinayət təqibi prosesi tarixən bir neçə mərhələdən keçib. Hazırda dünyada tətbiq olunan cəza sistemi həm vurulmuş zərərin ödənilməsinə, həm də sosial ədalətin təmin olunmasına yönəlib".

Bu sözləri BiG.AZ-a açıqlamasında hüquşünas Sahib Məmmədov deyib. O bildirib ki, bir şəxs cinayət törədibsə və bunun nəticəsində zərər yaranıbsa, həmin zərər maddi şəkildə ödənilə və ya müəyyən mənada cəza tətbiqi yolu ilə kompensasiya edilə bilər:

"Sistem məhz bu prinsip üzərində qurulub. Azərbaycanın cəza sistemi humanizm prinsiplərinə əsaslanır. Ölkəmiz BMT-nin iki paktına və yeddi konvensiyasına, eyni zamanda, "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasına qoşulub. Yəni cəza sistemimiz əsasən beynəlxalq insan hüquqları kontekstində formalaşıb. Biz ölüm hökmünün, yəni edam cəzasının tətbiqindən imtina etmişik. Ümumiyyətlə, edam cəzasından imtinanın əsas səbəbi ondan ibarətdir ki, digər cəzalar düzgün tətbiq olunmadıqda, istintaq və ya məhkəmə səhvləri baş verdikdə sonradan həmin səhvləri düzəltmək mümkündür. Edam cəzası isə yeganə cəzadır ki, onun icrasından sonra buraxılmış səhvi düzəltmək mümkün deyil. Ona görə də edam cəzası onun adekvat cəza olmaması səbəbindən ləğv edilmir. Xeyr, elə əməllər var ki, edam cəzası həmin əməllərə adekvat hesab oluna bilər. Ancaq bu cəzadan imtinanın əsas səbəbi ondan ibarətdir ki, ölüm hökmü icra edildikdən sonra istintaq və ya məhkəmə səhvi aşkar olunarsa, artıq onu düzəltmək mümkün olmayacaq. Bu səbəbdən müasir dünyada ölüm cəzasından mümkün qədər imtina edilir. Bununla belə, 107 ölkədə bu cəza növü hələ də qalır. Həmin ölkələrin bir çoxunda isə edam cəzası yalnız müəyyən ağır cinayətlərə, o cümlədən qətllərə, terrorçuluğa və dövlət əleyhinə cinayətlərə görə nəzərdə tutulur".

Müsahibimiz qeyd edib ki, Azərbaycanın cəza sistemi də bu prinsiplər əsasında qurulub:

"Bəzən elə hallar olur ki, cəza sistemi cinayətlərin qarşısını almaq üçün kifayət etmir. Bu isə dövlətdə mövcud olan məhkəmə-hüquq sisteminin, ədalət mühakiməsinin nə dərəcədə mükəmməl olmasından asılıdır. Ona görə də bu məsələyə birmənalı cavab vermək mümkün deyil. Bəzi cinayət növlərinin müəyyən cəmiyyətlərdə geniş yayıldığı müşahidə olunduqda, həmin cinayətlərə görə nəzərdə tutulan cəzaların dəyişdirilməsi məsələsi də gündəmə gəlir. Məsələn, Azərbaycanda cəza sisteminin humanistləşdirilməsi ilə bağlı 2017-ci ildə Prezidentin imzaladığı sərəncamdan sonra bir sıra cinayətlərə görə nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzaları alternativ cəzalarla əvəzləndi. Bəzi əməllər isə ümumiyyətlə cinayət təqibi sistemindən çıxarıldı və onlara görə inzibati və ya digər məcburetmə tədbirlərinin tətbiqinə başlanıldı. Bu proses dinamik xarakter daşıyır. Dünya dəyişdikcə cəza sistemi də dəyişir. Süni intellektin və yeni texnologiyaların sürətlə inkişaf etməsi cinayətlərin aşkar olunmasında ənənəvi üsulların bəzən öz əhəmiyyətini itirməsinə səbəb olur. Yeni texnologiyalar bəzi hallarda həmin üsulları tamamilə əvəz edir. Məsələn, hal şahidi institutu öz əvvəlki rolunu tədricən itirir. Çünki hazırda əksər yerlərdə videomüşahidə və çəkiliş imkanları mövcuddur. Beləliklə, cinayətlərin aşkar edilməsi və sübutların toplanması üsulları dəyişir. Bu proses Azərbaycanda da davam edir".

Hüquqşünasın sözlərinə görə, cəza sistemimiz Azərbaycan Respublikası Konstitusiyasının prinsiplərini özündə əks etdirir:

"Konstitusiyanın yanaşmasına görə, heç kimin hüquqları pozulmamalıdır. Hüquqları pozulmuş şəxslərin hüquqlarının bərpasını təmin etmək dövlətin pozitiv öhdəliyidir. Bu öhdəliklərdən biri də zərər vuran şəxsin cəzalandırılması vasitəsilə zərərçəkmiş şəxslə münasibətdə sosial ədalətin bərpa olunmasıdır. Azərbaycanın cəza sistemi də bu prinsip əsasında qurulub. Hazırda ölkəmizdə amnistiya aktları və əfv sərəncamları tətbiq olunur. Bu addımlara humanizm prinsipi baxımından yanaşılır. Lakin bəzi cəmiyyətlərdə amnistiya və əfvin həddindən artıq geniş tətbiqinin nə dərəcədə məqsədəuyğun olması müzakirə edilir. Çünki, məsələn, bir şəxs zərər çəkə, əmlakı dağıdıla və ya sağlamlığına ağır xəsarət yetirilə bilər. Daha sonra təqsirkar şəxsə cəza təyin olunar, lakin həmin şəxs əfv edilər və ya amnistiya aktının təsiri altına düşərsə, zərərçəkmiş tərəfin nöqteyi-nəzərindən sosial ədalət prinsipinin pozulduğu düşünülə bilər. Ona görə də Azərbaycanın cinayət-hüquq sistemi, yenə qeyd etdiyim kimi, roman-german hüquq sisteminə əsaslanır. Cəza sistemimiz də digər oxşar hüquq sistemlərinə malik ölkələrdə tətbiq olunan qaydalara uyğundur. Fərqlər isə əsasən cəzaların sərtliyi və ya yumşaqlığı ilə bağlı ola bilər".

Aynur Babazadə


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 111   Tarix: 27 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.