"Valideynlərin təzyiqi ilə ailə qururlar"

"Valideynlərin təzyiqi ilə ailə qururlar"Erkən nikahlara qanunla qadağa qoyulmasına baxmayaraq, qeyri-rəsmi formada belə hallara hələ də rast gəlinir. Erkən yaşda ailə qurmaq isə yeniyetmələrin təhsildən uzaqlaşmasına, psixoloji problemlərlə üzləşməsinə və ailədaxili münaqişələrin yaranmasına səbəb ola bilər.

Psixoloq Vüsalə Əmiraslanovanın sözlərinə görə, erkən nikahların qarşısının alınması məqsədilə mütəmadi olaraq maarifləndirici təlimlər və seminarlar keçirilir: "Lakin məktəblərdə təşkil olunan tədbirlər belə bəzən problemin həlli üçün kifayət etmir".
"Valideynlərin təzyiqi ilə ailə qururlar"Psixoloq bildirib ki, erkən nikah hallarında bəzən uşaqlar valideynlərinin təzyiqi ilə, bəzən isə öz istəkləri ilə ailə qurmağa qərar verirlər: "Hər iki halda gənclərin ailə həyatına psixoloji və sosial baxımdan hazır olmaması ciddi problemlər yarada bilər".

Onun sözlərinə görə, özləri hələ tam formalaşmamış gənclər ailə qurduqdan və övlad sahibi olduqdan sonra çətinliklərlə üzləşirlər: "Bu vəziyyət zaman keçdikcə münasibətlərin daha da gərginləşməsinə, xəyanətə, ayrılıq qərarlarına və ailədaxili zorakılığa gətirib çıxara bilər. Bəzi hallarda ailə üzvlərinin münasibətlərə müdaxiləsi də gənclərin vəziyyətdən çıxmasını çətinləşdirir".

V.Əmiraslanova erkən nikahların əsas fəsadlarından birinin təhsildən uzaqlaşmaq olduğunu vurğulayır: "Bu hal xüsusilə qızların təhsilini yarımçıq qoymasına səbəb olur. Oğlanlar da erkən yaşda ailə məsuliyyəti daşıdıqları üçün işləməyə məcbur qalır, təhsillərini davam etdirmək və peşə sahibi olmaq imkanlarını itirirlər".

Psixoloqun fikrincə, təhsildən və şəxsi inkişafdan uzaqlaşmaq zamanla gənclərdə peşmanlıq, həyatdan zövq almamaq, depressiv əlamətlər, aqressivlik və özünəqapanma kimi psixoloji problemlərə yol aça bilər.

Erkən nikahların qarşısının alınması üçün yalnız qanuni qadağalar deyil, ailələrdə və təhsil müəssisələrində davamlı maarifləndirmə işlərinin aparılması da vacibdir.

Yeniyetmələrin təhsilini davam etdirməsi, hüquqlarını bilməsi və gələcəkləri ilə bağlı sərbəst qərar vermək imkanlarının qorunması mühüm əhəmiyyət daşıyır.

Aynurə Məmmədova


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 286   Tarix: 19 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Gələcəyin muzeyində sərgilənəcək 10 texnoloji cihaz

Bu gün böyük pullar xərclədiyimiz, yanımızdan ayırmadığımız bəzi texnologiyalar 20 il sonra dünyaya gələcək uşaqlara, çox güman ki, daş dövründən qalma texnologiyalar kimi görünəcək. Texnologiya o qədər sürətlə inkişaf edir ki, bu günün ən müasir cihazları yaxın gələcəkdə tarixə qovuşaraq muzey eksponatların

12:31 271
.

Paşinyan Anna Akopyanla bir yerdə yaşayır? - CAVAB

Ermənistanın baş naziri Nikol Paşinyan həyat yoldaşı Anna Akopyanın Yerevan meri və paytaxtın problemləri ilə bağlı tənqidinə münasibət bildirib. -ın Ermənistan mediasına istinadən xəbərinə görə, noyabrın 19-da keçirilən brifinqdə Paşinyan tənqidi necə qəbul etməsi ilə bağlı suala cavab olaraq bildiri

18:15 222
.

Tramp: 1 yanvardan sonra İranla münaqişədə nə baş verəcəyini görəcəyik

ABŞ Prezidenti Donald Tramp İranla bağlı növbəti addımlar barədə danışıb. Tramp "Fox News" telekanalına müsahibəsində deyib ki, qarşıdan yeni il gəlir və yanvarın 1-dən sonra nə olacağını görəcəklər. "Onlar çox xoşagəlməz davranıblar", - Tramp vurğulayıb

20:30 123
.

COP31-in ən diqqətçəkən iştirakçısı - Rəqəmsal köməkçi fəaliyyətə başladı

Antalyada keçirilən COP31-də iştirakçıların minlərlə sənəd və məlumatı daha asan əldə edə bilməsi üçün süni intellekt dəstəkli "AskUNFCC" adlı rəqəmsal köməkçinin təkmilləşdirilmiş versiyası istifadəyə verilib. Bunu Türkiyə mediasına istinadən bildirib. BMT-nin İqlim Dəyişikliyi üzrə Katibliy

14:13 222
.

Tramp: Ukraynanın mövqeyini nəzərə almadan Putinlə razılaşmaram

ABŞ Prezidenti Donald Tramp Ukraynanın mövqeyini nəzərə almadan Rusiya Prezidenti Vladimir Putinlə sülh müqaviləsi imzalamayacağını bildirib. xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb. Tramp Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində jurnalistləri

10:35 253
.

İranın radioloji hücum planı: Tramp hədəfdə ola bilər - AÇIQLAMA

"İsrail kəşfiyyatının ABŞ-yə İranın mümkün radioloji hücum planları ilə bağlı xəbərdarlıq etməsi beynəlxalq təhlükəsizlik gündəliyində kifayət qədər ciddi məsələdir. Xüsusilə, bu xəbərdarlıqda ABŞ Prezidenti Donald Trampın da mümkün hədəflər sırasında ola biləcəyi ehtimalının səsləndirilməsi vəziyyəti

16:00 251
.

Prezident Vyetnam Xəbər Agentliyinə müsahibə verib

Azərbaycan Prezidenti İlham Əliyev Vyetnam Xəbər Agentliyinə (VNA) müsahibə verib. "Qafqazinfo" müsahibəni təqdim edir. - Hörmətli cənab Prezident, ikitərəfli əməkdaşlığın tarixində yeni mərhələnin başlanması ilə əlamətdar olacaq Vyetnama qarşıdakı rəsmi səfəriniz ərəfəsində Siz Azərbayca

14:59 261
.

"Leyla Əliyevanın səfəri bu əlaqələrin möhkəmləndirilməsində mühüm addım olub" - Prezident

"Humanitar əməkdaşlıq xalqlarımızı və dövlətlərimizi birləşdirən möhkəm körpü rolunu oynayır. Onilliklər ərzində bu əlaqələr təhsil təşəbbüsləri, xeyriyyə layihələri və müntəzəm mədəni mübadilə vasitəsilə davamlı olaraq möhkəmləndirilib". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Azərbayca

15:11 255
.

Sarımsağı mikrodalğalı sobaya qoymağın sirri

Sarımsağın qabığını soymaq mətbəxdə ən adi işlərdən biri hesab edilsə də, bəzən kifayət qədər vaxt aparır. Xüsusilə yemək hazırlamaq üçün çoxlu sarımsaq lazım olduqda bu proses yorucu ola bilər. Lakin aşpazların istifadə etdiyi sadə bir üsul sarımsağın qabığını daha sürətli və asan təmizləməyə kömə

18:45 172
.