İran xarici işlәr naziri Bakıya gəlib

İran xarici işlәr naziri Bakıya gəlibİran xarici işlәr naziri Mәhәmmәd Cavad Zәrif Bakıya gəlib.

Trend-in mәlumatına görә, İran xarici işlәr naziri Mәhәmmәd Cavad Zәrif Bakıda verdiyi açıqlamada bildirib ki, İran dost vә qardaş Azәrbaycanın öz әrazilәrini işğaldan azad etmәsinә vә bu әrazilәrin Azәrbaycan xalqının nәzarәtinә keçmәsinә sevinir.

Zәrif әlavә edib ki, sabah Azәrbaycan tәrәfi ilә Qarabağ, Qarabağda stabilliyin qorunması, azad edilәn әrazilәrin bәrpası, regional әmәkdaşlıq, Şimal-Cәnub vә Cәnub-Qәrb dәhlizlәri haqda müzakirәlәr aparılacaq.

İran xarici işlәr naziri Azәrbaycandan sonra Rusiya, Gürcüstan, Ermәnistana, davamında Türkiyәyә sәfәr edәcәyini deyib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 537   Tarix: 24 yanvar 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş