Bakıda ata qızının damarına heroin vurub öldürdü – Dəhşətli qətlin təfərrüatları

Bakıda ata qızının damarına heroin vurub öldürdü – Dəhşətli qətlin təfərrüatlarıBakıda qızına narkotik maddə vuraraq qəsdən öldürməkdə təqsirləndirilən Hacıağa Salamovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Lakin atanın qızını bu üsulla öldürməsinin səbəbi ictimaiyyətə müəmmalı qalıb.
Sözügedən cinayət işi üzrə materialları təqdim edirik:

.

İttihama görə, hadisə bu ilin martında Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən fərdi evdə qeydə alınıb. 1985-ci il təvəllüdlü Salamova Gülər Hacıağa qızının meyiti yaşadığı evdə aşkarlanıb. Xəzər rayon Prokurorluğunun araşdırmasına əsasən, 1960-cı il təvəllüdlü Hacıağa Salamov qısqanclıq zəminində qızının bədəninə iynə ilə yüklü miqdarda heroin yeridib.

Nəticədə G.Salamova zəhərlənərək ölüb.

Məhkəmədə ifadə verən H.Salamov özünü ittiham üzrə tam təqsirli bilib.

O ifadəsində deyib ki, əvvəllər narkotik maddə istifadəsi və qəsdən adam öldürmə cinayətlərinə görə məhkum olunub. Onun 3 qız və 1 oğlan övladı olub. Mərhum Gülər onun ilk övladı imiş: "Gülər 2007-ci ildə qohumumuz Eldənizlə ailə həyatı qurdu. Onların 3 övladı vardı. Eldəniz ailəsi ilə birlikdə işləmək üçün Rusiyaya getdi. 6-7 il orada yaşadılar. Eldəniz ticarətlə məşğul olurdu. Sonradan işləri pisləşdi. Bu səbəbdən Gülərgillə birlikdə Bakıya qayıtdı. 2018-ci ildə Gülərin əri Eldəniz yenidən işləmək üçün Rusiyaya getdi. Bundan sonra qızım ilə əri arasında problemlər yaşandı. Lakin bu barədə mənim sonradan məlumatım olub. Lakin kürəkənim uşaqlarına baxmaq üçün qızıma həmişə pul göndərirdi".

H.Salamov qeyd edib ki, hadisədən 1 il əvvəl qızı Maştağa qəsəbəsində yerləşən kursda rus dili müəlliməsi kimi işləməyə başlayıb: "Bundan sonra, Gülərin hərəkətlərində dəyişikliklər hiss etdim. Qızım uşaqlarına qayğı göstərmirdi, evin işləri ilə məşğul olmurdu. Təxminən 2020-ci ilin noyabr ayında onun əxlaqsızlıq etməsi, bir nəfər şəxslə əlaqə qurması, aralarında sevgi münasibətləri olması barədə məlumat aldım. Gülərə dəfələrlə belə hərəkətlər etməməsini dedim. Xatırlatdım ki, evlidir, 3 övladı var, onlara qayğı göstərməlidir. Lakin Gülər sözlərimə qulaq asmayaraq öz həyatı olduğunu, istədiyi kimi yaşayacağını, hansı hərəkəti istəyirsə onu da edəcəyini deyərək həmin hərəkətlərini davam etdirməyə başladı. Hətta sonradan mənə məlum oldu ki, nəvələrim evdə olan zaman Gülər yad kişiləri evə gətirib. Bundan sonra nəzarət etmək üçün həyat yoldaşım və oğlum ilə birlikdə qızımın evində yaşamağa başladıq. Hətta telefon işlətməyi qızıma qadağan etdim, işdən də çıxardım. Buna baxmayaraq, qızım 2021-ci ilin yanvar ayında evdən qaçdı. Bununla bağlı polis şöbəsinə məlumat vermişəm. Səhəri evə qayıtdı. Gülərdən hara getdiyini soruşduqda, qadağalardan bezdiyini, əsəbiləşdiyini, bu səbəbdən evdən çıxaraq sakitləşmək üçün rəfiqəsigilə getdiyini bildirdi. Bundan sonra təxminən 19-20 mart 2021-ci il tarixdə Gülər yenidən evdən qaçdı və bir neçə gün evə gəlmədi. Bu dəfə utandığımdan polisə məlumat vermədim".

Qızını qətlə yetirən ata deyib ki, mart ayının 22-də Gülər evə gələrək paltarlarını götürüb birdəfəlik evdən çıxıb getmək istədiyini bildirib: "Təxminən saat 16-17 radələrində evə gəldim. Gülərlə söhbət edərək nə səbəbə bu cür davranışlara yol verdiyini soruşduqda, o cavabında bildirdi ki, necə istəyirsə, elə də yaşayar, heç kəs ona qarışa bilməz. Bundan sonra beynim çöndü. Güləri öldürmək qərarına gəldim. Beynimdə planladım ki, narkotik maddəni ona vursam, maddənin təsirindən öləcək. Həyətdə yerləşən tövlədə təxminən bir ay əvvəldən Buzovna ərazisində yolun kənarından tapdığım və şəxsi istifadə üçün gizlətdiyim təxminən 1 qram çəkidə narkotik vasitəni çıxarıb alışqanla isidərək maye halına saldım. Mayeni şprisin içinə çəkib hazır vəziyyətdə saxladım. Sonra evə gəlib yoldaşıma qızım ilə ata-bala söhbəti etmək istədiyimi dedim. Bildirdim ki, bizi tək qoysun. Onlardan Şüvəlanda yerləşən evimizə getmələrini istədim. Yoldaşım evdən çıxan kimi qapını bağladım. Qonaq otağına keçib düzəltdiyim şprisi masanın üzərində olan süfrənin altına qoydum, sonra isə Güləri qonaq otağına çağırdım".

H.Salamov bildirib ki, qızı qonaq otağına gələndə o, sonucu dəfə xəbərdarlıq edib, əxlaqsız davranışlardan çəkinməsini bildirib, lakin qızı sözlərinə qulaq asmayaraq yenidən nalayiq cavab verib: "Həmin vaxt onun boğazından tutub sol qolunu burub süfrənin altında olan şprisi götürərək Gülərin sol qol nahiyəsinə vurdum. O, müqavimət göstərdiyindən şpris yarıya çatmamış qolundan çıxdı. Yenidən şprisi Gülərin sol qol nahiyəsinə batırıb qalan narkotik vasitəni də onun bədəninə yeritdim. Gülər müqavimət göstərirdi, əlbəyaxa olduq, sifətimə xəsarət yetirdi, barmaqlarımı dişlədi. Lakin qısa bir müddətdən sonra Gülər halsız vəziyyətə düşdü. Boğazından yapışıb sıxmağa başladım və onu boğaraq öldürdüm. Qızımın həmin vaxt tərpənmədiyini və nəfəs almadığını gördüm. Gülər narkotikin təsirindən yox, mənim boğmağımdan sonra öldü. Daha sonra onu qonaq otağında yerləşən divanın üzərinə uzatdım. Təxminən 2-3 saata yaxın meyitin başında oturub ağladım. Sonra DİN-nin "102" xidmətinə zəng edərək törətdiyim hadisə ilə bağlı məlumat verdim və təslim oldum. Hərəkətimdən peşmanam".

G.Salamovun meyitinin müayinəsi zamanın onun narkotikin təsirindən öldüyü məlum olub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə H. Salamov qəsdən adam öldürmə, narkotik vasitələri əldə etmə və saxlama maddələri ilə təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Mənbə: Lent.az


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1474   Tarix: 14 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

22 İyul – Milli Mətbuat və Jurnalistika Günü

Bu il Milli Mətbuat Gününün 150-ci ili qeyd edilir. Bu tarixi günün qeyd edilməsi unudulmaz maarifçi Həsən bəy Zərdabi olmuşdur. Bildiyimiz kimi XIX əsr Azərbaycan tarixində milli oyanışı, maarifçiliyi ilə xüsusilə seçilən dövrdür. Bu dövrdə maarifçilərimiz insanların maariflənməsi, ana dilinin təbliğ

11:59 176
.

Yuxuda niyə kabus görürük?- Alimlər AÇIQLADI

Oreqon Dövlət Universitetində aparılan yeni bir araşdırma tənhalıq və tez-tez kabuslar görmək arasında birbaşa əlaqə tapıb. Qadınlar bu baxımdan xüsusilə həssasdırlar - alimlərin fikrincə, onlar yuxunun keyfiyyətinə birbaşa təsir edən emosional yüklənmədən və dəstəyin olmamasından daha çox əziyyət çəkirlər

15.07.2025 383
.

"Şakir Paşa" serialının qəhrəmanı həbs edildi

Türkiyədə ölkə daxilində bütün ticarət fəaliyyətlərinin dayandırılması ilə bağlı sosial mediada "boykot" çağırışları edən aktyor Cem Yiğit Üzümoğlu da daxil olmaqla 21 şübhəli barəsində aparılan istintaq yekunlaşıb. türk mediasına istinadən xəbər verir ki, hazırlanan ittiham aktında hər bi

12:23 258
.

Paşinyan: "Ermənistan və Azərbaycan sülh sazişini paraflaya bilər"

"İrəvan və Bakı sülh sazişini imzalamazdan əvvəl paraflaya (beynəlxalq müqaviləni, sazişi rəsmən imzalanana qədər ilkin imzalamaq - red.) bilər". -ın "İnterfaks"a istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan mətbuat konfransında deyib. "Bəli

13:06 186
.

Evindən 9 insan başı tapılan şəxs edam edildi

Yaponiyada polis 27 yaşlı Takahiro adlı şəxsin evində 9 insan başı və 240 ədəd insan sümüyü aşkarlayıb. xarici mediaya istinadən xəbər verir ki, saxlanılan Takahiro barəsində məhkəmə tərəfindən edam hökmü çıxarılıb. Bu hadisə Yaponiyada ölüm hökmlərinin icrası üzrə üç ilə yaxın davam edən fasiləni d

15.07.2025 641
.

Tələbə qızın meyiti çamadanda tapıldı

Türkiyənin İstanbul şəhərində 21 yaşlı tələbə Ayşe Tokyazın meyiti küçələrin birində çamadanda aşkarlanıb. xarici mediaya istinadən xəbər verir ki, aparılan araşdırmalar nəticəsində gənc qızın 38 yaşlı polis əməkdaşı ilə sevgili olduğu məlum olub. Verilən ifadələrə görə, Ayşə Tokyaz son dəfə sevgilis

11:28 307
.

Yekaterinburqda Azərbaycan diasporunun rəhbərinin oğluna qarşı CİNAYƏT İŞİ AÇILDI

Rusiyanın Yekaterinburq şəhərində Azərbaycan diasporunun rəhbərinin oğlu Mutvalı Şıxlinskiyə qarşı cinayət işi açılıb. TASS-a istinadən xəbər verir ki, bu barədə Sverdlovsk vilayətinin Vəkillər Palatasının prezidenti İqor Putintsev məlumat yayıb. "Vəkillər Palatası Mutvalı Şıxlinskiyə qarşı cinayə

12:24 258
.

Leyla Əliyeva Türkmənistan Xalq Məsləhəti sədrinin qızı ilə görüşüb

İyulun 16-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun qızı Oquldjaxan Atabayeva ilə görüşüb. bu barədə AZƏRTAC-a istinadən xəbər verir

14:17 197
.

Goranboyda yeyib-içən dostlar əlbəyaxa davaya çıxdılar: Xəsarət alanlar var

Goranboy rayonunda tanışlar arasında dava olub. -ın məlumatına görə, hadisə rayonun Veyisli kəndində baş verib. Kənd sakinləri Turac Zeynalov, Elşad Abuzərov və Elbəyi Mustafayev kənd ərazisində yeyib-içəndən sonra aralarında mübahisə yaranıb. Mübahisə əlbəyaxa davaya çevrilib. Hadisə nəticəsində hə

11:20 203
.

TOP MP3