"Onu döyəndən sonra 800 manatı cırıb atdım" - Alim Qasımovun kürəkəni

"Onu döyəndən sonra 800 manatı cırıb atdım" - Alim Qasımovun kürəkəniXalq artisti Alim Qasımovun həbs edilən kürəkəni Elnur Mövlamovun soyğunçuluq əməlləri ilə bağlı bir sıra detallar məlum olub.

"Qafqazinfo"nun məlumatına görə, ötən həftə Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə azadlıqdan məhrum edilən E.Mövlamovun cinayət əməlindən zərərçəkmişlərdən biri də onun həyat yoldaşı Fərqanə Qasımovanın prodüseri Rəşadət Fərzəliyev olub.

.

Rəşadət Fərzəliyev Fərqanə Qasımova ilə bir müddət işbirliyi edib. Daha sonra aralarında maliyyə məsələlərinə görə problem yaranıb və Fərqanə əməkdaşlığa son qoyub. Qasımovanın əri məsələni aydınlaşdırmaq üçün prodüserin iş yerinə gedib.

Bu zaman aralarında mübahisə yaranıb və Elnur Rəşadəti döyərək pulunu alıb. O, studiyadan çıxarkən Rəşadətə məxsus 1850 manat pul, musiqi alətləri və texnikaları götürüb. Elnur Mövlamov isə istintaqa ifadəsində bildirib ki, Rəşadəti həyat yoldaşı Fərqanəyə mesaj yazaraq narahat etdiyi üçün döyüb:

"Fərqanə Rəşadətlə işləmək istəmədiyindən ondan "Youtube" kanalının şifrəsini istəyirdi. Amma Rəşadət şifrəni verməkdən imtina edirdi. Bundan sonra Rəşadət Fərqanəyə mesaj yazaraq onu narahat etməyə başlayıb. Rəşadət isə Fərqanə ilə işbirliyini bitirməyəcəyini deyib. Fərqanə Rəşadətin bir neçə aydır onu narahat etdiyini dedi.

O, həm də Rəşadətin ona məxsus olan "Youtube" kanalının şifrəsini və hard diskləri vermədiyini, onları Rəşadətdən götürməyimi xahiş etdi. Rəşadətin iş yerinə gedəndə mənə dedi ki, Alim Qasımov və Fərqanə Qasımovanın ona 1950 manat borcu var. Daha sonra Rəşadətdən Fərqanəni niyə narahat etdiyini soruşdum. Cavab verə bilmədi, onu döyməyə başladım. Sonra siyirmələrdən və prodüserin cibindən 1850 manat pul götürdüm. Pulun 800 manatını cırdım, qalanını studiyadan çıxdıqdan sonra atdım".

Zərərçəkmiş R.Fərzəliyev isə ifadəsində bildirib ki, 2019-cu ildən F.Qasımova ilə əməkdaşlıq edib. O, xanəndənin onlayn musiqi platformalarından gələn gəlirlərinin 50 faizinə ortaq olub: "Fərqanə xanıma gördüyüm işlərin müqabilində mənə 1950 manat borcu yaranmışdı. Buna görə də "Youtube", "Apple music", "Spotify", "Facebook" səhifələrinin şifrəsini vermirdim. Pulumu tələb etsəm də, Fərqanə zənglərə cavab vermədi. Bunu Elnur studiyaya gələndə ona da dedim. Daha sonra Elnur niyə Fərqanəni narahat etdiyimi deyərək nalayiq sözlər işlətdi. Məni təpik-yumruqla döyməyə başladı. Qorxduğum üçün "Youtube" şifrəsini verdim".

Prodüserin sözlərinə görə, Elnur onu Fərqanədən üzr istətdirərək videoya da çəkib. Daha sonra götürdüyü pulu qaytarmayacağını bildirib: "Pulun bir hisəəsinin cırıb yerə atdı. Elnur qalan pulu saydıqda 1050 manat olduğunu görüb həmin pulları göstərərək "bu da bizim yeyib-içmək pulumuz" deyib cibinə qoydu".

Məhkəmə materiallarından əldə etdiyimiz məlumata görə, E.Mövlamov 2004-cü ildən sakitləşdirici təsir məqsədilə narkotik vasitələr istifadə edib.

Qeyd edək ki, E.Mövlamov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) və 180.2.4 (insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədilən soyğunçuluq) maddələri ilə təqsirli bilinərək 9 il müddətə azadlıqdan məhrum edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 16699   Tarix: 15 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Şəhid ailəsi qəzaya düşdü - 5 nəfər yaralandı

Şəhid ailəsi Cəbrayılda qəzaya düşüb, yaralılar var. xəbər verir ki, ötən gün Camal İsgəndərov idarə etdiyi "Opel" markalı avtomobillə hərəkətdə olarkən idarəetmədən çıxaraq yol kənarına aşıb. Qəza zamanı sürücü C.İsgəndərov, onun anası Səkinə İsgəndərova, həyat yoldaşı Ramilə İsgəndərova

14.07.2025 351
.

Netanyahu: İran İsrailə qarşı nüvə silahından istifadə etməyə hazırdır

İsrailin Baş naziri Benyamin Netanyahu iddia edib ki, İran guya nüvə bombası yaratmağa və ondan yəhudi dövlətinə qarşı istifadə etməyə hazırdır. "Report"un məlumatına görə, onun sözlərini "Fox News" telekanalı sitat gətirib. Netanyahu iddia edib ki, İslam İnqilabı Keşikçiləri Korpus

13.07.2025 346
.

"Taxta bazarı"nda yanğın (VİDEO)

Bu gün Bakı şəhərinin Nərimanov rayonunda "Taxta bazarı" kimi tanınan ərazidə yanğın baş verib. BİG.AZ Fövqalədə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar. Qüvvələrin operativ müdaxiləs

14.07.2025 284
.

Ukrayna Müdafiəsini Gücləndirmək Üçün Çoxmillətli Qüvvələrin Qərargahı Yaradılacaq

Ukrayna müdafiəsini gücləndirmək məqsədilə çoxmillətli qüvvələrin qərargahının yaradılması haqqında qərar qəbul edib. xarici mediaya istinadən xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Vonsanda keçirdiyi mətbuat konfransında bu qərara münasibət bildirib. O qeyd edib: "Biz beynəlxal

14.07.2025 217
.

Ailə münaqişəsində atasını qətlə yetirdi

Türkiyənin Bodrum şəhərində ailə münaqişəsi faciə ilə nəticələnib. Mübahisə zamanı oğul atasını qətlə yetirib. xarici mediaya istinadən xəbər verir ki, ətrafda olan şəxslər dərhal hüquq-mühafizə orqanlarına məlumat veriblər. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Cinayəti törədən şəxs saxlanılı

14.07.2025 212
.

Türkiyədə hoteldə faciəvi yanğına dair keçirilən məhkəmə iclasında maraqlı faktlar üzə çıxıb

Türkiyənin Bolu vilayətində "Kartalkaya" xizək kurortunda yerləşən "Grand Kartal" hotelində xeyli sayda insanın ölümü ilə nəticələnmiş yanğınla bağlı keçirilən məhkəmənin növbəti iclası baş tutub. bu barədə "Haber Global" telekanalına istinadla xəbər verir. Bildirilir ki

13.07.2025 461
.

İsrail ilk milli rabitə peykini orbitə buraxıb

İyulun 13-də İsrailin "Dror-1" rabitə peyki ABŞ-nin Florida ştatındakı Kanaveral kosmodromundan buraxılıb. xəbər verir ki, bu barədə "Israel Aerospace Industries" şirkəti məlumat yayıb. Qeyd olunub ki, "Dror-1" peyki İsrailin təxminən 15 il ərzində peyk rabitəsi ehtiyacların

13.07.2025 205
.

Çin Yaponiyanı təhlükəsizliyə risk yaratmaqda ittiham edib

"Yaponiya gəmi və təyyarələrinin Çinə qarşı apardıqları kəşfiyyat fəaliyyəti iki ölkə arasındakı dənizdə və hava məkanında təhlükəsizlik üçün risk səbəbidir". TASS-a istinadla xəbər verir ki, bu bəyanatla Çin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Szyan Bin çıxış edib. Onun sözlərinə görə

13.07.2025 254
.

Kartofun bişirilməsində ən zərərli üsul açıqlanıb – bu qızartma deyil

Bir çox insanın sevdiyi kartof düzgün hazırlanarsa, həm ləzzətli, həm də faydalı ola bilər. Lakin yeni tədqiqatlar göstərib ki, bəzi bişirmə üsulları bu tərəvəzin qidalandırıcı dəyərini ciddi şəkildə azaldır. Mütəxəssisləri xəbərdarlıq edir: kartofu çoxlu suda qaynatmaq, onu bişirməyin ən zərərli üsuludur

14.07.2025 158
.

TOP MP3