"Qələbə xəbərindən sonra yoldaşım zəng vurub ağlaya-ağlaya..." - Jalə Həsənli - FOTOLAR

"Qələbə xəbərindən sonra yoldaşım zəng vurub ağlaya-ağlaya..." - Jalə Həsənli - FOTOLARBu gün Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun möhtəşəm qələbəsi sayəsində ərazi bütövlüyümüzün bərpasına səbəb olan Vətən müharibəsinin başlamasının 1 ili tamam olur. Cənab Prezident İlham Əliyevin sərəncamı ilə hər il 27 sentyabr anım günü kimi qeyd ediləcək.

Belə bir gündə BiG.AZ saytının qonağı qələbə xəbərinin ilk carçısı olan, bu xəbəri bizə sevinc göz yaşlarıyla çatdıran, gülməli səslənsə də, ermənilərin "özəlləşdirmək" istədikləri gözəl aparıcımız Jalə Həsənlidir.

Onunla səmimi müsahibəni oxucularımıza təqdim edirik:

- Jalə xanım bu gün qələbə ilə başa çatan Vətən müharibəsindən tam bir il ötür. Qələbə xəbərinin ilk carçısı, xalqımıza o sevincli xəbəri ağlaya-ağlaya çatdıran aparıcımızsınız. Həmin anları necə xatırlayırsınız?

- Çox həyəcanlı idim. Hər dəfə müsahibə verəndə və bununla bağlı sual eşidəndə eyni hissləri yenidən yaşayıram. Çox qürurlu idim. Nəzərə alsaq ki, 30 ilə yaxın müddətdə işğal altında olan torpaqların ilk qələbə sevincini xalqa sən çatdırırsan, bunun inanılmaz dərəcədə çox iftixarlı, eyni zamanda məsuliyyətli bir iş olduğunu anlamaq mümkündür.
Sentyabrın 27-si səhər tezdən mən işə getmişdim. Xüsusi buraxılışlarımız olacaqdı. Dedilər, cəbhədə vəziyyət çox gərgindi, artıq Azərbaycan cavab atəşi açır, müharibə başlayıb. Evdən necə tələsik çıxdım, hansı hisslərlə getdim, təsəvvürü belə həyəcanlıdır.
İlk dəfə 27 sentyabr, səhər saat 10-00-da efirə çıxdım. Elan etdik ki, Azərbaycan da qarşı tərəfə cavab atəşi açır və müharibə başlayıb. Üstündən 3-4saat keçdi. Mən studiyadaydım. Deyildi ki, Hikmət Hacıyev jurnalistlər üçün brifinq keçirir və bütün kanallar oraya canlı bağlanacaq.
Mənə canlı bağlanana kimi efiri idarə etmək tapşırıldı.
Mən də xəbərləri oxuyurdum, amma cavab gözləyirdim ki, canlı bağlanaq. Qulağıma dedilər ki, "Jalə, ola bilər, biz canlı bağlantı qura bilməyək, texniki problem var. Amma biz orada nə olsa, sənə deyəcəyik. Sən, zəhmət olmasa, əlindəki məlumatları ötür".
Mən əlimdəkiləri oxudum. Birdən qulağıma rejissorumuz çox həyəcanlı, titrək səslə "Jalə, azad olunub, azad olunub, de ki, torpaqlarımız azad olunub" dedi. Bu həmin kadrlarda da var: mən əvvəl "bəzi torpaqlarımız işğaldan azad olunub"deyirəm, çünki həmin rayonların adlarını demirdilər.
Buraxılış bitənə yaxın yeni xəbər gəldi. Hətta videoda da düşüb: rejissorumuzun titrək səsi, mən qələmi əlimdə tutmuşam və bilmirəm necə yazım ki, dəqiq məlumat olsun. Nəhayət deyildi ki, Füzulinin dörd, Cəbrayılın iki kəndi azad olunub. Səsimi toparlamağa çalışıram, həyəcanımı yenməyə çalışıram ki, xəbəri daha səliqəli formada çatdıra bilim. Nəhayət o cümləni səsləndirdim. Həmin tarixi cümlə məni bütün Azərbaycana, hətta sərhəddən də kənara tanıtdırdı...

"Qələbə xəbərindən sonra yoldaşım zəng vurub ağlaya-ağlaya..." - Jalə Həsənli - FOTOLAR- Bu hadisəni danışarkən indi də kövrəldiniz....

- Çünki dediyim kimi, həmin hissləri, həyəcanı hər dəfə yenidən yaşayıram... Kövrəlməmək mümkün deyil.

- Bəli, həmin kadrlar təkcə bizim ölkəmizdə deyil, Türkiyə mətbuatında da gündəm oldu. Haqqınızda başqa ölkənin yazdığı xəbərləri görəndə hansı hissi keçirdiniz?

- Hələ də yadımdadır ki, saat 14:08 -də bu xəbər çıxdı, 14:14-də rayonların adı çəkildi və təxminən saat 14:30 idi.. Mən studiyadan çıxmışdım, həyətdə söhbət edirdik, hamı bir-birini təbrik edirdi. Studiyada keçirtdiyim həyəcan birinci o qəhərlə gəlmişdi, amma sonra artıq mən sevinirdim. Üstündən 5-10 dəqiqə keçdi. İş yoldaşım gəlib dedi ki, "Xəbərin var, Jalə, gör haralara yayılıb səsimiz?" Baxdım ki, türk televiziyaları, xəbər saytları həmin videomu yayımlayıb.. Mən artıq xarici nömrələrdən zəng gəlməyə başladı. Nə qədər türk kanalları, xəbər saytları ilə müsahibələrim oldu. Onlar da çox sevincli, qürurlu idilər. Yenə deyirəm, qələbə xəbəri o qədər sevincli idi ki, artıq bunun hara qədər səs salmağı mənim bunu necə qarşılamağım bir az sönük qalır. Təbii ki. sevincli idim, Azərbaycanın adının qələbə ilə, sevinclə yayılmasının qürurunu yaşayırdım. Orada mənim də zərrə qədər payım var idisə, həmin xoşbəxtlikdən mən də özümə pay götürürdüm. Amma əsas olan Azərbaycanın qələbəsi idi. Biz Azərbaycanın qələbəsi ilə səs salmışıq! Burada mənim ya başqa həmkarımın olmasının fərqi yoxdur.

- Bildiyimizə görə, həmin kadrları ermənilər də "özəlləşdirmək" istədilər. Başqa şeylərimizi oğurladıqları kimi...

-Buna daha çox güldüm. O qədər geridüşüncəli, cahildirlər ki! Sən dolmanı, kababı özəlləşdirə bilərsən. Bunu mən sosial media hesabımda post kimi də yazmışdım. Mən axı sənin üçün kabab, dolma, mahnı deyiləm. Mən canlı insanam! Təbii ki, bunu təkzib edəcəyəm. Bunu hansı ağılla etmək olar?! Mənim ən azı simamdan, qaşımdan, gözümdən bilinir ki, azərbaycanlıyam. Sən məni necə erməniyə bənzədə bilərsən?! Buna görə birinci güldüm. Onlar həmin kadrları belə qələmə vermişdilər ki, guya mən erməniyəm və onların ölülərinə ağlayıram. Mən onların ölənlərinə sadəcə gülə bilərdim. Həmin vaxt post yazdım, xalqımız da mənə o qədər dəstək oldu ki! Hamı deyirdi ki, "bu cür xanımı necə erməniyə bənzətmək olar, necə özəlləşdirmək olar? Simasına baxanda azərbaycanlı olduğu bilinir".
"Qələbə xəbərindən sonra yoldaşım zəng vurub ağlaya-ağlaya..." - Jalə Həsənli - FOTOLAR- Aparıcı kimi ilk fəaliyyətə başlayanda nə vaxtsa ağlınıza gələrdi ki, qələbə xəbərini siz çatdıracaqsınız?

- Xeyr, ağlıma gəlmirdi. Düşünmürdüm ki, bunu sırf mən çıxıb deyəcəyəm. Bu, xəbər sahəsində olan hər kəsin arzudur. İllərlə TV-də çalışan, məndən təcrübəli, peşəkar jurnalistlər, hətta Birinci Qarabağ müharibəsini görən şəxslər var ki, qələbə xəbərini çatdırmağı çox arzuladıqlarını etiraf edirlər. Qismət elə oldu ki, həmin an orada mən idim və bu şad xəbəri məhz mən dedimi. Ağlıma gətirmirdi, amma həmişə arusunda olmuşam. Bəlkə də, səsləndirməmişəm, bəlkə, səsləndirməyə cürət etməmişəm, düşünmüşəm ki, məndən təcrübəli insanlar var və bu onların haqqıdır. Amma fərqi nədir ki, onlar ya mən? Hamımız həmkarıq. Şükürlər olsun ki, bu, Azərbaycanımızın qələbəsi idi. Jalənin qələbəsi yox, bütün həmkarlarımızın zəfəridir. Əgər başqası demiş olsaydı, mən bu xəbəri yenə də eyni hisslərlə qarşılayacaqdım. Elə də oldu: mən Füzuli və Cəbrayılın kəndlərinin azad olunmasını dedim, başqa həmkarım Ağdamı, digəri Kəlbəcəri dedi. Fərqi yox idi. Biz hamımız eyni hissi yaşayırdıq.
Çox ağır itkilər verdik, şəhidlərimiz çox oldu. Qazilərimiz var. Camal Alxasov adlı bir qazimiz var, hər iki ayağını itirib. Özü demişkən, sanki "canl şəhiddir". Biz o itkilərin müqabilində torpaqlarımızı qazandıq. Bu xəbəri deyib çatdırmağımız məhz o şəhidlərin, qazilərin sayəsində oldu. Amma şükürlər olsun ki, tamam olan bu bir ilimiz ərzində çox şey əldə etdik. Kəlbəcərə artıq Azərbaycan nur salır. Ermənistanın o qaranlıq kölgəsi orda yoxdur. Orada Azərbaycan nur saçır.
Bir il ərzində biz çox işlər görmüşük: festival keçirdik, yenidənqurma işləri aparılır, Üzeyir Hacıbəylinin büstü bərpa olunub, ev muzeyi qurulub, Natəvanın, Bülbülün büstü bərpa olunub.

"Qələbə xəbərindən sonra yoldaşım zəng vurub ağlaya-ağlaya..." - Jalə Həsənli - FOTOLAR- Həmin məşhur kadrları ailəniz, övladınız, yoldaşınız izləyərkən ilk reaksiyaları necə oldu?

- Oğlum indi də hara gedirsə, özünəməxsus qəribə ləhcə ilə, qürürla deyir:"Füzulinin dörd kəndi, Cəbrayılın iki kəndi azad olunub. Onu mənim anam dedi". Yoldaşım mənə hər zaman dəstək olub. Ən çətin məqamımda, ən xoş anımda o insan mənim yanımda olub. Qələbə xəbərindən sonra studiyadan çıxanda zəng vurdu. Ağlayırdı... O məni qışqıra-qışqıra təbrik etdi, mən də onu. Dedim: "Təsəvvür edirsən?! 30 ildən sonra bu xəbəri demək mənə qismət oldu! İnanılmaz bir şey idi. Qələbə xəbərimizə hər ikimiz telefonda ağlayırdıq. Dəhşət bir hiss idi.
"Qələbə xəbərindən sonra yoldaşım zəng vurub ağlaya-ağlaya..." - Jalə Həsənli - FOTOLAR- Jalə xanım, son olaraq, qeyd edim ki, 44 günlük Vətən müharibəsində gənclərimizin vətənpərvərlik hissi yüksək səviyyədə nümayiş olundu. Sizcə, gənclərimizdəki o hisslər haradan qaynaqlanır? Bu ruhda övlad böyütmək üçün nə etmək lazımdır?

- 44 günlük Vətən müharibəsindən təkcə gənclərimizin deyil, hər kəsin necə bir-birinə kilidləndiyini, bir yumruq olduğunu gördük. Həqiqətən də, Prezidentimizin o "dəmir yumruq" məsəlində xalq var idi. Xalq olaraq, balacadan böyüyədək hər kəs gücününün çatdıını cəbhəyə göndərməyə çalışdı. Gücü heç nəyə çatmayan məktubunu, duasını göndərdi. Biz həmin məktubları oxuyanda dəhşətə gəlirdik: Birinci Qarabağ müharibəsinin üstündən 30 il keçib, amma eyni hissləri keçiririk. Bu müharibədə şəhid olanların içində 1998-ci il, 2000-ci il təvvəllüdlü uşaqlar var. Onlar Qarabağı görməyiblər. Ailədəki vətənpərvərlik sevgisi görün nə qədər olub ki, Qarabağı görməyən oğullar vuruşub Qarabağı aldılar. Bu hisslər çox gözəl şəkildə aşılanmışdı. Mən özüm də elə bir ailədə böyümüşəm. Başqa analar "lay-lay"oxuyarkən, mənim anam, bacım bizə "İgid əsgər" kimi hərbi mahnıları oxuyardı.
Birinci Qarabağ müharibəsi zamanı mənim 4-5 yaşım var idi. Amma o hisslər mənə elə gözəl aşılanmışdı ki! "Şuşa"deyəndə mənim anamın gözləri dolurdu. Şuşa mənim üçün çox həssas yerdir. Qismət olar, inşallah, gedərəm.
Oktyabrın 29-u mənim anamın ölümünün ildönümüdür. Yəqin, o vaxta qədər gedərəm. Mənim anam rəhmətə getdiyi günə qədər "Şuşa" deyirdi. Həmişə də deyirdi: "Jalə, Şuşanın alınma xəbərini alanda efirdə olmasan da, zəng vur, o xəbəri mən səndən eşidim".
Qismət oldu, 8 noyabrda mən də, həmkarlarım da efirdə idik. Amma Ali Baş Komandan bu xəbəri elə gözəl formada təqdim etdi ki, hər bir yerə səs saldı. Kiminsə deməyinə ehtiyac qalmadı. Həmin gün mən də Şuşa xəbərini efirdən səsləndirdim. Bilirəm ki, anam haralardasa onu eşitdi. Onun durduğu torpaqlarda mən dayanıb şəkil çəkdirəcəyim gün anamın ruhu çox şad olacaq. O, övladlarına vətənpərvərliyi elə gözəl aşılamışdı ki, bu hiss məndən övladıma keçəcək. Çalışacağam ki, övladım da bu hissləri gələcək nəsilə ötürsün.
Sırf gənclərlə bağlı deyərdim ki, gənclər həmin vaxt çox gözəl formada birlik nümayiş etdirdilər, sosial şəbəkədə aktiv oldular, bütün dillərdə informasiya ötürürdülər.Müharibə təkcə cəbhədə getmirdi. İnformasiya müharibəsi də gedirdi. Hər kəs bir cür mübarizə aparırdı. İnanmıram, bundan sonra nəsə azalsın. Çünki hər şeyi gözümüzlə gördük. Təsəvvür edin, 30 ildən sonra necə olacaq?
Gənclərimizə çağırışım o olar ki, arxayınlaşıb oturmasınlar, mübarizələrini davam etdirsinlər. Analar övladlarına Vətənə aid şeirlər çox öyrətsinlər. Uşaq hansı rayonlarımızın azad olunduğunu, hansı işlərin görüldüyünü bilməlidir. Bunu hissə-hissə öyrətmək lazımdır. Məsələn, bir gün "Məlikməmməd"in nağılını danışanda bir gün də şəhid Nicat Tarverdiyevin, Polad Həşimovun, İlqar Mirzəyevin nağılını danışsınlar. Uşaqlar bu qəhrəmanlarımızı tanımalıdırlar. Onların həyatı yarıda qaldı... Vətənə aid çoxlu bəstələrimiz olmalıdır. Bunlar xarici dildə də olmalıdıır ki, bütün dünyada bizi tanısınlar. Aərbaycanıın adı hər zaman yüksəkdə tutulmalıdır. Hər kəs öz sahəsi üzrə Vətənimizi təmsil edib, onu tanıtmalıdır. Hansı sahədə olduğumuzdan asılı olmayaraq, öz sahəmizdə peşəkar olsaq, Azərbaycanımızın səsini daha uzalara çatdıra bilərik.

"Qələbə xəbərindən sonra yoldaşım zəng vurub ağlaya-ağlaya..." - Jalə Həsənli - FOTOLAR

Samirə Qasımova


BiG.Az Telegramda izləyin instagramda izləyin
Müsahibə   Baxılıb: 21006   Tarix: 27 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

BiG.AZ saytı necə quruldu? 19 illik inkişaf yolu Namik Abdullayev

saytının qurucusu, Online Biznes üzrə ekspert Namik Abdullayev "Bizneskar" YouTube kanalında qonaq olub. Müsahibəni Namik Abdullayevdən Fuad Muxtarov götürür

05.08.2023 2445
.

"Mən bu gün də səhnəyə çıxanda həyəcan keçirirəm" - Cavidan Novruzla MÜSAHİBƏ

"Məşhur olmaq üçün atamın adından heç vaxt istifadə etməmişəm". Bu sözləri -a müsahibəsində məşhur aktyor, müğənni Cavidan Novruz deyib. Gənc aktyor izləyicilərimizə sənət yolundan, məşhurluğun müsbət və mənfi tərəflərindən, sosial şəbəkələrdə yazılan rəylərdən və şəxsi həyatından danışıb

16.06.2022 5785
.

Tərlan Novxanı necə məşhurlaşdı? - Meyxanaçı ilə səmimi VİDEOMÜSAHİBƏ

"Təyyarəyə minəndə özlüyümdə düşündüm: "Tərlan, daha nağıl bitdi. Bu sözləri BİG.AZ-a müsahibəsində məşhur meyxanaçı Tərlan Novxanı deyib. Meyxanaçı izləyicilərimizə sənət yolundan, Özbəkistandakı məşhur konsertindən və şəxsi həyatından danışıb. O bildirib ki, irəli getmək üçün istedad tə

12.02.2022 7034
.

Azərbaycan əsgəri ilə bağlı xatirəsindən danışarkən kövrələn Reza Deqati ilə VİDEOMÜSAHİBƏ

Dünyaşöhrətli fotoqraf, hərbi müxbir Reza Deqati -ın qonağı olub. Cənubi azərbancanlı olan fotoqraf İran inqilabı zamanı göstərdiyi fəaliyyətindən, Azərbaycanın dar günlərində iştirakından, müharibə xatirələrindən danışıb. 2-ci Qarabağ müharibəsi zamanı bir əsgərlə bağlı xatirəsindən söhbət açan Rez

05.05.2022 5460
.

"Danışığıma lağ edənlər paxıllığımı çəkənlərdir, yenə evdən işləyirəm" – Elmar Məmmədyarovla MÜSAHİBƏ

"2020-ci ildə imzalanan üçtərəfli bəyanatın şərtərinə uyğun olaraq sülhməramlıları Qarabağa yerləşdirmək vacib məsələ idi. Hər bir halda hansısa qüvvə Azərbaycan və Ermənistan qoşunlarının arasında olmalı idi". "Bizdə evə alış-verişi həyat yoldaşım edir. Ona görə də qiymətlərdən xəbərsizəm"

09.03.2023 4113
.

Məşhur türk serialında çəkilən rejissorumuzla VİDEOMÜSAHİBƏ

"Rejissor, ssenarist, aktyor - mənim üçün bunlar bir vəhdət təşkil edir". Bu sözləri -a müsahibəsində kinorejissor, ssenarist, aktyor Natiq Axund deyib. Rejissor izləyicilərimizə qısametrajlı filmlərindən, İstanbulda yaşamasından, Türkiyənin məşhur "Savaşçı" filminə dəvətindən v

10.03.2022 6513
.

Aqil Acalov:"Bizdə idmana sponsorluq etmək mədəniyyəti inkişaf etməyib" -VİDEOMÜSAHİBƏ

"İdmanın inkişafı sırf dövlətdən asılı deyil. İş adamlarının üzərinə böyük məsuliyyət düşür. Təəssüf ki, bizdə idmana sponsorluq etmək mədəniyyəti bir o qədər də güclü inkişaf etməyib. İdman yarışlarının təşkil olunması üçün çox böyük məbləğ tələb olunur". Bu sözləri Azərbaycan Braziliya Ciu-Cits

25.01.2024 967
.

Meyxanaçı yoxsa iş adamı? - Aqşin Fatehdən maraqlı AÇIQLAMALAR - VİDEOMÜSAHİBƏ

İş adamı kimi fəaliyyətini davam etdirən meyxanaçı Aqşin Fateh restoranının ikinci filialının açılışını edib. Tanınmış meyxanaçı BİG.AZ-a özəl açıqlamalar verib. Müxbirimizin suallarını cavablandıran Fateh şəxsi iş fəaliyyətindən danışaraq, meyxana aləmini tərk etmək fikrində olmadığını vurğulayıb. Dah

03.03.2022 6147