Yumurtaya əl vurduqdan sonra əlləri yumaq lazımdırmı?

Yumurtaya əl vurduqdan sonra əlləri yumaq lazımdırmı?Toyuq yumurtası bütün zamanlar və millətlər üçün ən populyar qidalardandır.

Olduqca ləzzətli dada malik yumurta sağlamlıq üçün faydalıdır, ucuz başa gəlir və bir çox yeməklərin tərkib hissəsinə daxildir. Lakin bunlarla yanaşı toyuq yumurtası həm də təhlükə mənbəyidir, belə ki, salmonelyoz xəstəliyinə yoluxma riski daşıyır. Bəs bu xəstəliyə yoluxmaqdan necə qorunmaq olar?

Salmonelyoz - salmonella bakteriyaları tərəfindən törədilən kəskin bağırsaq infeksiyasıdır. Yoluxma adətən infeksiyaya yoluxmuş heyvanlardan qida məhsulları (ət və ət məhsulları, süd, yumurta) yolu ilə baş verir. Salmonella bakteriyalarına yoluxmanın müxtəlif yolları olsa da, ən çox rastlanan səbəb məhz toyuq yumurtalarıdır. Buna görə də bu problemlə qarşılaşmamaq üçün bəzi qaydaları bilmək və əməl etmək önəmlidir.

İlk əvvəl bilmək lazımdır ki, infeksiya daşıyıcısı yumurtanın özü deyil, yumurtlayan toyuqdur. Quş fermaları, quşçuluq təsərrüfatlarında quşların böyük sıxlığı, qeyri-təmiz saxlama şərtləri və keyfiyyətsiz yem bu xəstəliyin geniş yayılma səbəblərindəndir. Ancaq hətta xəstə toyuqdan olan təzə yumurtalarda belə salmonella olmur. Bakteriyalar ancaq yumurtanın qabığında olur, xüsusilə də onun üzərində toyuq peyininin izləri görünürsə. Beləliklə də yoluxma adətən yumurtanın tərkibindən deyil, yumurtanın qabığı ilə təmas nəticəsində baş verir.

Amerika Birləşmiş Ştatlarında bu problemin sadə həlli tapılıb: hələ 1970-ci illərin ortalarından quşçuluq fermalarında yumurtalar yuyulur və xüsusi zərərsizləşdirmə emal prosedurundan keçirilir. Lakin bu, tamamilə əks effekt verə bilər. Son araşdırmaların nəticələrinə əsasən, Amerika quşçuluq fermalarında yumurtaların təmizlənməsi zamanı yumurtanın qabığında olan xüsusi qoruyucu təbəqə pozulur. Halbuki bu təbəqə təbiət tərəfindən müxtəlif infeksiyalardan qoruyan təbii baryer kimi yaranıb. Nəticədə amerikan yumurtaları həmişə çox təmiz və gözəl görünüşə malikdir, lakin daha az təhlükəsizdirlər.

Bəs belə olduğu halda salmonelyozdan necə qorunmaq olar? Yumurtanın alınması, saxlanılması və hazırlanması zamanı hansı qaydalara əməl etmək lazımdır?

1. Yumurta aldıqda böyük fermalarda deyil, kiçik fermer təsərrüfatlarında istehsal olunan yumurtaları almağa çalışın.

2. Yumurta seçərkən onun təmiz və qabığının zədəsiz olmasına diqqət edin.

3. Yumurtanı soyuducuda xüsusi rəfdə saxlayın və digər məhsullarla təmas etməməsinə diqqət edin.

4. Yumurtanın saxlanması üçün olan qabları mümkün olduğu qədər tez-tez yuyun.

5. İstifadə etməmişdən əvvəl (ancaq bundan tez yox) yumurtanı isti suda sabunla yaxşıca yumaq lazımdır.

6. Hazırlanma prosesi zamanı yumurtanın bütün qabıqlarını yığmaq və atmaq, onunla təmasda olmuş bütün alətləri (bıçaq, kəsici taxta, işlək səth) isə yaxşıca yumaq lazımdır.

7. Əllərinizi mütləq yuyun!

Bu sadə qaydalar sizə salmonelyoz xəstəliyinə yoluxma riskini azaltmağa kömək edəcək. Ancaq təhlükəsizliyinizə 100% əmin olmaq istəyirsinizsə, o zaman bilməlisiniz ki, salmonella mikrobları soyuğa davamlıdır, ancaq termik emala qarşı həssasdırlar. Bu səbəbdən də yumurtanı bişirərkən sarısının çiy qalmamasına diqqət etmək, qaynamağa başlayan andan 15-20 dəqiqədən az olmayaraq bişirmək, qayğanaq hazırlayırsınızsa, hər iki tərəfini qızartmaq lazımdır.

Bu qaydaları gözardı etməmək məsləhət görülür. Çünki olduqca xoşagəlməz və geniş yayılmış infeksiya olan salmonelyoza hər kəs yoluxa bilər. Xüsusilə də qida rejiminin pozulduğu ilin isti aylarında və tətil zamanı daha diqqətli olmaq tövsiyə olunur.(milli.az)


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1806   Tarix: 07 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz

BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti

11.09.2021 2055
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.