Dilqəm Əsgərovla Mübariz Əsgərov arasında NARAZILIQ yarandı
"Mübariz Əsgərovun dəvəti ilə Şuşaya getdik. Şuşa türməsi haqqında sənədli film çəkildi. Zəfər günündə təqdim edilməli idi. Amma təqdimata icazə verilmədi".
Bu fikirləri Modern.az-a açıqlamasında keçmiş girov, 7 il Şuşa həbsxanasında cəza çəkmiş əslən kəlbəcərli Dilqəm Əsgərov bildirib.
"O film yayımlansa, məhkəməyə verəcəm"
D. Əsgərov deyib ki, Milli Televiziya və Radio Şurasının üzvü, telejurnalist Mübariz Əsgərovla aralarında narazılıq yaranıb:
"Türmənin içərisi, ətrafında günlərlə çəkiliş aparıldı. 3 gün orada qaldım. Mübariz müəllimin əvvəl dediyi sözlər başqa idi. Sonra mənə zəng elədi ki, gəl Bakıya. Bakıya çatanda məlum oldu ki, filmin təqdimatını məsləhət bilməyiblər. Orada zəncirləndiyim, döyüldüyüm yerləri göstərmişdim, mənə olan zülmlərdən danışmışdım. Çox təəssüflər ki, Qələbə günü onu göstərmədilər.
Mənim üçün artıq maraqlı da deyil. Mübariz bəy mənə filmin yayımlanmasına çalışacağını deyəndə söylədim ki, o film yayımlansa səni məhkəməyə verəcəm. Həmin film Zəfər günündə nümayiş olunmalı və xalq da baxmalı idi".
Dilqəm Əsgərov yaşanan bütün xoşagəlməz hallara rəğmən Şuşanı azadlıqda və Azərbaycan əsgərinin nəzarəti altında görməyin gözəl olduğunu bildirib:
"Bu gün Şuşanı Azərbaycan əsgərinin nəzarətində olduğunu görmək gözəl hissdir".
Dövlət strukturları araşdırma aparır
"Mən Xüsusi Təyinatlılar haqqında "Şuşa necə azad olundu" filmimi bitirmişəm. Bizim Şuşa türməsində saxlanılmış əsir və girovlarla bağlı layihəmiz var. Şuşa həbsxanasında saxlanılmış azərbaycanlıların hərəsi haqqında kiçik film planlaşdırırıq. Dilqəm Əsgərov, Şahbaz Quliyev və digər əsir və girovların da çəkilməsi nəzərədə tutulub. O layihəyə yanvar ayında başlayacağıq".
Bu fikirləri isə Modern.az-a açıqlamasında Milli Televiziya və Radio Şurasının üzvü, telejurnalist Mübariz Əsgərov bildirib.
"Birincisi, onun çəkildiyi məqam filmin dramaturgiyasına uyğun gəlmədi. İkinci səbəb də odur ki, onların - Şahbaz və Dilqəmin arasında olan qalmaqalın araşdırılma prosesi gedir. Dövlət strukturları bununla bağlı araşdırma aparır. Ara sakitləşəndən sonra ayrıca film kimi veriləcək. Əgər Dilqəm bəy istəməzsə, o zaman filmi yayımlamayacağam, problem yoxdur. Əsir və girovlarımız kifayət qədərdir. Onların hər biri haqqında ayrıca film çəkəcəyik".
Mübariz Əsgərov bəzi məsələlərin ondan asılı olmadığını qeyd edib:
"Bunun günahkarı mən deyiləm. Onlar arasında olan problem araşdırılmalıdır. Vaxtı gələndə məsləhət edərik. İstəməzsə, onun haqqında film hazırlanmayacaq".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2209 Tarix: 10 noyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPrezident xanımı ilə Liderlər Sammitində - Video - Fotolar - Yenilənib
Türkiyənin Antalya şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammiti keçirilib. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva tədbird
17:50 83 Kotletlər tavaya yapışmayacaq - Peşəkar aşpazların gizli üsulu
Kotlet bişirmək ilk baxışdan çox sadə görünür. Lakin bəzən kotletlər tavaya yapışır, çevirərkən dağılır və ən dadlı, qızarmış hissəsi tavanın dibində qalır. Bunun səbəbi çox vaxt qiymənin hazırlanmasında deyil, bişirmə zamanı yol verilən səhvlərdə olur. xarici mediaya istinadən xəbər verir ki, peşəka
18:30 1 Azərbaycan - Türkiyə dostluğu sarsılmazdır
8 Noyabr - Zəfər Günü elə nadir bayramlardandır ki, həmin gün yaşanan hissləri tam dolğunluğu ilə ifadə etmək üçün bəzən ən mükəmməl söz belə yetərli görünmür. Burada qürur və ləyaqət, haqq və ədalət, inam və birlik, güc və fədakarlıq, milli-mənəvi dəyərlər və Vətən sevgisi kimi hisslər onların hər bir
11:17 341 Xankəndidən yüksələn Zəfər sədası Azərbaycanın qüdrətinin və milli birliyinin təntənəsidir
Prezident İlham Əliyevin 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndidən Azərbaycan xalqına ünvanladığı təbrik müraciəti tarixi Qələbəmizin siyasi, hərbi və mənəvi əhəmiyyətini bir daha nümayiş etdirib. Dövlətimizin başçısının müraciətini məhz Xankəndidə, şanlı Qələbənin şərəfinə ucaldılmış ikinci Zəfə
11:14 262 Maaşların gecikdirilməsi və ya azaldılmasına nəzarət gücləndiriləcək
Azərbaycanda əməkhaqqının gizlədilməsi hallarına qarşı yeni mexanizm tətbiq olunacaq. Axşam.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, işçilərə əməkhaqq
14:13 228 Azərbaycanlı bloger Ermənistana buraxılmayıb - Video
Rusiyada yaşayan azərbaycanlı bloger Rüstəm Şükürov Ermənistana səfər etmək istəsə də, ölkəyə girişinə icazə verilməyib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı bloger "Instagram" hesabında paylaşıb. Onun sözlərinə görə, Gürcüstan-Ermənistan sərhədində yoxlanış zamanı on
17:22 125 Məktəblər üçün texniki dəstək xətti açıldı
Elm və Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrinin inzibati heyət üzvlərinin müraciətlərinin operativ cavablandırılması və texniki məsələlərin həllinə kömək göstərilməsi məqsədilə 146-4 dəstək xətti istifadəyə verilib. Nazirlikdən "Qafqazinfo"ya verilən məlumata görə, dəstək xətt
21:45 1 Qarabağda həyatın yenidən canlanması ölkədə aparılan quruculuğun təzahürüdür
Azərbaycan Prezidenti İlham Əliyevin 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndidən Azərbaycan xalqına ünvanladığı müraciət ölkəmizin keçdiyi tarixi yolun, əldə etdiyi nailiyyətlərin və qarşıda duran vəzifələrin bir daha dəyərləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət başçısının müraciətind
11:05 318 Sabah 16° isti olacaq
Noyabrın 12-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağ
14:30 212