Səhər yeməyinin və meyvə-tərəvəzin uşaqlar üçün FAYDASI

Səhər yeməyinin və meyvə-tərəvəzin uşaqlar üçün FAYDASIUşaqların həm mənəvi, həm də fiziki sağlamlığı üçün qidalanmanın əhəmiyyəti çox böyükdür.

BiG.AZ Lent.az-a istinadən sizə uşaqların qida rasionunda lazım olan ən vacib məhsulları təqdim edir.

Aparılan araşdırmalar göstərir ki, uşaqların sağlamlığı üçün səhər yeməyi mütləqdir. Həm ibtidai, həm də orta məktəb şagirdləri düzgün qidalanmaqla dərslərində daha çox uğur qazana bilər. Düzgün qidalanma ideyasına mübtəla olmuş valideynlər arasında uşağa səhərlər təzə sıxılmış meyvə şirəsi vermək çox yayılıb. Lakin bu, o qədər də düzgün deyil. Meyvə şirəsi mədə üçün aqressiv bir içkidir. Təzə yuxudan oyanmış və hələ heç nə yeməmiş uşağa bu şirəni vermək çox da yaxşı fikir deyil.

Məktəbli uşağa səhər yeməyinə yulaf, düyü sıyığı vermək daha münasibdir. Onların tərkibində olan karbohidratlar bədəndəki enerjini uzun müddət saxlayır. Bundan başqa, B vitaminin mövcudluğu uşaqları əsəb gərginliyinə qarşı daha davamlı edir.

Araşdırmalar göstərir ki, meyvə və tərəvəz yeyən uşaqların psixoloji sağlamlığı daha yaxşı olur.

Uşaqlar şirin və şəkərli qidaları daha çox sevdikləri üçün tərəvəzləri dadsız hesab edirlər. Bunun nəticəsində meyvə-tərəvəz sevdikləri qida deyil. Bəzən valideynlər narahat olduğundan uşaqların meyvə-tərəvəz yeməsini təmin etmək üçün düzgün olmayan yollara baş vuraraq inadkarlıq edir. Uşağı həvəsləndirib meyvə-tərəvəz yeməyə təşviq etmək ən düzgün yoldur.

Meyvə və tərəvəzlər vitamin, mineral və liflə zəngindir.

Bu qidaların uşaqlar üçün nə kimi əhəmiyyəti var?

- Sağlamlığı qoruyur və xəstəliklərə qarşı güclü immunitet sistemi yaradır;

- Uşaqların sağlam böyüməsini və inkişafını təmin edir;

- Meyvə və tərəvəzlərdə olan qida maddələri xroniki xəstəliklərin qarşısını alır;

- Yüksək lif tərkibi həzm sisteminin düzgün işləməsinə kömək edir.


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 1784   Tarix: 11 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Dünyada nadir rast gəlinir: "Vampir xəstəliyi" nədir?

Ektodermal displaziya nadir rast gəlinən genetik xəstəliklər qrupuna daxildir. xəbər verir ki, xalq arasında bəzi əlamətlərinə görə "vampir xəstəliyi" kimi tanınan bu vəziyyət dəri, saç, dırnaq, diş və tər vəzilərinin inkişafına təsir göstərə bilər. Bu xəstəlik zamanı tər vəzilərinin olmamas

11.10.2026 906
.

Sağlam görünən gənclərdə ürək problemi niyə yaranır? - Video

"Baku Med" verilişinin yeni buraxılışında ürək-damar xəstəlikləri müzakirə olunub. Gənclərdə ürək problemlərinin artmasına hansı amillər səbəb olur?. Xroniki stres və yuxusuzluq ürəyin fəaliyyətinə necə təsir edir?. Elektron siqaretlər ürək-damar sistemi üçün nə dərəcədə təhlükəlidir?. Şəkərl

17.10.2026 872
.

Sosial şəbəkələrdən uzun müddət istifadə depressiyaya səbəb ola bilər

Sosial şəbəkələrdə gündəlik keçirilən vaxt böyüklər arasında depressiya barədə məlumat verilməsi ilə əlaqəli əsas amillərdən biri kimi müəyyən edilib. Bu əlaqə ABŞ-da 11 il ərzində aparılan sorğularda müşahidə olunub. Qaynarinfo xəbər verir ki, araşdırma Şimal-Qərb Universiteti və Sinsinnati Universitetini

02.11.2026 682
.

AVROPADA QIRMIZI HƏYƏCAN SİQNALI VERİLDİ

"Qısa müddətdə yoluxma halı 10 mini, ölüm sayı isə 5 mini keçib. Virusun təhlükəli olması və sürətlə yayılması səbəbindən Avropada qırmızı həyəcan siqnalı verilib". Bu haqda türk mediasına istinadən bildirib. Konqo Demokratik Respublikasında başlayan və tarixin ikinci ən böyük böhranına çevrilə

02.11.2026 686
.

Hepatitlə bağlı diqqətçəkən statistika: Ötən illə müqayisədə azalma var

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda viruslu hepatit diaqnozu ilə 62 nəfər qeydiyyata alınıb. 2025-ci ilin eyni dövründə bu göstərici 109 nəfər olub. Bu barədə Trend-in sorğusuna cavab olaraq, Dövlət Statistika Komitəsindən məlumat verilib. Qeyd edilib ki, hesabat dövründə hepatit A diaqnoz

24.10.2026 727
.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, oftalmoloq İmran Cərullazad

11.10.2026 823
.

Üzü yumaq üçün ən yaxşı vaxt - Dermatoloqdan tövsiyə

Üz dərisinə qulluq zamanı yalnız istifadə olunan vasitələr deyil, onların tətbiq edildiyi vaxt da əhəmiyyət daşıyır. Dermatoloq Con Kibbi üzün yuyulması üçün səhər və axşam saatlarının əksər insanlar üçün uyğun olduğunu bildirib. Qaynarinfo xəbər verir ki, Kolorado Universitetinin Tibb Məktəbinin dermatologiy

27.10.2026 900
.

COVID-dən sonra dadbilmənin niyə bərpa olunmadığı AÇIQLANDI

Bəzi insanlarda COVID-19 infeksiyasından bir ildən çox vaxt keçməsinə baxmayaraq, dadbilmə qabiliyyətinin niyə tam bərpa olunmadığına dair yeni məlumatlar əldə edilib. xarici mediaya istinadən xəbər verir ki, alimlər uzunmüddətli dadbilmə pozğunluğu yaşayan şəxslərin dad reseptorlarını araşdırıblar

24.10.2026 659
.

Ürək transplantasiyasının icbari tibbi sığorta hesabına icra edilməsi təklif olunub

Ürək transplantasiyası və gözün buynuz qişasının transplantasiyası əməliyyatlarının icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil edilməsi vacibdir. "Report" xəbər verir ki, bunu Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova Azərbaycand

01.11.2026 592
.