Azərbaycanda polis əməkdaşları qəzaya düşdü: Ölən və yaralanan var - YENİLƏNİB

Azərbaycanda polis əməkdaşları qəzaya düşdü: Ölən və yaralanan var - YENİLƏNİBDaxili İşlər Nazirliyi (DİN) Oğuz rayonunda polis əməkdaşının öldüyü yol qəzası ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, noyabrın 12-də saat 04:00 radələrində Şamxal Seyidəliyev şəhər ərazisində idarə etdiyi "Mercedes-Benz" markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə müxtəlif bədən xəsarətləri alan sürücü xəstəxanaya aparılarkən yolda ölüb, sərnişini İ.Səfərovun vəziyyəti isə orta-ağırdır.

Oğuz Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

11:10

Oğuz rayonunda baş verən yol qəzasında ölən və yaralanan şəxslərin polis əməkdaşları olduğu məlum olub.

"Report"un əldə etdiyi məlumata görə, qəzada ölən 1995-ci il təvəllüdlü Şamxal Seyidəliyev, xəsarət alan isə 1998-ci il təvəllüdlü İbrahim Səfərovdur.

Onlar Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarıdır.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

09:06

Oğuz rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

"Report"un məlumatına görə, hadisə səhər saatlarında Oğuz-Şəki avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Rayonun Filfilli kənd sakini, 1995-ci il təvəllüdlü Şamxal Sərdar oğlu Seyidəliyev idarə etdiyi "Mercedes-Benz" markalı avtomobillə hərəkətdə olarkən maşın yol kənarındakı ağaca çırpılıb. Hadisə nəticəsində gənc sürücü aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Onun sərnişini, rayonun Yemişənli kənd sakini, 1998-ci il təvəllüdlü İbrahim Nizami oğlu Səfərov müxtəlif xəsarətlərlə Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2981   Tarix: 12 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

4 uşaq anası olan arvadını və özünü küçədə öldürdü

Türkiyədə küçədə dəhşətli qətl hadisəsi olub. yerli mediaya istinadla bildirir ki, hadisə Kahramanmaraş şəhərinin, Onikişubat rayonunun Mercimektepe məhəlləsində baş verib. 56 yaşlı Tevfik Bağrıaçık mübahisə etdiyi 49 yaşlı həyat yoldaşı Dilek Bağrıaçıkı küçənin ortasında tüfənglə güllələyərək öldürüb

13:40 158
.

Türkiyə iki mindən çox sosial media hesabına girişi məhdudlaşdırıb

Türkiyədə rəqəmsal platformalar vasitəsilə həyata keçirilən terror təbliğatı, təxribat, dezinformasiya və psixoloji "müharibə" cəhdlərinə qarşı mübarizə çərçivəsində son iki ayda 2 034 sosial media hesabına giriş məhdudlaşdırılıb. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasını

17:10 0
.

Üç qurum Ağdamdakı mina partlayışı ilə bağlı MƏLUMAT YAYIB - YENİLƏNİB

Sentyabrın 5-də işğaldan azad edilmiş Ağdam rayonunun Çəmənli Sarıcalı kəndi ərazisində mina partlayışı baş verib. xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri məlumat yayıb. Qeyd edilib ki, Ağcabəd

11:43 275
.

Putinlə görüşə ABŞ-dən daha kimlər gedib? - YENİ DETALLAR

Moskvadakı danışıqlarda Stiv Uitkoff və Cared Kuşnerlə yanaşı, ABŞ Milli Təhlükəsizlik Şurası, Dövlət Departamenti və Maliyyə Nazirliyinin nümayəndələri də iştirak ediblər. xəbər verir ki, bu barədə "Axios" jurnalisti Barak Ravid mənbələrə istinadən "X" sosial şəbəkə hesabında bildirib

11:38 123
.

Hava KƏSKİN DƏYİŞİR: Qar yağacaq - PROQNOZ

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yağışın yarımadanı

13:36 277
.

Azərbaycanda bu şəxslərin maaşı 35 faiz artacaq - BU TARİXDƏN

Təhsilverənlərin təkrar sertifikatlaşdırması prosesinin müsahibə mərhələsinə başlanılır. Bu barədə -a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinin keçiriləcəyi tarix və məkan barəd

00:13 249
.

İntensiv yağışlardan daha təhlükəli havalar başlayır - Azərbaycan hazır olmalıdır

İqlim dəyişiklikləri ilə bağlı yeni araşdırma narahatedici nəticələr ortaya qoyub. Məlumata görə, son 40 ildə "El-Nino" hadisəsinin intensivliyi təxminən 40 faiz artıb və bunun əsas səbəblərindən biri qlobal istiləşmədir. Planetimizi və Azərbaycanı nə gözləyir?. Bu barədə -a "Səma və Eko"

00:25 342
.

Azərbaycanda toylar üçün YENİ ŞƏRTLƏR - 2 saat, maksimum 100 nəfər!

Toy mərasimlərinin ailə büdcəsinə yaratdığı maliyyə yükünün azaldılması üçün mərasimlərin müddəti və iştirakçı sayı ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi təklif olunur. Sosioloq Hüseyn İbrahimov "Yeni Sabah"a açıqlamasında bildirib ki, toy xərcləri artıq yalnız məclisə yazılan pullarl

00:27 450
.

Şahin Mustafayev iranlı nazirlə danışdı - Nələr müzakirə olundu?

İran İslam Respublikasının yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə Azərbaycan Respublikası Baş nazirinin müavini, Azərbaycan-İran İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının həmsədri Şahin Mustafayev arasında telefon danışığı olub. İRNA agentliyinə istinadən xəbər verir ki, bu barəd

13:40 125
.