"Moskvada yaşayırdı, müharibəni eşidən kimi könüllü qatılıb şəhid oldu..."
Bu gün Vətən müharibəsi iştirakçısı şəhid Turxan Allahverdiyevin şəhadətə qovuşmasının ildönümüdür. Gədəbəyin İnəkboğan kəndində anadan olan 1996-cı il təvəllüdlü şəhidimiz oktyabrın 25-dən döyüşlərdə könüllü olaraq iştirak edib. O, Rusiyanın paytaxtı Moskva şəhərinə işləməyə getsə də, müharibənin başladığını eşidən gündən etibarən Vətənə qayıtmaq istəyib. Ailə üzvlərinin israrına rəğmən, yaşağıdı şəhərdə işlədiyi bazarda işini yarımçıq qoyaraq 30 ildir düşməndən azad edilməsi gözlənilən torpaqlarda döyüşmək istəyib.
O, ilk olaraq Hadrut qəsəbəsinin azad olunması uğrunda döyüşlərə qatılıb. Noyabrın 7-də Şuşada şəhid olan T. Allahverdiyev noyabrın 12-də doğulduğu kənddə torpağa tapşırılıb.
Oğlu barədə xatirələrini "Qafqazinfo"ya danışan şəhidin atası Rəsul Allahverdiyev bildirib ki, sonuncu dəfə onunla noyabrın 4-də danışa bilib: "Hadrutda yaralı komandirini ermənilərdən ələ keçirdiyi maşınla mühasirədən çıxarıb. Komandiri ağır yaralı olub, indi biz bilmirik ki, həmin komandir sağdır ya yox. Hadrutda komandirləri deyib ki, Şuşada xüsusi təyinatlılara kömək etmək üçün getmək lazımdır. Turxan da iki döyüş yoldaşı ilə birgə gedəcəyini gedib. O, Şuşada snayper gülləsindən şəhid olub. Telefonu da şəhid olarkən ürəyinin üstündə olub. Komandirlərinin tapşırığı ilə telefonu bizə verildi. Şüşəsi sınmışdı".
Son bir ilin ailə üçün çox ağır keçdiyini dilə gətirən ata oğlu haqda danışarkən göz yaşlarını hakim ola bilmir: "Qızım nişanlı idi. Belə planlaşdırmışdıq ki, onun toyunu Turxanla bərabər edək. Ancaq qismət olmadı. Moskvada dayanmadan dedi ki, gəlib müharibəyə qatılmaq istəyir. Saxlaya bilmədim, işini qoyub qayıtdı. Digər oğlum da müharibədə könüllü iştirak edib. O, hazırda hərbidə xidmətini davam etdirir".
Qeyd edək ki, T. Allahverdiyev "Vətən uğrunda", "Hərbi xidmətə görə", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib. Bu gün həm də anadan olduğu kənddə şəhidin adına xatirə bulağının açılış mərasimi keçirilib.




BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1352 Tarix: 12 noyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşXankəndidən səslənən Zəfər mesajı
8 Noyabr - Zəfər Gününün altıncı ildönümündə Prezident İlham Əliyevin Azərbaycan xalqına təbrikini Xankəndidən, şanlı Qələbəmizin şərəfinə ucaldılmış ikinci Zəfər tağının önündən səsləndirməsi xüsusi rəmzi məna daşıyır. Dövlət başçısının müraciəti 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbəni
10:40 192 TikTok moderasiya effektivliyini artırır: 2026-cı ilin ikinci rübündə Azərbaycanda 570 mindən çox video silinib
Video yaratmaq və izləmək üçün aparıcı platformalardan biri olan TikTok üçün istifadəçilərin təhlükəsizliyinin təmin edilməsi əsas prioritet olaraq qalır. Şirkət məzmunun moderasiyası texnologiyalarını davamlı olaraq təkmilləşdirir və İcma Qaydalarına əməl olunmasına dair hesabatları mütəmadi dərc edir
11:40 219 Prezident xanımı ilə Liderlər Sammitində - Video - Fotolar - Yenilənib
Türkiyənin Antalya şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammiti keçirilib. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva tədbird
17:50 83 Vətən müharibəsinin Xankəndidən səslənən dərsləri
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev 8 Noyabr Zəfər Günü münasibətilə Xankəndi şəhərindəki Zəfər abidəsini ziyarət etdikdən sonra Azərbaycan xalqına ünvanladığı təbrikində 44 günlük Vətən müharibəsində Silahlı Qüvvələrimizin göstərdiyi qəhrəmanlıqdan, döyüş meydanında qazanılan üstünlükdən
10:50 232 Zəfərin Xankəndidən ucalan səsi
Elə tarixi anlar var ki, sanki zaman dayanır, keçmişin ağrıları, bugünün qüruru və gələcəyin əzəməti göz önündə canlanır. Elə məkanlar var ki, oradan səslənən sözlər adi müraciət çərçivəsini aşaraq bütöv bir xalqın tarixi yaddaşına, milli iradəsinə və dövlətçilik salnaməsinə həkk olunur. 8 Noyabr - Zəfə
10:48 295 Rusiya və Ukrayna razılığa gəldi: Yaxın zamanda elan ediləcək
"Əbu-Dabidə keçirilən danışıqlar zamanı Rusiya və Ukrayna genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəliblər. Prosesin detalları tezliklə açıqlanacaq". TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi və danışıqlardakı nümayəndə heyətinin rəhbəri Vladimir Medinski jurnalistlər
21:00 1 İki qardaş dövlətin sarsılmaz birliyinin təsdiqi
8 Noyabr 2026-cı il - Zəfər Günündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri və Şuşada Prezident İlham Əliyevlə görüşü iki qardaş dövlətin sarsılmaz münasibətlərini, tarixi bağlılığını və gələcəyə yönələn strateji iradəsini bir daha nümayiş etdirdi. Azərbaycanın dövlətçilik tarixind
12:11 253 Ev almaq istəyənlərin nəzərinə - Müraciətlər başlayır
İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2026-cı ildə adi ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara növbəti limitlər ayrılır. fonda istinadən xəbər verir ki, müraciətlərin qəbuluna 13 noyabr saat 15:00-dan başlanacaq. Vətəndaşlara 12 noyabr 2026-cı il tarixinədə
20:15 1 Prezident həmkarına başsağlığı verdi
Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstan Prezidenti İliyana Yotovaya başsağlığı məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli xanım Prezident,. Bolqarıstanda baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində insanların həlak olması və yaralanmas
12:32 238