Şöbə müdiri tələbədən aldığı 6800 manatı rektor Nurlana Əliyevaya təhvil verdiyini deyib

Şöbə müdiri tələbədən aldığı 6800 manatı rektor Nurlana Əliyevaya təhvil verdiyini deyibBakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri Dürdanə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

BiG.AZ APA-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən iclasda şahid ifadələri dinlənilib.

Prosesdə şahid qismində ilk olaraq Türkmənistanda doğulmuş Rusiya vətəndaşı İradə Quliyeva ifadə verib.

Şahid bildirib ki, Bakı Slavyan universitetində əlavə təhsil almaq üçün təqsirləndirilən şəxsə 6800 manat ödəyib: "Müharibə gedirdi. Dürdanə Əliyeva mənə dedi ki, təhsil haqqını aparatla onun hesabına ödəyim. Pulu ödəyəndə hesab nömrəsində Dürdanə Əliyeva yazılmışdı. Mənə demişdi ki, müharibə şəraiti olduğu üçün insanlara kömək edirik. Universitetə gəlmədən pulu rahat şəkildə ödədim. Sonradan mənə zəng etdilər ki, sənin pulun kassaya keçməyib, buna görə də Universitetə borcun qalıb".

Şahid ifadəsinə münasibət Dürdanə Əliyeva sözügedən məbləğin onun hesabına ödənildiyini təsdiqləyib. D.Əliyeva bildirib ki, ifadə verən şahiddən aldığı pulu həmin vaxt rektor olmuş Nurlana Əliyevaya təhvil verib.

Təqsirləndirilən şəxsin vəkili isə sözügedən 6800 manatın şahidin özünün razılığı ilə alındığını deyib: "Universitetdə qrup açılması üçün ən azı üç nəfər olmalıdır. Həmin qrupda isə İradə Quliyeva tək olub. Buna görə də ondan üç nəfərin təhsil ödənişi alınıb".

Prosesdə məhkəməyə sədrlik edən hakim Əli Məmmədov şahidin ifadəsindən sonra Bakı Slavyan Universitetinin nümayəndəsinə üz tutaraq xahiş edib: "Hazırda ifadə verən şəxs xarici ölkədən gəlib. Vətən müharibəsi zamanı psixoloq kimi cəbhəyanı bölgələrdə vətəndaşlara köməklik göstərib.

Təqsirləndirilən şəxsin vəkili deyir ki, üç nəfərin ödənişi alınıb şahiddən. Elə deyirsiz ki, bunu... Belə olmaz axı! İnsanlara belə eləmək olmaz! Vətəndaş qonaqdır, Azərbaycandan inciməməlidir. Hörmətli universitet nümayəndəsi, gedin məhkəmənin adından xahiş edin, bu vətəndaşa köməklik etsinlər".

Prosesdə ifadə verən digər şahid isə Universitetdə təhsil almaq üçün Dürdanə Əliyevaya min manat pul verdiyini deyib: "Əlavə təhsil üçün 2300 manat ödəməli idim. Sonradan danışıb min manat verdim. Dürdanə Əliyeva mənə dedi ki, bankla ödəyəndə sonradan problem olur. Min manat verdim, tələbə bileti də vermədilər. Sonra pandemiya ilə bağlı tədris də dayandı. Yanvar ayında bildim ki, mənim universitetə borcum var".

Daha sonra hakim şahiddən həmin min manatın sonrakı taleyinin necə olduğunu soruşub. Şahid suala belə cavab verib: "Dürdanə Əliyevaya verdiyim pulu almaq üçün gəlmişəm məhkəməyə. Mən min manatımı tələb edirəm".

Hakim Əli Məmmədov şahidin son sözlərinə cavab olaraq bildirib ki, məhkəmə kimdənsə pul alıb verən deyil: "Burada Dürdanə Əliyevanın cinayət işi üzrə məhkəmə istintaqı aparılır. Lakin, vətəndaşı da başa düşmək lazımdır, bu vətəndaş indi necə bilsin? Təhsil almaq üçün universitetə qəbul olunub, başına belə bir iş gəlib".

Proses noyabrın 22-də davam etdiriləcək.

Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin müdiri, dosent Dürdanə Əliyeva barəsində araşdırma aparılıb.

Dürdanə Əliyevanın qanunsuz əməlləri törətməsi barədə çoxsaylı şikayətlər araşdırılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə cinayət işi başlanılıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1585   Tarix: 15 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sarsılmaz müttəfiqlik - ortaq strateji hədəflər

Azərbaycan və Türkiyə əsrlər boyu ortaq tarix, mədəniyyət, dil və dini dəyərlər əsasında formalaşmış möhkəm qardaşlıq telləri ilə bir-birinə bağlı olan iki dost və qardaş ölkədir. "Bir millət, iki dövlət" prinsipi bu münasibətlərin təməlini təşkil edərək, təkcə regionda deyil, bütün dünyad

12:17 225
.

Fulya Öztürk Aygün Kazımovanın mahnısını paylaşdı

Türkiyəli jurnalist Fulya Öztürk Xalq artisti Aygün Kazımova ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, müğənninin "Bilirəm" klipindən görüntülərini yayımlayaraq "Son zamanlarda bu mahnı ən sevdiyim oldu" sözlərini yazıb. Qeyd edək ki, mahnının sözləri Leyla Əliyevaya, musiqis

11:28 271
.

Prezidentin Xankəndidən xalqa ünvanlanan təbriki böyük maraqla qarşılanıb

Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Azərbaycan xalqına Xankəndidən ünvanladığı təbriki tarixi Qələbəmizin siyasi, hərbi, mənəvi və ideoloji əhəmiyyətini bir daha nümayiş etdirir. Təbrikin məhz Xankəndidə, Zəfər tağının önündə səsləndirilməsi Azərbaycanın dövlət suverenliyinin, milli iradəsini

10:40 264
.

Prezidentlərin diqqətini çəkən XTQ zabiti kimdir? - Video

8 Noyabr - Zəfər Günü Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanla səmimi söhbəti ilə yadda qalan zabitin görüntüləri hər kəsdə maraq doğurub. Bəs dövlət başçılarının yanında dayanan və Prezident İlham Əliyevin qürurla bəhs etdiyi qəhrəman zabit kimdir?. "Qafqazinfo"nun məlumatına görə

15:16 240
.

Uşaq bağçaya getmək istəmirsə... valideynlər bunları etməlidir

Səhərlər uşaq bağçasının qapısı qarşısında ağlayan uşaqlarla bir çox valideyn qarşılaşır. Uşaq anasının və ya atasının əlindən yapışaraq evdə qalmaq istəyir. Əksər hallarda bu davranış şıltaqlıq deyil, yeni mühitə uyğunlaşma prosesinin bir hissəsidir. Adətən uyğunlaşma iki-dörd həftə davam edir. xaric

18:45 0
.

Xankəndidən yüksələn Zəfər sədası Azərbaycanın qüdrətinin və milli birliyinin təntənəsidir

Prezident İlham Əliyevin 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndidən Azərbaycan xalqına ünvanladığı təbrik müraciəti tarixi Qələbəmizin siyasi, hərbi və mənəvi əhəmiyyətini bir daha nümayiş etdirib. Dövlətimizin başçısının müraciətini məhz Xankəndidə, şanlı Qələbənin şərəfinə ucaldılmış ikinci Zəfə

11:14 262
.

İki qardaş dövlətin sarsılmaz birliyinin təsdiqi

8 Noyabr 2026-cı il - Zəfər Günündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri və Şuşada Prezident İlham Əliyevlə görüşü iki qardaş dövlətin sarsılmaz münasibətlərini, tarixi bağlılığını və gələcəyə yönələn strateji iradəsini bir daha nümayiş etdirdi. Azərbaycanın dövlətçilik tarixind

12:11 253
.

Xalqımız və gələcək nəsillər bu Zəfərlə daim fəxr edəcəklər

Azərbaycanın tarixinə qızıl hərflərlə həkk edilmiş Zəfər salnaməsinin hər səhifəsində Azərbaycan əsgər və zabitinin qəhrəmanlığı və Vətən sevgisi dayanır. Bu Zəfər təkcə müasir silahların, hərbi strategiyanın və döyüş taktikasının nəticəsi deyil, Vətən torpağı uğrunda canından keçməyə hazır olan mər

10:58 260
.

Rusiya, ABŞ və Ukrayna nümayəndələri Əbu-Dabidə görüşüb

Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqların ilk günü Əbu-Dabidə başa çatıb. xəbər verir ki, danışıqlar təxminən 40 dəqiqəlik fasilə ilə ümumilikdə 4,5 saat davam edib. Rusiya nümayəndə heyətinə Ukrayna prezidentinin köməkçisi Vladimir Medinski, Ukrayna nümayəndə heyətinə isə Ukrayn

10:37 197
.