Prezidentin xidmətlərinə verilən ədalətli qiymət
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türk Dünyasının Ali Ordeni ilə təltif olunması onun türk dünyası qarşısında xidmətlərinə verilən ədalətli qiymətdir. İstər Türk Şurasının yaranması və fəaliyyətinin təşkili, istər bu təşkilatın genişlənməsi və beynəlxalq nüfuzunun artması istiqamətində Azərbaycan Prezidentinin gördüyü işlər olduqca strateji əhəmiyyət kəsb edib.
Nəticədə isə bu qurum hazırda beynəlxalq təşkilatlar arasında özünəməxsus yer tutması ilə bərabər, həm də mühüm strateji cazibə mərkəzlərindən birinə çevirilib. Ona üzv olamq istəyən ölkələrin sayı ciddi şəkildə artıb. Bu, tarixi hadisədir və Prezident İlham Əliyevin adı ilə bağlıdır.
Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin liderləri Prezident İlham Əliyevə Türk Dünyasının Ali Ordeninin verilməsi ilə bağlı qərar qəbul edərkən məhz bu ümumu mənafelərə xidmət edən reallığı nəzərə alaraq veriblər. Ali Ordeni təqdim edərkən qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidentinə xitabən, onu Müzəffər Ali Baş Komandan adlandıraraq bidirdi ki, qətiyyətli rəhbərliyinizlə Qarabağda təxminən otuz il davam edən işğala 44 gün kimi qısa müddətdə son qoyulub. Bu, təkcə azərbaycanlı qardaşlarımız üçün deyil, bütün türk dünyası üçün böyük əhəmiyyət daşımaqdadır.
Türk dünyasının fiziki bütövlüyünə xidmət edəcək bu mühüm tarixi hadisə bütün türk dünyası ölkələri üçün yeni iqtisadi-siyasi və strateji perspektivlər yaradır. Hələ 2009-cu ildə Naxçıvanda Türk Şurası yaradılarkən Azərbaycan Prezidenti İlham Əliyev məhz bu perspektivlərə toxunaraq türk dünyasının fiziki birləşməsi, Naxçıvanın anklav vəziyyətdən çıxarılması istiqamətində mühüm addımların atılması məsələlərinə toxunmuşdu.
Hazırda isə həyata keçirilən dərin hərbi-siyasi strategiya sayəsində bu, artıq reallıqdır. Eyni zamanada, Türk Dövlətləri Təşkilatına yeni üzvlərin qəbul edilməsi, xüsusən də qardaş Türkmənistanın bu təşkilata cəlb edilməsi, qardaş Özbəkistanın tamhüquqlqu üzv olaraq qəbul edilməsi də son illərdə təşkilatın tarixində baş verən mühüm hadisələrdir.
Xüsusi qeyd edilməli bir məsələ isə ondan ibarətdir ki, Azərbaycanın əldə etdiyi tarixi zəfər bütün qardaş xalqların ilham mənbəyinə çevirilmiş, onlarda milli güvən və qürur hissi yaratmışdı. Qardaş Türkiyə və Azərbaycanın güc nümayiş etdirmək və milli iradə ortaya qoymaq cəsarəti isə hazırkı mürəkkəb beynəlxalq şərtlər içərisində qibtə yaradan bir nümunədir. Bu, eyni zamanda Türk Dövlətləri Təşkilatını yeni cəlbedici formata çevirir. Azərbaycan Prezidenti İlham Əliyev ona təqdim edilən Ali Ordeni Azərbaycan xalqının adından qəbul etdi və bu ordeinin məhz xalqımıza verildiyini dedi. Bu, bir milli liderin öz xalqı ilə bütövlüyünün təcəssümü idi.
Cəlil Xəlilov – siyasi elmlər üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 670 Tarix: 15 noyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSarsılmaz müttəfiqlik - ortaq strateji hədəflər
Azərbaycan və Türkiyə əsrlər boyu ortaq tarix, mədəniyyət, dil və dini dəyərlər əsasında formalaşmış möhkəm qardaşlıq telləri ilə bir-birinə bağlı olan iki dost və qardaş ölkədir. "Bir millət, iki dövlət" prinsipi bu münasibətlərin təməlini təşkil edərək, təkcə regionda deyil, bütün dünyad
12:17 225 Fulya Öztürk Aygün Kazımovanın mahnısını paylaşdı
Türkiyəli jurnalist Fulya Öztürk Xalq artisti Aygün Kazımova ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, müğənninin "Bilirəm" klipindən görüntülərini yayımlayaraq "Son zamanlarda bu mahnı ən sevdiyim oldu" sözlərini yazıb. Qeyd edək ki, mahnının sözləri Leyla Əliyevaya, musiqis
11:28 271 Prezidentin Xankəndidən xalqa ünvanlanan təbriki böyük maraqla qarşılanıb
Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Azərbaycan xalqına Xankəndidən ünvanladığı təbriki tarixi Qələbəmizin siyasi, hərbi, mənəvi və ideoloji əhəmiyyətini bir daha nümayiş etdirir. Təbrikin məhz Xankəndidə, Zəfər tağının önündə səsləndirilməsi Azərbaycanın dövlət suverenliyinin, milli iradəsini
10:40 264 Prezidentlərin diqqətini çəkən XTQ zabiti kimdir? - Video
8 Noyabr - Zəfər Günü Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanla səmimi söhbəti ilə yadda qalan zabitin görüntüləri hər kəsdə maraq doğurub. Bəs dövlət başçılarının yanında dayanan və Prezident İlham Əliyevin qürurla bəhs etdiyi qəhrəman zabit kimdir?. "Qafqazinfo"nun məlumatına görə
15:16 240 Uşaq bağçaya getmək istəmirsə... valideynlər bunları etməlidir
Səhərlər uşaq bağçasının qapısı qarşısında ağlayan uşaqlarla bir çox valideyn qarşılaşır. Uşaq anasının və ya atasının əlindən yapışaraq evdə qalmaq istəyir. Əksər hallarda bu davranış şıltaqlıq deyil, yeni mühitə uyğunlaşma prosesinin bir hissəsidir. Adətən uyğunlaşma iki-dörd həftə davam edir. xaric
18:45 0 Xankəndidən yüksələn Zəfər sədası Azərbaycanın qüdrətinin və milli birliyinin təntənəsidir
Prezident İlham Əliyevin 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndidən Azərbaycan xalqına ünvanladığı təbrik müraciəti tarixi Qələbəmizin siyasi, hərbi və mənəvi əhəmiyyətini bir daha nümayiş etdirib. Dövlətimizin başçısının müraciətini məhz Xankəndidə, şanlı Qələbənin şərəfinə ucaldılmış ikinci Zəfə
11:14 262 İki qardaş dövlətin sarsılmaz birliyinin təsdiqi
8 Noyabr 2026-cı il - Zəfər Günündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri və Şuşada Prezident İlham Əliyevlə görüşü iki qardaş dövlətin sarsılmaz münasibətlərini, tarixi bağlılığını və gələcəyə yönələn strateji iradəsini bir daha nümayiş etdirdi. Azərbaycanın dövlətçilik tarixind
12:11 253 Xalqımız və gələcək nəsillər bu Zəfərlə daim fəxr edəcəklər
Azərbaycanın tarixinə qızıl hərflərlə həkk edilmiş Zəfər salnaməsinin hər səhifəsində Azərbaycan əsgər və zabitinin qəhrəmanlığı və Vətən sevgisi dayanır. Bu Zəfər təkcə müasir silahların, hərbi strategiyanın və döyüş taktikasının nəticəsi deyil, Vətən torpağı uğrunda canından keçməyə hazır olan mər
10:58 260 Rusiya, ABŞ və Ukrayna nümayəndələri Əbu-Dabidə görüşüb
Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqların ilk günü Əbu-Dabidə başa çatıb. xəbər verir ki, danışıqlar təxminən 40 dəqiqəlik fasilə ilə ümumilikdə 4,5 saat davam edib. Rusiya nümayəndə heyətinə Ukrayna prezidentinin köməkçisi Vladimir Medinski, Ukrayna nümayəndə heyətinə isə Ukrayn
10:37 197