Müharibə yenidən başlaya bilər? - AÇIQLAMA

Müharibə yenidən başlaya bilər? - AÇIQLAMASon günlər erməni vandalları yenidən atəşkəsi pozmaqla sərhəddəki gərginliyi davam etdirirlər. Bu gün isə Tovuz istiqamətində mövqelərimiz atəşə tutulub. Vəziyyət belə davam edərsə, müharibə yenidən başlaya bilərmi?

Məsələ ilə bağlı deputat Bəhruz Məhərrəmov Sonxeber.az-a açıqlama verib.

O bildirib ki, son dövrlər intensivləşən erməni təxribatı bölgədə yaranmış köklü reallığa heç bir təsir edə bilməz:

"Əgər bu insidentlər bir dəyişikliyə səbəb olacaqsa, o da yalnız və yalnız Azərbaycanın hərbi-siyasi rolunun daha da güclənməsi, Ermənistanın isə xəritədən silinməsi formasında baş verə bilər.

İrəvan elə bir güc sahibi deyil ki, bizim rəqibimiz olsun, xüsusən də mövcud hərbi-siyasi güc balansı fonunda. Heç şübhəniz olmasın ki, bunu Ermənistanda da hər kəs yaxşı başa düşür.

Lakin indiki halda təxribat və gərginlik İrəvana ağır daxili siyasi vəziyyətin nizamlanması üçün bir vasitə olaraq lazımdır. 3-5 terrorçunu əsgərlərimizin qarşısına çıxarmaqla əslində İrəvanda daxili qruplaşmalar bir-birini hədəfləyir, lakin əgər gedişatdan biz də zərər görürüksə, şəhidlərimiz və yaralılarımız varsa, təbii ki, proseslərin öz-özünə axarına düşməsini gözləyə bilmərik. Bizə tuşlanan istənilən silah, törədilən hər bir təxribat ermənilərin olmayan dövlətçiliyinin sonuna bir addım daha yaxınlaşmaları deməkdir.

Əmin ola bilərlər ki, 30 illik hazırlığa malik bir ordunu 44 günə məhv edən "Dəmir yumruq" ötən bir ildə güc və imkanlarını, təcrübəsini qat-qat artırıb, yenidən Ermənistanın belini qırmaq üçün ordumuza Müzəffər Ali Baş Komandanın bir əmri və sayılı günlər lazımdır. BMT Nizamnaməsinin 25 və 51-ci maddələrinə uyğun olaraq, bizim öz təhlükəsizliyimizi təmin etmək üçün təcavüzkarı tam zərərsizləşdirmək, bu məqsədlə profilaktik tədbirlər görmək hüququmuz var.

Nə qədər ki, sərhədlərin delimitasiya və demarkasiya prosesi başlanmayıb, təcavüzə mane olmaq məqsədi ilə ordunu müvəqqəti olaraq Ermənistanın içərilərinə doğru yeridib, təhlükəsizlik zolağı təmin etmək, yaxud Ermənistan ərazilərində antiterror əməliyyatları keçirmək bizim beynəlxalq mexanizmlərdə təsbit olunan təməl haqqımızdır. Bizim başqa dövlətin ərazisinə iddiamızın olmadığını bütün dünya bilir və bu mənada kimsə bizi bu təhlükəsizlik tədbirlərinə görə qınaya, yaxud bizi yolumuzdan döndərə bilməz. Ermənistan, bu versiya da daxil, bütün mümkün variantları nəzərdən keçirməli, təxribatlardan əl çəkməyin və dincliyin onlar üçün ən doğru seçim olduğunu dərk etməlidir.

Bir il öncəyədək mövcud olmuş münaqişə artıq başa çatıb. Bizim məqsədimiz müharibə deyil, biz, konstitusion olaraq, mübahisələrin həlli yolu kimi müharibəni həmişə rədd etmişik. Əgər biz müharibəni arzu etsəydik, Paşinyanın ötən ilin 10 noyabrında kapitulyasiya yalvarışlarını dinləyib İrəvana şans verməzdik. Bizim aramızda üçtərəfli 10 noyabr bəyanatı var, bu bəyanat isə Azərbaycan üzərinə Ermənistanın "şıltaqlıqlar"ına dözmək öhdəliyi qoymur. Proses bu məcrada davam etsə, yəqin ki, Cənubi Qafqazda Ermənistan adlı dövlətin mövcudluğuna ehtiyacın olub-olmaması məsələsi barədə düşünməyə vadar olacağıq".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 5840   Tarix: 18 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir

Elə ideyalar var ki, zaman keçdikcə, sadəcə, siyasi və ya ictimai düşüncə çərçivəsindən çıxaraq, bütöv bir xalqın mənəvi dayağına, dövlətin varlıq fəlsəfəsinə çevrilir. Azərbaycançılıq məfkurəsi də belə ideyalardandır. O, bizi birləşdirən ortaq tarix, milli kimlik, mənəvi dəyərlər, Vətən sevgisi və gələcəy

12:14 227
.

Lamin Yamal küçədə iki gənci saxladı, görün nə istədi: onlara hədiyyə də verdi

"Barselona"nın ispan futbolçusu Lamin Yamal maşın sürərkən iki gənci saxlayıb və axşam yeməyi üçün sakit bir yer təklif etmələrini istəyib. Gənclərin tövsiyəsini aldıqdan sonra Yamal onlara qulaqcıq hədiyyə edib. -ın xarici mediaya istinadən xəbərinə görə, meydandan kənarda da mehriban davranış

18:15 16
.

DYP adından SMS göndərib kart məlumatlarını ələ keçirirlər - XƏBƏRDARLIQ

Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur. Bu barədə -a agentlikdən məlumat verilib. Belə ki, kiberdələduzlar xarici nömrələr vasitəsilə vətəndaşlara sürət həddinin aşılmas

20:30 2
.

Rusiya, ABŞ və Ukrayna nümayəndələri Əbu-Dabidə görüşüb

Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqların ilk günü Əbu-Dabidə başa çatıb. xəbər verir ki, danışıqlar təxminən 40 dəqiqəlik fasilə ilə ümumilikdə 4,5 saat davam edib. Rusiya nümayəndə heyətinə Ukrayna prezidentinin köməkçisi Vladimir Medinski, Ukrayna nümayəndə heyətinə isə Ukrayn

10:37 197
.

Xankəndidən yüksələn Zəfər sədası Azərbaycanın qüdrətinin və milli birliyinin təntənəsidir

Prezident İlham Əliyevin 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndidən Azərbaycan xalqına ünvanladığı təbrik müraciəti tarixi Qələbəmizin siyasi, hərbi və mənəvi əhəmiyyətini bir daha nümayiş etdirib. Dövlətimizin başçısının müraciətini məhz Xankəndidə, şanlı Qələbənin şərəfinə ucaldılmış ikinci Zəfə

11:14 262
.

Öskürək keçmir, halsızlıq bitmir: Bakıda xəstələrin sayı artır

Son vaxtlar Bakıda bir çox insan uzun müddət keçməyən öskürək, bəlğəm, halsızlıq və yorğunluqdan şikayətlənir. Bəzi hallarda xəstəlik adi soyuqdəymə kimi başlayır, lakin simptomlar həftələrlə davam edir. Xüsusilə gecələr güclənən öskürək, boğazda qıcıqlanma, sinədə ağırlıq hissi və bəlğəmin uzun müddə

20:00 1
.

TikTok moderasiya effektivliyini artırır: 2026-cı ilin ikinci rübündə Azərbaycanda 570 mindən çox video silinib

Video yaratmaq və izləmək üçün aparıcı platformalardan biri olan TikTok üçün istifadəçilərin təhlükəsizliyinin təmin edilməsi əsas prioritet olaraq qalır. Şirkət məzmunun moderasiyası texnologiyalarını davamlı olaraq təkmilləşdirir və İcma Qaydalarına əməl olunmasına dair hesabatları mütəmadi dərc edir

11:40 219
.

Maaşların gecikdirilməsi və ya azaldılmasına nəzarət gücləndiriləcək

Azərbaycanda əməkhaqqının gizlədilməsi hallarına qarşı yeni mexanizm tətbiq olunacaq. Axşam.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, işçilərə əməkhaqq

14:13 228
.

İspaniyada kirayə və mənzil böhranı

İspaniyada kirayə və mənzil böhranı səbəbindən 14 ildən sonra ilk dəfə ümumi tətil başlayıb. bunu Türkiyə mediasına istinadən bildirib. İşçilər artan kirayə qiymətlərinə, mənzil çatışmazlığına və evlərdən məcburi çıxarılmalara etiraz edirlər. Minlərlə işçi fəaliyyətini dayandırıb. Tətilin ilk saatlarınd

16:00 169
.