Piter Teys: "Rəsmi İrəvan reallığı qəbul etməlidir"
"Rəsmi İrəvan reallığı qəbul etməli və 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatın müddəalarını yerinə yetirməlidir".
Bunu "Report"a ABŞ politoloqu, beynəlxalq münasibətlər üzrə ekspert Piter Teys Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2021-ci il noyabrın 26-da Soçidə keçirilmiş görüşünün nəticələrini şərh edərkən bildirib.
"Ermənistan hökuməti 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatın müddəalarını yerinə yetirməyə cürət etmir və Azərbaycan ilə sərhəddən təxribatlar təşkil etməkdə davam edir. Ermənistan rəhbərliyi əvvəlki tək zəifdir, o, öz seçiciləri arasında populyarlığını əhəmiyyətli dərəcədə itirib. Ermənistan cəmiyyəti, təəssüf ki, özünütəcrid halında qalmaqdadır", - politoloq deyib.
O hesab edir ki, beynəlxalq görüşlər son nəticədə Baş nazir Nikol Paşinyana sübut edəcək ki, Ermənistan üçün iqtisadi uğurun yolu noyabr bəyanatının müddəalarını yerinıə yetirməkdən keçir.
Ekspertin fikrincə, Ermənistanın beynəlxalq infrastruktur layihələrinin iştirakçısı olması üçün hakim rejim Cənubi Qafqazdakı yeni geosiyasi reallığı qəbul etməli və müvafiq şəkildə hərəkət etməlidir.
"Zəngəzur dəhlizi həqiqətən regional iqtisadiyyatı və sənaye layihələrini dəstəkləyə, Cənubi Qafqaz və Avropada mal və yük axınını artıracaq əsas dəhlizdir", - ekspert söyləyib.
P.Teys vurğulayıb ki, 2021-ci il 26 noyabr tarixli üçtərəfli görüş Azərbaycan Respublikasının qonşu Ermənistana münasibətdə sülh siyasəti yürütməyə hazır olduğunu sübut edir: "Ermənistanın üçtərəfli Soçi görüşündə iştirakı irəliyə doğru böyük addımdır və Rusiya rəhbərliyi bu məsələdə həlledici, çox vacib rola malikdir. Rəsmi Moskva Azərbaycanın ərazi bütovlüyünün qorunması və İrəvana reallığın qəbul etdirilməsində yaxşı balanslaşdırılmış siyasət yürüdür".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 617 Tarix: 27 noyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPrezidentin sosial media hesablarında COP31-in Liderlər Sammitində iştiraka dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Antalyada keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştiraka dair videoçarx paylaşılıb. xəbər verir ki, paylaşımda deyilir:. "Prezident İlham Əliyev və birinc
18:22 0 Maaşların gecikdirilməsi və ya azaldılmasına nəzarət gücləndiriləcək
Azərbaycanda əməkhaqqının gizlədilməsi hallarına qarşı yeni mexanizm tətbiq olunacaq. Axşam.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, işçilərə əməkhaqq
14:13 228 Prezident xanımı ilə Liderlər Sammitində - Video - Fotolar - Yenilənib
Türkiyənin Antalya şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammiti keçirilib. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva tədbird
17:50 83 Xankəndidən yüksələn Zəfər sədası Azərbaycanın qüdrətinin və milli birliyinin təntənəsidir
Prezident İlham Əliyevin 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndidən Azərbaycan xalqına ünvanladığı təbrik müraciəti tarixi Qələbəmizin siyasi, hərbi və mənəvi əhəmiyyətini bir daha nümayiş etdirib. Dövlətimizin başçısının müraciətini məhz Xankəndidə, şanlı Qələbənin şərəfinə ucaldılmış ikinci Zəfə
11:14 262 Şuşadan düşmən və qarayaxanlara ünvanlanan mesajlar
8 Noyabr 2026-cı il - Şanlı Zəfərimizin altıncı ildönümü günündə Türkiyə Cumhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dəfə dost və qardaş Azərbaycana səfərə gələrək xalqımızın əziz gününü Şuşada Prezident İlham Əliyevlə birgə qeyd etmişdir. Azərbaycana səfəri və Şuşada görüşü iki qardaş dövləti
11:59 224 Ərdoğanın Zəfər Günündə Qarabağa səfərinin siyasi və mənəvi əhəmiyyəti
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər Günü münasibətilə Azərbaycana, o cümlədən Qarabağa səfəri, ilk növbədə, iki qardaş ölkə arasında mövcud olan tarixi dostluğun, strateji müttəfiqliyin və sarsılmaz həmrəyliyin növbəti təzahürü kimi qiymətləndirilməlidir. Bu səfərin ən mühü
11:29 236 Sabah 16° isti olacaq
Noyabrın 12-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağ
14:30 212 Milli suverenliyimizin və hüquqi dövlət quruculuğunun möhkəm təməli
12 Noyabr tarixi müstəqil Azərbaycan dövlətinin hüquqi əsaslarının formalaşmasını, milli suverenliyin möhkəmləndirilməsini, insan və vətəndaş hüquq və azadlıqlarının ali dəyər kimi təsbit olunmasını, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun əsas prinsiplərinin müəyyən edilməsini özündə ehtiv
12:15 226 Uşaq bağçaya getmək istəmirsə... valideynlər bunları etməlidir
Səhərlər uşaq bağçasının qapısı qarşısında ağlayan uşaqlarla bir çox valideyn qarşılaşır. Uşaq anasının və ya atasının əlindən yapışaraq evdə qalmaq istəyir. Əksər hallarda bu davranış şıltaqlıq deyil, yeni mühitə uyğunlaşma prosesinin bir hissəsidir. Adətən uyğunlaşma iki-dörd həftə davam edir. xaric
18:45 0