Elektronlaşa bilməyən xidmət - SOSİAL PROBLEM

Elektronlaşa bilməyən xidmət - SOSİAL PROBLEMƏksər kommunal ödənişləri onlayn formada rahat həyata keçirmək mümkün olsa da, lift ödənişləri hələ də ötən əsrin sonlarındakı sistemlə toplanılır

Hazırda ölkəmizdə bütün sahələrdə elektronlaşma həyata keçirilir. Demək olar ki, əksər kommunal ödənişləri onlayn formada rahat həyata keçirə bilirik.

Lakin Mənzil İstismar Sahəsinin tərkibində bəzi sahələr var ki, onlarda hələ də müasir dövrün texnoloji yenilikləri tətbiq olunmur. Lift ödənişlərinin yığılması hələ də ötən əsrin sonlarındakı sistemlə gedir. Əksər binalarda əhalidən lift ödənişləri toplanılır, lakin qəbz verilmir. Verilsə belə, əl ilə yazılmış, hüquqi əsası olmayan kağız olur. Bəs görəsən lift ödənişlərini niyə hələ də onlayn formada ödəmək mümkün olmur? Bunun üçün hər hansı bir iş aparılırmı?

Mövzu ilə bağlı "Kaspi" qəzeti mütəxəssislərin rəyini öyrənib.

Onlayn şəkildə olarsa...

İqtisadçı Pərviz Heydərov deyir ki, onlayn ödənişlər müsbət qiymətləndirilməli, günümüzün tələbi kimi qəbul edilməlidir: "İstənilən ödənişin onlayn şəkildə həyata keçirilməsi həm vergidən yayınmanın qarşısını alar, həm ödənişi asanlaşdırar, həm də xidmətin keyfiyyətini yüksəldər".

Problem Mənzil İstismar sahələrindədir

İqtisadçı bildirir ki, bu gün mənzil sahibləri bilmədən müxtəlif yerlərə ödəniş edirlər: "Lift ödənişlərini bəzi binalarda bələdiyyə, bəzilərində isə Mənzil İstismar Sahəsi yığır. Lift xidmətləri üçün ödənişin yalnız Mənzil İstismar Sahəsinə ödənməli olduğundan hər kəs məlumatlı deyil. Çünki bu pullar əllə, kustar şəkildə yığılır. Məhz bu səbəbdən təkcə liftlər deyil, yaşayış binalarında göstərilən xidmətlərin əksəriyyəti bərbad vəziyyətdədir. Buna son qoymaq üçün məsələyə kompleks yanaşılmalıdır. Mənzil İstismar Sahəsinin missiyasının hələ neçə illər bundan öncədən başa çatdığını birdəfəlik qəbul etmək lazımdır".

Çətinlik ondadır ki...

P.Heydərovun sözlərinə görə, lift xidməti onlayn ödənişlərə keçmək heç də çətin proses deyil: "Problem odur ki, xidmətin cavabdehliyi heç bir səlahiyyəti olmayan Mənzil İstismar sahələrindədir. Nəyə görə binalarda lift xidmətinə Mənzil İstismar Sahəsi cavabdehlik daşıyır? Axı onların bu xidməti yüksək səviyyədə təşkil etmək üçün müvafiq texniki imkanları yoxdur".

P.Heydərov bildirir ki, yeni tikililərdə xidmət haqqı yüksək olsa da, keyfiyyət də yaxşıdır: "Yeni tikililərdə sakinlər göstərilən ümumi kommunal xidmətlər çərçivəsində liftlər üçün də pul ödəyirlər. Düzdür, yeni tikililərdə kommunal xərclər, o cümlədən liftlər üçün xidmət haqları daha bahadır. Amma həmin binalarda yüksək səviyyəli, ən müasir standartlara cavab verən, hətta binanın elektrik enerjisi kəsildikdə belə fəaliyyət göstərən lift xidməti mövcuddur. Bu binalarda kommunal xidmətlər hansı şirkət cavabdehdirsə, "lift pulu" da ona ödənilir".

Vahid tarif də yoxdur

P.Heydərovun sözlərinə görə, lift və digər xidmətin konkret tarifi olmalıdır: "Məsələn, biz işığı, qazı işlədirik. Tarif Şurası tarifi müəyyən edir. Biz də bilirik ki, məsələn, işığın bir kilovatına görə nə qədər ödəniş etməliyik. Hamısının da çekini alırıq. Amma lift xidməti, digər təmizlik xidmətləri üçün vahid tarif yoxdur. Mənzil İstismar Sahəsi liftə görə hər mənzildən, 1-2 manat pul yığır. Bunu nəyə əsasən yığırlar, hansı normativə əsaslanırlar heç kim bilmir. Yığılan məbləğə görə göstərilən xidmət də bərbad vəziyyətdədir".

P.Heydərov deyir ki, əgər xidmət haqqı nağd şəkildə alınırsa, deməli, büdcədən yayınma üçün kifayət qədər imkan yaranır: "Göstərilən xidmətə görə ödəniş nağd alınırsa, heç bir çek təqdim edilmirsə, deməli, aldıqları məbləğ nəzarətdən kənarda qalır. Miqdarı da, hansı təyinata görə alındığı da bəlli olmur. Ümumilikdə heç bir haqq-hesab həyata keçirilmir".

Həlli yolu

P.Heydərov bildirir ki, problemin həlli üçün vətəndaşa xidməti göstərənin kim olduğu dəqiq müəyyən olunmalıdır: "Vətəndaş aldığı xidmətə görə kimdən cavabdehlik tələb etməli olduğunu, pulu kimə ödədiyini bilməlidir. Bundan sonra hər şey yüksək səviyyədə təşkil olunarsa, ödənişin onlayn olması da öz həllini tapa bilər. Amma indiki şəraitdə biz bunun olmasını tələb etsək də, alınan deyil. Çünki, əksər binalarda vətəndaşlar lift xidmətinə kimin cavabdeh olduğunu bilmir".

Qeyd edək ki, hələ 2018-ci ildən də lift xidmətləri ilə bağlı ödənişlərin onlayn həyata keçirilməsi ilə bağlı təklif hazırlanıb təqdim ediləcəyi barədə xəbərlər yayılmışdı. Lakin üstündən 3 il keçsə də məsələ hələ də həllini tapmayıb.

İlin sonunu gözləyək

"Lifttəmir" İstehsalat Birliyinin baş mühəndisi Mehdi Hüseynov hazırda lift xidmətləri üçün onlayn ödənişin reallaşdırılması istiqamətində işlərin həyata keçirildiyini bildirdi: "Biz artıq onlayn ödəniş məsələsi ilə bağlı işlərə başlamışıq. Digər kommunal ödənişlərin həyata keçirildiyi yeni növ kassa aparatlarına keçidlə bağlı işlər görülür. İlin sonuna qədər onlayn ödənişə keçid prosesinin tamamlanmasına çalışırıq".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 662   Tarix: 28 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Rusiya, ABŞ və Ukrayna nümayəndələri Əbu-Dabidə görüşüb

Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqların ilk günü Əbu-Dabidə başa çatıb. xəbər verir ki, danışıqlar təxminən 40 dəqiqəlik fasilə ilə ümumilikdə 4,5 saat davam edib. Rusiya nümayəndə heyətinə Ukrayna prezidentinin köməkçisi Vladimir Medinski, Ukrayna nümayəndə heyətinə isə Ukrayn

10:37 197
.

Messidən yeni rekord: dünyanın ən yaxşı futbolçularının simvolik komandası AÇIQLANDI

Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyaları Federasiyası (FIFPro) 2026-cı il üçün ulduzlar komandasını açıqlayıb. -ın xəbərinə görə, komandaya Lionel Messi də daxildir. Rəsmi FIFPro saytında bildirildiyi kimi, səsvermənin nəticələri noyabrın 9-da açıqlanıb. Ənənəvi olaraq, World 11 komandası yalnı

19:00 1
.

Qarabağda gedən quruculuq işlərinin templəri artmaqdadır

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək çoxəsrlik tarixinin ən şanlı səhifələrindən birini yazıb. Şuşadan başlayan Böyük Qələbə salnaməsi 2023-cü ilin sentyabrında keçirilən uğurlu lokal antiterror tədbirlər

11:04 259
.

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Azərbaycanda qadınlarla kişilərin ortaaylıq əməkhaqqısı arasında ciddi fərq var. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il kişilərin ortaaylıq əməkhaqqı 1 264 manat, qadınların əməkhaqqı isə 874.6 manat təşkil edib. Beləliklə, qadınlar kişilərlə müqayisədə orta hesabla 389.4 manat az maa

10.11.2026 300
.

Fulya Öztürk Aygün Kazımovanın mahnısını paylaşdı

Türkiyəli jurnalist Fulya Öztürk Xalq artisti Aygün Kazımova ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, müğənninin "Bilirəm" klipindən görüntülərini yayımlayaraq "Son zamanlarda bu mahnı ən sevdiyim oldu" sözlərini yazıb. Qeyd edək ki, mahnının sözləri Leyla Əliyevaya, musiqis

11:28 271
.

Prezidentin Xankəndidən xalqa ünvanlanan təbriki böyük maraqla qarşılanıb

Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Azərbaycan xalqına Xankəndidən ünvanladığı təbriki tarixi Qələbəmizin siyasi, hərbi, mənəvi və ideoloji əhəmiyyətini bir daha nümayiş etdirir. Təbrikin məhz Xankəndidə, Zəfər tağının önündə səsləndirilməsi Azərbaycanın dövlət suverenliyinin, milli iradəsini

10:40 264
.

Ərdoğanın Zəfər Günündə Qarabağa səfərinin siyasi və mənəvi əhəmiyyəti

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər Günü münasibətilə Azərbaycana, o cümlədən Qarabağa səfəri, ilk növbədə, iki qardaş ölkə arasında mövcud olan tarixi dostluğun, strateji müttəfiqliyin və sarsılmaz həmrəyliyin növbəti təzahürü kimi qiymətləndirilməlidir. Bu səfərin ən mühü

11:29 236
.

Vətən müharibəsinin Xankəndidən səslənən dərsləri

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev 8 Noyabr Zəfər Günü münasibətilə Xankəndi şəhərindəki Zəfər abidəsini ziyarət etdikdən sonra Azərbaycan xalqına ünvanladığı təbrikində 44 günlük Vətən müharibəsində Silahlı Qüvvələrimizin göstərdiyi qəhrəmanlıqdan, döyüş meydanında qazanılan üstünlükdən

10:50 232
.

Xankəndidən verilən mesajlar Qarabağa qayıdışa töhfədir

8 Noyabr - Zəfər Gününün altıncı ildönümünü qeyd etdiyimiz bu gün Azərbaycan xalqının yaddaşında silinməz iz qoymuş tarixi hadisələri bir daha xatırlayır, keçdiyimiz yolun nəticələrini və qarşıda duran vəzifələri dərk edirik. Prezident İlham Əliyevin bu gün Xankəndidən Azərbaycan xalqına ünvanladığ

10:24 193
.