Almaniyada yaşayan tanınmış azərbaycanlı alim "Omikron" ştammın təhlükəsindən danışıb
"İlk olaraq bir elm adamı kimi yeni B11529 virus variantının yayılmasını nəzərə alaraq Azərbaycan üçün ciddi yeni strategiya düşünməyin zamanı olduğunu qeyd edirəm. Bunu həm də bugünə qədər bütün atılan addımlardan xəbərdar olan və boşluqların harda olduğunu bilən birisi kimi də deyirəm".
Bunu APA-ya açıqlamasında Almaniya Azərbaycanlıları Alyansının (AAA) İdarə Heyətinin sədr müavini, tibb elmləri doktoru Nuran Abdullayev deyib.
O, yeni virus variantının – "B11529"-nin Ümumdünya Səhiyyə Təşkilatının təklif etdiyi nomenklaturaya əsasən adının "Omikron" olduğunu diqqətə çatdırıb: "Bu cür mutasiyaların əsas yaranma səbəblərindən biri də daha öncələr xəstələnmiş insanların virusa yenidən yoluxmasıdır ki, bu da öz növbəsində immunitetin virusla mübarizəsi zamanı sonuncunun dəyişikliklərinə səbəb olur. "Omikron"un yoluxma zamanı daha ağır xəstəliyə səbəb olması və yayılma əmsalı barədə bu gün hələ ki, elmi tərəfdən istinad ediləsi heç bir tədqiqat yoxdur. Amma virusun sürətlə yayılması barədə artıq kifayət qədər praktik sübutlar var və bu istiqamətdə önümüzdəki günlərdə dəqiq statistik rəqəmləri görəcəyik".
O, hazırda mövcud olan effektiv peyvəndlərin "Omikron"a qarşı effektivliklərini itirə biləcəklərini qeyd edib: "Amma bu o demək deyil ki, onlar tamamilə effektsiz olacaqlar. Bir şeyi də unutmaq olmaz ki, bu gün ən yüksək effektivlik göstərən peyvəndlərin "Omikron"a qarşı da eyni effektivliyini təmin etmək üçün təxminən 3 ay zaman lazımdır".
N.Abdullayev epidemioloji cəhətdən "Omikron"un yayıldığı indiki zamanda müəyyən daxili qapanmaların tətbiqi və Azərbaycana hava yolu ilə olan səyahətlərə məhdudiyyətin qoyulmasının mümkün ola biləcəyini istisna etməyib: "Çünki bu gün mətbuatda virusun Cənubi Afrikadan gəlməsi heç də onun mütləq orada yaranması demək deyil. Artıq Belçika və Hollandiyada yeni virus variantının olması rəsmən təsdiqlənir. Almaniyada isə artıq son analizlərdən sonra "Omikron"un olduğu rəsmən təsdiqlənəcək. Son olaraq isə bir daha onu deyə bilərəm ki, dişlərinə qədər silahlanmış yeni virus variantına qarşı ciddi strategiya Azərbaycanda mütləq elmi əsaslı olmalıdır, əks halda xeyli yeni problemlərlə qarşılaşa bilərik".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1455 Tarix: 28 noyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRusiya, ABŞ və Ukrayna nümayəndələri Əbu-Dabidə görüşüb
Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqların ilk günü Əbu-Dabidə başa çatıb. xəbər verir ki, danışıqlar təxminən 40 dəqiqəlik fasilə ilə ümumilikdə 4,5 saat davam edib. Rusiya nümayəndə heyətinə Ukrayna prezidentinin köməkçisi Vladimir Medinski, Ukrayna nümayəndə heyətinə isə Ukrayn
10:37 197 Messidən yeni rekord: dünyanın ən yaxşı futbolçularının simvolik komandası AÇIQLANDI
Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyaları Federasiyası (FIFPro) 2026-cı il üçün ulduzlar komandasını açıqlayıb. -ın xəbərinə görə, komandaya Lionel Messi də daxildir. Rəsmi FIFPro saytında bildirildiyi kimi, səsvermənin nəticələri noyabrın 9-da açıqlanıb. Ənənəvi olaraq, World 11 komandası yalnı
19:00 1 Qarabağda gedən quruculuq işlərinin templəri artmaqdadır
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək çoxəsrlik tarixinin ən şanlı səhifələrindən birini yazıb. Şuşadan başlayan Böyük Qələbə salnaməsi 2023-cü ilin sentyabrında keçirilən uğurlu lokal antiterror tədbirlər
11:04 259 Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?
Azərbaycanda qadınlarla kişilərin ortaaylıq əməkhaqqısı arasında ciddi fərq var. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il kişilərin ortaaylıq əməkhaqqı 1 264 manat, qadınların əməkhaqqı isə 874.6 manat təşkil edib. Beləliklə, qadınlar kişilərlə müqayisədə orta hesabla 389.4 manat az maa
10.11.2026 300 Fulya Öztürk Aygün Kazımovanın mahnısını paylaşdı
Türkiyəli jurnalist Fulya Öztürk Xalq artisti Aygün Kazımova ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, müğənninin "Bilirəm" klipindən görüntülərini yayımlayaraq "Son zamanlarda bu mahnı ən sevdiyim oldu" sözlərini yazıb. Qeyd edək ki, mahnının sözləri Leyla Əliyevaya, musiqis
11:28 271 Prezidentin Xankəndidən xalqa ünvanlanan təbriki böyük maraqla qarşılanıb
Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Azərbaycan xalqına Xankəndidən ünvanladığı təbriki tarixi Qələbəmizin siyasi, hərbi, mənəvi və ideoloji əhəmiyyətini bir daha nümayiş etdirir. Təbrikin məhz Xankəndidə, Zəfər tağının önündə səsləndirilməsi Azərbaycanın dövlət suverenliyinin, milli iradəsini
10:40 264 Ərdoğanın Zəfər Günündə Qarabağa səfərinin siyasi və mənəvi əhəmiyyəti
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər Günü münasibətilə Azərbaycana, o cümlədən Qarabağa səfəri, ilk növbədə, iki qardaş ölkə arasında mövcud olan tarixi dostluğun, strateji müttəfiqliyin və sarsılmaz həmrəyliyin növbəti təzahürü kimi qiymətləndirilməlidir. Bu səfərin ən mühü
11:29 236 Vətən müharibəsinin Xankəndidən səslənən dərsləri
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev 8 Noyabr Zəfər Günü münasibətilə Xankəndi şəhərindəki Zəfər abidəsini ziyarət etdikdən sonra Azərbaycan xalqına ünvanladığı təbrikində 44 günlük Vətən müharibəsində Silahlı Qüvvələrimizin göstərdiyi qəhrəmanlıqdan, döyüş meydanında qazanılan üstünlükdən
10:50 232 Xankəndidən verilən mesajlar Qarabağa qayıdışa töhfədir
8 Noyabr - Zəfər Gününün altıncı ildönümünü qeyd etdiyimiz bu gün Azərbaycan xalqının yaddaşında silinməz iz qoymuş tarixi hadisələri bir daha xatırlayır, keçdiyimiz yolun nəticələrini və qarşıda duran vəzifələri dərk edirik. Prezident İlham Əliyevin bu gün Xankəndidən Azərbaycan xalqına ünvanladığ
10:24 193