Dəvətsiz qonaq, corab tayları, tər qoxusu... - Qadınların ən sevmədiyi 10 kişi pintiliyi

Dəvətsiz qonaq, corab tayları, tər qoxusu... - Qadınların ən sevmədiyi 10 kişi pintiliyiBiG.AZ Kulis.az-a istinadən "Qadınların kişilərdə sevmədiyi 10 kişi pintiliyi" yazısını təqdim edir.

1. Evdə siqaret çəkmək

Qadınların ən zəhləsi getdiyi şeydir.

Elə bir qadın tapılmaz ki, evdə siqaret çəkən kişini öldürmək istəməsin. Siqaretə dözən qadın tapmaq çöllükdə iynə axtarmaq kimidir. Əgər elə bir qadın tanısanız, mütləq onunla evlənin. Qardaş qardaşa bu məsləhəti verməz!

2. Sabunqabını sulu saxlamaq

Faciədir!

Əlini yumusan, yaxud çimmisən, dərhal, son dərəcə dərhal qadın detektiv kimi hamamı yoxlayır və ilk hədəfə dəyən sabunqabı olur. Vay o sabunqabı batan qayığı xatırlatsın. Su sabunqabıyla qardaşlaşdısa, sizin ölüm fərmanınız hazırdır. Sizin deyəndə kişiləri deyirəm.

3. "Çay gətir!" demək

Xüsusən də nə iləsə məşğuldursa. Bir "çay gətir" cümləsi "səni tanıdığım günə lənət olsun"dan başlayır, "niyə o gün mənə qışqırdın" kimi hansısa üstü tozlanmış xatirənin açılmağına kimi gedib çıxır. Gördünüz ki, xanımın qaşqabağı düyünlənib, yaxud da qab yuyur, səsini çıxarmayın. Feministlər demiş, gedin özünüzə çay süzün. Burda nə çətin iş var ki?

4. Ayaqqabıları səliqəsiz çıxarmaq

Ayaqqabı rəfini niyə almışıq? O nə işə yarayır? Qadın başınızın üstündə durub o kəşfin tarixini eşələyəcək, sizə bir-bir xırdalayacaq. O qədər danışacaq ki, artıq evə gələndə ayaqqabınız özündən asılı olmadan, sakitcə, yavaş-yavaş ayaqqabı rəfində bərqərar olacaq.

5. Corab tayları

Yorğun-arğın gələn kişinin dramı. Corablar hər dəfə fərqli-fərqli yerlərdən üzə çıxır. İtkin düşmüş corab taylarını tapan qadının deyintisini yığıb-yığışdırsan bir corab fabrikinə güclə sığışar.
"Bu andırı yerinə qoy da". Corab da, sən də təhqirə məruz qalırsan. O corabı tapmağın da cəhənnəm əzabı olur. Çünki kişisənsə, yalnız tapdığın şeyi görmək istəyirsən. Ona görə də corabı axtarana qədər çığır-bağırın kəsilmir. Qadın o məqamda "ə, düz gözünün qabağındadır da" deyəndə başa düşürsən ki, qadın başqa aləmdir, onun hər tərəfdə gözü var, yaxud da gözləri yalnızca sənin corabını tapmaq üçün var.

6. Kəskin tər qoxusu

Metro, avtobus havasını evə gətirdinsə, danlaq yiyəsi olacaqsan. Gələn kimi Hüseyn Bolt cəldiyində hərəkət etməli, tezbazar paltarlarını soyunub paltaryuyana qoymalı və üstündən gələn tər qoxusunu o dünyaya göndərməlisən. Çünki bunları etməsən yad qızı sənin gününü göy əskiyə bükəcək. Mütləq bükəcək.

7. Futbola baxmaq

Qadına görə futbol, ümumiyyətlə, mənasız və avara bir şeydir. O mənasız və avara məşğuliyyətlə də öz təyinatı üzrə istifadə eləməlisən. Fərqi yoxdur, Qarabağ Çempionlar liqasında finalda oynasa belə, bu qayda dəyişmir. Qadına görə seriala təkrar baxmaq mümkün deyil. Futbola isə başqa gün də baxmaq olar. İzah da eləyə bilməzsən. Nə deyəcəksən? 22 nəfərin bir topun arxasına düşüb getməsini hansı qadın ciddiyə alar?

8. Dəvətsiz qonaq

"Evdə işim olduğunu bilirsən də, niyə gətirmisən bunu?". Bu söylənti heç bitməyəcək kimi davam edir. O vaxta kimi ki sənin bütün əhvalın pozulur. Evə gətirdiyin dostunun söhbətlərinə də qulaq asa bilmirsən. Bilirsən ki, axşam bu davanın davamı olacaq. Çox çətindir e. Yaşamaq lazımdır o anları.

9. Mətbəxə müdaxilə

Qətiyyən! Toxunma! Ümumiyyətlə, qadının ixtisası olan işlərə burnunu soxma.

10. İçkili gəlmək

Bu heç də. İçki qadının ən böyük düşmənidir. Xüsusən içki içməyə gedib evdəki soyuducunu düzəltdirməmisənsə, vay halına. Sənə çox yazığım gəlir indidən.

Bonus: Qadının qohumlarına nifrət - Bu artıq roman mövzusudur!


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1292   Tarix: 28 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

"Onların pulu ancaq bədən kəsdirməyə gedir"

Əməkdar artist Elza Seyidcahan xanımların xarici görünüşü və sənətə münasibəti ilə bağlı səsləndirdiyi fikirlərlə gündəmə gəlib. Axşam.az xəbər verir ki, müğənni "Kəşfet" verilişində qonaq olarkən bir çox ifaçının bir-birinə bənzəməyə çalışdığını bildirib. O, həmçinin onların estetik əməliyyatlar

09.11.2026 299
.

ABŞ-də pilotlar 12 min metr yüksəklikdə UNO gördülər

ABŞ-nin Uçan Naməlum Obyektlərin (UNO) Öyrənilməsi üzrə Milli Mərkəzi (NUFORC) Ohayo ştatı üzərində naməlum obyektlə qarşılaşan pilotların hesabatını dərc edib. xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Məlumata görə, 2026-cı il avqustun 16-da mülki təyyarəni idarə edən pilotla

01.11.2026 715
.

Payızda yarpaqların rəngini dəyişən görünməz proses

Payız fəslinin gəlişi ilə ağacların yaşıl yarpaqları sarı, narıncı, qırmızı və hətta bənövşəyi rənglərə bürünür. Təbiətdə müşahidə olunan bu dəyişiklik sadəcə mövsümi gözəllik deyil, ağacların qışa hazırlaşması ilə bağlı mürəkkəb biokimyəvi prosesin nəticəsidir. Qaynarinfo xəbər verir ki, Türkiyəni

06.11.2026 457
.

800 illik qala 1 avroya satılır - Fotolar

Almaniyanın Saksoniya torpağında yerləşən Bad-Düben şəhər rəhbərliyi 800 illik tarixə malik Şnaditz su qalasını satışa çıxarıb. "Qafqazinfo" xəbər verir ki, şəhər mülk üçün simvolik olaraq cəmi 1 avro tələb edir, lakin bu "əlverişli" sövdələşmənin arxasında böyük maliyyə öhdəliklər

09.11.2026 333
.

5 5 5 5 = 24: Bu tənliyi doğru edəcək üç riyazi işarə hansılardır?

Tənliyi doğru etmək üçün dörd 5 arasında üç riyazi işarə qoymalısınız. Dörd eyni rəqəm və istədiyiniz nəticə. Bu riyazi tapmacada yalnız üç hesab işarəsi yoxdur. Tapmaca şərti:. 5 5 5 5 = 24. -ın xəbərinə görə, tənliyi doğru etmək üçün dörd beşlik arasında üç riyazi simvol yerləşdirməlisiniz. Toplama

08.11.2026 306
.

Masaj hansı problemlər zamanı tətbiq edilir?

Masaj bədəndə gərginlik, əzələ sərtliyi və hərəkət zamanı yaranan narahatlığın azalmasına dəstək məqsədilə seçilir. Tətbiq üsulu problemin olduğu nahiyəyə və şəxsin vəziyyətinə uyğun müəyyən edilməlidir. Boyun və çiyin gərginliyində masaj nə üçün seçilir?. Boyun və çiyin nahiyəsində sərtlik uzun müddə

10:52 122
.

Misir piramidalarının daşdan tikilmədiyi iddia olunur: Fizik yeni nəzəriyyə irəli sürdü

Misir piramidalarının necə inşa edildiyi ilə bağlı əsrlərdir davam edən müzakirələrə yeni bir nəzəriyyə əlavə olunub. Belçikalı nüvə fizikası professoru Gi Demortye hesab edir ki, Xeops piramidasının nəhəng blokları daş karxanalarından gətirilməyib, tikinti yerində xüsusi qəliblər vasitəsilə hazırlanıb

07.11.2026 327
.

Hüquqi xidmətlər Xidmetler.az saytında

Xidmətlər saytı -ın Hüquqi Xidmətlər bölməsində özünüzə vəkil tuta və ya işinin peşəkarı olan hüquqşünas tapa bilərsiniz!. Hər kəs düşdüyü çətin, xoşagəlməz hallarda hüquqi yardım əldə etmək istəyir. Bunun üçün yaxşı vəkil tapmaq lazım gəlir. sizə digər xidmətlərlə yanaşı, hüquqi xidmətlərdə də kömə

10.11.2026 1068
.

Süni intellekt heyvanların sayımında alimlərə kömək etdi

Süni intellekt təbiətin və heyvanların qorunması sahəsində yeni imkanlar yaradıb. xəbər verir ki, "Reuters"in araşdırmasına görə, texnologiya 200 min vəhşi təbiət fotosunu cəmi bir neçə saata təhlil edərək alimlərə heyvanların sayını müəyyənləşdirməyə kömək edib. Süni intellekt həmçinin meş

08.11.2026 247
.