Azərbaycanın ilk maşın dizayneri – Bu məşhur avtomobili o hazırlayıb

Azərbaycanın ilk maşın dizayneri – Bu məşhur avtomobili o hazırlayıbBiG.AZ xəbər verir ki, Teleqraf.com-un "Tanımadığımız azərbaycanlılar" rubrikasında yaşadıqları ölkələrdə məşhurluq qazanan, amma azərbaycanlı olduqlarını çox az adam bilən, əksəriyyətinin isə bundan xəbərsiz qaldığı şəxsiyyətlər haqda məlumatlar təqdim edilir.

Haqqında internetdən məlumat əldə etdiyimiz şəxs də onlardan biridir.

Samir Sadıxov Azərbaycanın ilk peşəkar maşın dizayneridir. O, Avropa, ABŞ və Cənubi Koreyanın avtomobil sənayesi sahəsində ən məşhur dizaynerlərdən biridir.

Samir Sadıxov 1990-cı il iyulun 20-də Gəncə şəhərində ziyalı ailəsində anadan olub. Anası həkim, atası mühəndisdir.

Orta təhsilini Gəncədə Azərbaycan-Türk liseyində alıb. Liseyi bitirdikdən sonra Türkiyəyə gedib, iki il İstanbulda yaşayıb. İtaliyanın Turin şəhərində Avropa Dizayn Universitetinin olması barədə məlumatı da burada öyrənib. Beləliklə, yolu İtaliyaya qədər uzanır və burda sözügedən ali məktəbə daxil olur. Universitetin rektoru təqdim etdiyi layihəsini yüksək qiymətləndirərək onun bu ali məktəbə daxil olmasına razılıq verir. İtalyan rektora təqdim etdiyi layihə isə özünün müəllifi olduğu Bakı Metropoliteninin yeni dizaynı olub. Beləliklə, bu universitetə ​​daxil olur və buranın təqaüdünü alır.

Samir sözügedən ali məktəbdə ikinci kursdan oxumağa başlamışdı, universitetin rəhbərliyi onun birinci kurs üçün kifayət qədər bilgili olduğunu düşündüyü üçün bu addımı atmışdı. Bu minvalla Avropa Dizayn Universitetinin Nəqliyyat dizaynı fakültəsində bakalavr, Almaniyanın Pforshaym Universitetində eyniadlı fakültəsində magistr pilləsi üzrə təhsil alır.

Samir Sadıxov 2011-ci ildə İtaliyada keçirilən Dünya Ferrari Dizayn Müsabiqəsində (Ferrari World Design Contest) "Xəzri" adı ilə dizayn etdiyi avtomobillə ikinci yeri qazanıb. O, bu müsabiqədən sonra İtaliyanın məşhur "Lamborghini" şirkətindən iş təklifi alıb və bura ilə əməkdaşlığa başlayıb. Dünyanın bu nüfuzlu şirkətindən iş təklifi alanda Samir ali məktəbin sonuncu kursunda oxuyurdu.

Azərbaycanlı gəncin uğuru təkcə "Lamborghini"nin diqqətini çəkməmişdi: ona iş təklif edənlər arasında Fransanın "Peugeot", Yaponiyanın "Toyota" və s. şirkətlər də olub. Bununla belə, İtaliya şirkətinin təklifi daha cazibədar görünür və bunu qəbul edir. O, bu dövrdə "Aston Martin" üçün innovativ konsepsiyalar, o cümlədən "DBC" avtomobil konsepsiyasını hazırlayıb.

2014-cü ildə DACAR adlı təkər dizaynı ilə "Hankook" şirkəti tərəfindən keçirilən Təkər Dizaynı Müsabiqəsinin qalibi olub. Bundan başqa "Ferrari F40" konsept avtomobili üçün dizaynını təqdim edib.

Samir ABŞ-ın avtomobil sənayesi üçün də axtarılan mütəxəssislərdən biridir. O, Amerikanın "Rezvani Motors" şirkəti üçün dizaynla bağlı konsultasiya verib. Samirin "Revzani Motors" üçün dizayn etdiyi BEAST super avtomobili nümayiş olunub. Samir "Cadillac C-Ville" və XTS-nin konseptlərini də layihələşdirib.

Samir Sadıxov hazırda Cənubi Koreyanın dünyaşöhrətli "Hyundai" markasının lüks avtomobillər istehsal edən brendi "Genesis Motors"da işləyir. Eyni zamanda, Almaniyanın "Volkswagen" qrupunun dizaynerlərindən biridir.

Samir Sadıxov 2018-ci ildə "Automobile Magazine" jurnalının təsis etdiyi avtomobil dizaynı sənayesində ən nüfuzlu mükafatlardan biri sayılan "İlin ən yaxşı konsept avtomobili" mükafatına layiq görülən komandada yer alıb. O, bundan başqa Almaniyada "Red Dot Design Award"ın layihəsində "Luminary" və "Best of the Best" mükafatlarına layiq görülüb. İlk beynəlxalq uğurunu isə hələ 14 yaşı olanda – liseydə oxuyarkən qazanmışdı. Rumıniyada keçirilən beynəlxalq müsabiqənin qalibi olub.

Dediyinə görə, o, digər dizaynlerdən fərqli olaraq, avtomobil dizaynını 3D proqramları ilə yox, eskiz formasında çəkir və hazırlayır.

Samir Sadıxovun Azərbaycanla bağlı da arzusu var. Ən böyük arzusu isə Azərbaycanda avtomobil sənayesinin inkişafı, daha çox insanın avtomobil dizaynı ilə məşğul olması və gələcəkdə yerli avtomobil istehsalı şirkətlərindən birində işləməkdir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1925   Tarix: 05 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

84 yaşlı milyarder 26 illik sevgilisi ilə evləndi

ABŞ-ın "Bloomberg" şirkətinin qurucusu, milyarder Maykl Blumberq 26 ildir münasibətdə olduğu Diana Teylorla ailə qurub. xarici mediaya istinadən xəbər verir ki, 84 yaşlı milyarderlə 71 yaşlı sevgilisinin toy mərasimi noyabrın 9-da Manhettendəki evlərində keçirilib. Təmtəraqsız təşkil oluna

10.11.2026 384
.

Prezidentin Zəfər Günü müraciəti Azərbaycanın suverenliyinin siyasi və rəmzi ifadəsidir

Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Azərbaycan xalqına müraciətini Xankəndidə, ikinci Zəfər tağının önündə səsləndirməsi dərin siyasi və rəmzi məna daşıyır. Vaxtilə silahlı separatçı idarəetmənin mərkəzi olmuş şəhərdən xalqa müraciət edilməsi Azərbaycanın bütün ərazisində dövlət hakimiyyətini

10:32 207
.

Xankəndidən verilən mesajlar Qarabağa qayıdışa töhfədir

8 Noyabr - Zəfər Gününün altıncı ildönümünü qeyd etdiyimiz bu gün Azərbaycan xalqının yaddaşında silinməz iz qoymuş tarixi hadisələri bir daha xatırlayır, keçdiyimiz yolun nəticələrini və qarşıda duran vəzifələri dərk edirik. Prezident İlham Əliyevin bu gün Xankəndidən Azərbaycan xalqına ünvanladığ

10:24 191
.

Sarsılmaz müttəfiqlik - ortaq strateji hədəflər

Azərbaycan və Türkiyə əsrlər boyu ortaq tarix, mədəniyyət, dil və dini dəyərlər əsasında formalaşmış möhkəm qardaşlıq telləri ilə bir-birinə bağlı olan iki dost və qardaş ölkədir. "Bir millət, iki dövlət" prinsipi bu münasibətlərin təməlini təşkil edərək, təkcə regionda deyil, bütün dünyad

12:17 205
.

Ərdoğanın Zəfər Günündə Qarabağa səfərinin siyasi və mənəvi əhəmiyyəti

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər Günü münasibətilə Azərbaycana, o cümlədən Qarabağa səfəri, ilk növbədə, iki qardaş ölkə arasında mövcud olan tarixi dostluğun, strateji müttəfiqliyin və sarsılmaz həmrəyliyin növbəti təzahürü kimi qiymətləndirilməlidir. Bu səfərin ən mühü

11:29 222
.

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Azərbaycanda qadınlarla kişilərin ortaaylıq əməkhaqqısı arasında ciddi fərq var. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il kişilərin ortaaylıq əməkhaqqı 1 264 manat, qadınların əməkhaqqı isə 874.6 manat təşkil edib. Beləliklə, qadınlar kişilərlə müqayisədə orta hesabla 389.4 manat az maa

10.11.2026 299
.

Xankəndidən yüksələn Zəfər sədası Azərbaycanın qüdrətinin və milli birliyinin təntənəsidir

Prezident İlham Əliyevin 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndidən Azərbaycan xalqına ünvanladığı təbrik müraciəti tarixi Qələbəmizin siyasi, hərbi və mənəvi əhəmiyyətini bir daha nümayiş etdirib. Dövlətimizin başçısının müraciətini məhz Xankəndidə, şanlı Qələbənin şərəfinə ucaldılmış ikinci Zəfə

11:14 225
.

Rusiya, ABŞ və Ukrayna nümayəndələri Əbu-Dabidə görüşüb

Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqların ilk günü Əbu-Dabidə başa çatıb. xəbər verir ki, danışıqlar təxminən 40 dəqiqəlik fasilə ilə ümumilikdə 4,5 saat davam edib. Rusiya nümayəndə heyətinə Ukrayna prezidentinin köməkçisi Vladimir Medinski, Ukrayna nümayəndə heyətinə isə Ukrayn

10:37 195
.

Milli suverenliyimizin və hüquqi dövlət quruculuğunun möhkəm təməli

12 Noyabr tarixi müstəqil Azərbaycan dövlətinin hüquqi əsaslarının formalaşmasını, milli suverenliyin möhkəmləndirilməsini, insan və vətəndaş hüquq və azadlıqlarının ali dəyər kimi təsbit olunmasını, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun əsas prinsiplərinin müəyyən edilməsini özündə ehtiv

12:15 206
.