"OMİCRON" ştammı ölümcüldür? - AÇIQLAMA
Artıq 2 ildir ki, bütün dünya "COVID-19" xəstəliyi ilə mübarizə aparır. Bir xəstəlik bitmədən digər ştamlar yaranır. İndi isə artıq bir neçə ölkədə koronavirusun "Omicron" ştammı yayılmağa başlayıb. Bəs bu virus ölümcüldürmü? Müalicə üsulu digər variantlarla eynidirmi? Müalicədə hansı preparatlardan istifadə olunur?
Məsələ ilə bağlı Sonxeber.az-a infeksionist Nicat Əzimli açıqlama verib.
O bildirib ki, koronavirusun müalicəsində istifadə olunan dərmanların sayının az, effektinin isə çox olmasına, xüsusilə spesifik terapiyanın vaxtında və düzgün seçilməsinə diqqət olunmalıdır:
"Burada antiviral preparatlardan söhbət gedir. Hazırda Azərbaycanda geniş tətbiq olunan "Favipiravir", "Arbidol" kimi dərmanların effektinin olmaması artıq çoxdan öz təsdiqini tapıb. Bu sahədə yeni preparatların axtarışı dünyada davam etməkdədir. Bu yaxınlarda artıq dünyanın bir çox ölkəsi "Molnupiravir" adlı preparatın istehsalına başlamaq qərarını verib. Bu dərman vaxtında tətbiq olunsa, xəstəxanaya yatışlar 50% azala bilər. Hazırda belə və bundan daha effektiv dərmanların istifadəyə verilməsinə xeyli ehtiyac var.
Koronavirusun "Omicron" variantı ilə bağlı son məlumatlara görə, hələ ki, heç bir ölüm halı qeydə alınmayıb və xəstələrin əksəriyyətinin vəziyyəti qənaətbəxşdir. Lakin bu barədə dəqiq danışmaq üçün hələ çox tezdir. "Omicron"un törətdiyi xəstəliyin xarakteristikasının aparılması üçün bir neçə həftəlik müddətə ehtiyac var. Müalicəsində istifadə olunan dermanlar isə öncəki variantlarla eynidir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1216 Tarix: 06 dekabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Sabah" uşaq futbolunun inkişafına dəstək məqsədilə 10 milyon manatlıq maliyyə proqramı yaradacaq
"Sabah" klubu uşaq futbolunun davamlı inkişafına dəstək məqsədilə 10 milyon manatlıq maliyyə proqramı yaradacaq. "Report" xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilib. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Sabah" klubuna UEFA Çempionlar Liqasını
13:22 173 DİQQƏT! 9 gün İŞ OLMAYACAQ - TARİXLƏR
2026-cı ilin oktyabr ayında ümumilikdə 9 qeyri-iş günü olacaq. Oktyabr ayının 4, 11, 18 və 25-i bazar günlərinə təsadüf etdiyindən, həmin tarixlər qeyri-iş günləri hesab olunur. Bundan əlavə, altıgünlük iş həftəsi ilə işləyənlər 4 gün istirahət edəcəklər. Beləliklə, 2026-cı ilin sentyabr ayında altıgünlü
19:36 115 Peskov: Rusiya və Ukrayna sentyabrın 8-dək atəşkəs barədə razılığa gəlib
Rusiya və Ukrayna ABŞ Prezidentinin xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşnerin daxil olduğu ABŞ nümayəndə heyətinin regiona səfəri ilə əlaqədar iki ölkənin paytaxtlarına zərbə endirilməməsini nəzərdə tutan qısamüddətli atəşkəs barədə razılığa gəliblər. "Report" xəbər verir ki, bu barəd
19:40 85 Türkiyədə azərbaycanlı uşaq ögey atasını öldürdü
Türkiyədə azərbaycanlı yeniyetmə ögey atasını öldürüb. BİG.AZ -a istinadən bildirir ki, hadisə Kayseri şəhərinin Melikqazi rayonunun Hunat məhəlləsində, Şəhid Yüzbaşı Sami Akbulut küçəsində baş verib. Məlumata görə, Azərbaycan vətəndaşı olan 16 yaşlı V.E. ilə onun 47 yaşlı ögey atası M.T. arasında naməlu
19:00 108 Tanınmış kinooperator vəfat etdi
Azərbaycanın Əməkdar incəsənət xadimi, tanınmış kinooperator Amin Novruzov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Film Fondu məlumat yayıb. O, 79 yaşında dünyasını dəyişib. Qeyd edək ki, uzun illər quruluşçu operator kimi fəaliyyət göstəriən Amin Novruzov müxtəli
14:11 169 Məzuniyyət neçə gün olmalıdır? - Staja və vəzifəyə görə fərqli qaydalar
Əmək müqaviləsi ilə çalışan şəxslərin illik əmək məzuniyyətinin müddəti onların tutduğu vəzifə, əmək şəraiti və iş stajından asılı olaraq dəyişir. Qaynarinfo xəbər verir ki, Əmək Məcəlləsinin 114-cü maddəsinə əsasən, işçilərə ödənişli əsas məzuniyyət 21 təqvim günündən az olmayaraq verilməlidir. Bəz
04.09.2026 293 Azərbaycan Türkiyədən elektrik məhsullarının idxalına çəkilən xərcləri açıqlayıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycan Türkiyədən 182,54 milyon ABŞ dolları dəyərində elektrik məhsulları idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 25,6 % çoxdur. Avqust ayında Türkiyə Azərbaycana 22,183 milyo
19:30 92 Fransanın Ermənistandakı yeni səfiri vəzifəsinin icrasına başlayıb
Fransanın Ermənistandakı yeni səfiri Florian Eskyudye bu gün vəzifəsinin icrasına başlayıb. "Report" yerli mediaya istinadən xəbər verir ki, bu barədə Fransanın Ermənistandakı səfirliyi məlumat yayıb. F.Eskyudye 2026-cı il avqustun 18-də Fransanın Ermənistandakı səfiri təyin edilib. Bu postd
17:30 130 Rus ordusu Donetskdə iki kəndi işğal etdi
Rusiya ordusu Donetsk vilayətində daha iki yaşayış məntəqəsinə nəzarəti ələ keçirdiyini açıqlayıb. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Nikanorovka və Qruzskoye yaşayış məntəqələri Rusiya qüvvələrinin nəzarətinə keçib
04.09.2026 227