120 kiloluq qadın bu yolla 60 kilo arıqladı - FOTO-VİDEO
Amerikanın Minnesota ştatının Şanhassen şəhərinin sakini 120 kiloqram çəkisi olan Sabrina Osland bir il ərzində 59 kiloqram arıqlayıb.
BiG.AZ Oxu.az-a istinadən xəbər verir ki, 41 yaşlı qadın bir neçə vərdişi sayəsində buna nail olduğunu açıqlayıb.
Sabrinanın sözlərinə görə, o ailə qurduqdan sonra artıq kilo almağa başlayıb. Onun çəkisi 120 kiloqrama çatıb. Amerikalı daim yolda sağlam olmayan qidalar yeyib və səhhətinə laqeyd yanaşıb.
Bir neçə il əvvəl Osland oğlunu Alyaskaya kruizə aparıb. Ana və oğul ekskursiyalardan birində helikopterlə buzlağa səyahət edib. Lakin xanımın artıq çəkisinə görə uçuş üçün ondan əlavə pul tələb edilib. Bundan sonra o, arıqlamaq üçün daha çox idmanla məşğul olmağa və pəhriz saxlamağa qərar verib.
Bu işdə ona gündəlik vərdişləri kömək olub. Qadın mobil telefonunda xatırlatmalar quraşdırıb və gündəlik olaraq yerinə yetirməyi planlaşdırdığı işlərin siyahısını yazıb. O, siyahısına kifayət qədər su içmək, idman etmək və vitamin qəbul etməyi daxil edib.
Osland gündəlik yarım saatlıq gəzintilərə başlayıb. Zaman keçdikcə gündə bir saat və eyni müddətdə iki dəfə gəzintiyə çıxıb. Sonra trenajor məşqlərini öz proqramına əlavə edib.
O, pəhrizini dəyişib və rahat qidadan sağlam qidaya keçib. Əvvəllər tez-tez qəlyanaltı kimi çips, axşam yeməyində isə pizza yeyən xanım onları tərəvəz və salatlarla əvəz edib.
Xüsusi təlimçi və qrupla məşqlər qadına bir il ərzində 60 kiloqram arıqlamağa kömək edib.
İndi Sabrina daha aktiv həyat tərzi keçirir və arıqlamaq istəyən digər insanlara da həyat tərzini dəyişməyə kömək edəcək sağlam vərdişlər formalaşdırmağı tövsiyə edir.
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 2966 Tarix: 13 dekabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşGecələr ürəyimiz niyə zərərli qidalar istəyir?
Şam yeməyindən sonra mətbəxə tərəf addımlamaq bir çox insan üçün adi hallardan biridir. Araşdırmalar göstərir ki, insanların təxminən üçdə biri, 18-24 yaş arası gənclərin isə 80 faizi axşam yeməyindən sonra qəlyanaltı edir. Lakin dietoloq Dr. Kristina Bolyo yatmazdan iki saat əvvəl yemək yeməyin kökəlm
06.11.2026 470 Kişilər və qadınlar üçün ən təhlükəli yaş dövrləri
Alimlər kişilərin və qadınların hansı yaş dövrlərində ciddi xəstəliklərə daha çox həssas ola biləcəyini araşdırıblar. Bildirilir ki, ürək-damar xəstəliklərinin yaranma riski yaşla birlikdə artır və bu proses kişilərlə qadınlarda fərqli xüsusiyyətlər göstərə bilər. xarici mediaya istinadla xəbər veri
01.11.2026 765 Dezinfeksiya xidməti
Dezinfeksiya xidməti göstərən şirkət gəmiricilərə, parazitlərə , virus və infeksiyaların patogenlərinə qarşı uğurla mübarizə aparır. Dezinfeksiya şirkətləri minlərlə obyektin təhlükəsizliyini təmin edir, Bakı və Azərbaycan üzrə yüz minlərlə sakin üçün rahat iş və yaşayış şəraiti yaradır. Dezinfeksiy
02.11.2026 1639 Kombi istifadəçilərinin bilməli olduqları vacib məqamlar açıqlandı
Payızın gəlişi ilə havalar tədricən soyumağa, evlərdə isə kombilər yenidən işə düşməyə hazırlaşır. Soyuq günlərdə istilik problemi ilə üzləşməmək və yüksək kommunal xərclərdən yayınmaq üçün kombinin mövsüm başlamazdan əvvəl yoxlanılması vacibdir. Bəs kombiləri payız-qış mövsümünə necə hazırlamalıyıq
08.11.2026 278 Tək səyahət üçün ən yaxşı şəhərlər - Siyahı
Təkbaşına səyahət etmək son illərdə sürətlə məşhurlaşsa da, düzgün istiqamət seçmək xüsusilə ilk dəfə yola çıxanlar üçün asan deyil. Beynəlxalq yük saxlama platforması "Radical Storage" tərəfindən hazırlanan "Tək Səyahət İndeksi" ("Solo Travel Index") Avropanın ən çox ziyarə
03.11.2026 651 Tozsoran niyə zəif çəkir? - 3 əsas səbəb
Tozsoran əvvəlki kimi tozları yaxşı təmizləmirsə, bu, cihazın sıradan çıxması demək deyil. Əksər hallarda problem çirklənmiş filtrlər, tıxanmış boru və ya dolmuş toz qabı ilə bağlı olur. xəbər verir ki, mütəxəssislərin fikrincə, bir neçə sadə yoxlama ilə problemin səbəbini müəyyənləşdirmək və əlavə xər
01.11.2026 524 Unitaza buz kubları atmağa başladılar - səbəb
Sosial şəbəkələrdə klozete buz kubları ataraq sifonu çəkməkdən ibarət qeyri-adi təmizlik üsulu sürətlə yayılır. bu üsulun detallarını təqdim edir:. Tətbiqi necə həyata keçirilir? Bir-iki stəkan buz kubunu birbaşa klozete atıb bir neçə dəqiqə gözlədikdən sonra sifonu çəkmək kifayətdir. Su ilə hərəkə
08.11.2026 271 "WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO
"WhatsApp" istifadəçiləri şəxsi profillərinə üz qabığı fotosu əlavə edə biləcəklər. xarici mediaya istinadən xəbər verir ki, yeni funksiya əvvəlcə "Android"in beta versiyasında sınaqdan keçirilib, indi isə "iOS" istifadəçiləri üçün də əlçatan olmağa başlayıb. Yenilik sayəsind
08.11.2026 503 Dünyanın ən kiçik avtomobili hərracda satılacaq
"Ginnesin Rekordlar Kitabı"na dünyanın ən kiçik kütləvi istehsal olunan avtomobili kimi düşən "Peel P50" hərraca çıxarılır. "Qafqazinfo" xəbər verir ki, Böyük Britaniyanın Uorvikşir şəhərindəki "Iconic Auctioneers" hərrac evi tərəfindən satılacaq 1964-cü il istehsal
06.11.2026 532