"Mən şor-çörək yeyə bilirəm, siz yox?"

"Mən şor-çörək yeyə bilirəm, siz yox?""Bir alma tapmamışam yeməyə, ətimiz olmayıb. Ət olmamağı problem deyil, yoxdur kartof, şor ye. Şor-çörək yemişəm, ölməmişəm ki, sən də ye. Əzablı, yemək tapmadığım günlər olub. Cavan nəsil elə bilir çətinlik olmamalıdır. Məndə də bir vaxtlar yox idi. Bakıya gəlirdim, kənarda bir daxma görəndə, deyirdim, kaş mənim də olardı. Elə həsrətlə baxırdım. Mən baxıram, siz baxa bilmirsiz? O daxmada gözəllik görün. Geyimi güclə alırdım, kasıbçılıq idi".
Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elnarə Abdullayeva "Günün sədası" proqramında deyib. Xanəndə keçmiş həyatını xatırlayaraq, insanlara səslənib:

"Bir qadından kişi arxayındırsa, o, xoşbəxtdir. Elxanın (həyat yoldaşı - red.) nə dərdi var? Şükür Allaha, Elxan məndən arxayındır. Mən də ondan razıyam. Onda da çətinliklər olub, hər zaman demişəm, evdə övladların yetişir. Məndən keçdi, evdə qız yetişdirirəm. Elə etmə Azərbaycanda ən axmaq gəlib evində gəlin olsun. İnsan bu gün çalışmalıdır ki, gələcəyini qursun. Övladıma deyirəm ki, küçədə gəzən qadın sənin anan, bacın olmalıdır. Elxan deyir, xoşbəxtəm, məni bu yoldan çəkindirib düz yola gətirdin. Biz həyatı bir-birimizə başa sala-sala gəldik çıxdıq. Ola bilər Allah hər şeyimizi əlimizdən ala bilər. Təki sağlamlığımıza, balalarımıza dəyməsin. Balam şor-çörək yesə, pis olmayacaq ki...".

Hamilə günlərindən danışan Elnarə "Uşaq dünyaya gətirənə qədər efirlərə çıxmamışam. Cəmiyyət qarşısına normal formada çıxmalısan. Olmaz, qəti olmaz. Bunu da söz edəcəklər, mənim fikrimdir. Mənim ruhumda, xasiyyətimdə elə efirə çıxmaq olmaz. Xasiyyətimə görə bu cür olmaz" sözlərini əlavə edib.

Qeyd edək ki, E.Abdullayevanın Məhəmməd adlı oğlu, Xədicə adlı qız övladı var.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2161   Tarix: 14 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Prezidentlərin diqqətini çəkən XTQ zabiti kimdir? - Video

8 Noyabr - Zəfər Günü Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanla səmimi söhbəti ilə yadda qalan zabitin görüntüləri hər kəsdə maraq doğurub. Bəs dövlət başçılarının yanında dayanan və Prezident İlham Əliyevin qürurla bəhs etdiyi qəhrəman zabit kimdir?. "Qafqazinfo"nun məlumatına görə

15:16 126
.

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Azərbaycanda qadınlarla kişilərin ortaaylıq əməkhaqqısı arasında ciddi fərq var. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il kişilərin ortaaylıq əməkhaqqı 1 264 manat, qadınların əməkhaqqı isə 874.6 manat təşkil edib. Beləliklə, qadınlar kişilərlə müqayisədə orta hesabla 389.4 manat az maa

10.11.2026 298
.

Xankəndidə səslənən tarixi mesajlar

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək çoxəsrlik tarixinin ən şanlı səhifələrindən birini yazıb. Şuşadan başlayan Böyük Qələbə salnaməsi 2023-cü ilin sentyabrında keçirilən uğurlu lokal antiterror tədbirlər

11:02 251
.

Eyni vaxtda 8 dövlət işində çalışıb 350 min funt qazandı

Böyük Britaniyada 56 yaşlı Kaşim Çoudhuri üç il yarımdan çox müddətdə eyni vaxtda bir neçə dövlət qurumunda çalışaraq təxminən 350 min funt sterlinq maaş alıb. xəbər verir ki, kişi ümumilikdə səkkiz dövlət vəzifəsində işləyib. Bəzi dövrlərdə onun eyni vaxtda beş rəhbəri olub. Çoudhuri Daxili İşlər Nazirliyi

10.11.2026 333
.

Sarsılmaz müttəfiqlik, ortaq strateji hədəflər

Azərbaycan və Türkiyə əsrlər boyu ortaq tarix, mədəniyyət, dil və dini dəyərlər əsasında formalaşmış möhkəm qardaşlıq telləri ilə bir-birinə bağlı olan iki dost və qardaş ölkədir. "Bir millət, iki dövlət" prinsipi bu münasibətlərin təməlini təşkil edərək, təkcə regionda deyil, bütün dünyad

11:48 210
.

Şuşadan düşmən və qarayaxanlara ünvanlanan mesajlar

8 Noyabr 2026-cı il - Şanlı Zəfərimizin altıncı ildönümü günündə Türkiyə Cumhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dəfə dost və qardaş Azərbaycana səfərə gələrək xalqımızın əziz gününü Şuşada Prezident İlham Əliyevlə birgə qeyd etmişdir. Azərbaycana səfəri və Şuşada görüşü iki qardaş dövləti

11:59 192
.

Toya qonaq kimi girdi, 4 telefonu götürüb qaçdı - Şadlıq sarayında ŞOK OĞURLUQ

Abşeron rayonunun Xırdalan şəhərində yerləşən şadlıq saraylarından birində oğurluq hadisəsi baş verib. Naməlum şəxs məclis iştirakçılarına məxsus 4 mobil telefonu ələ keçiriblər. -in "qaynar xətti"nə daxil olan məlumata görə, hadisə oktyabrın 26-da Xırdalanda yerləşən "Abşeron" şadlı

10:13 183
.

Fulya Öztürk Aygün Kazımovanın mahnısını paylaşdı

Türkiyəli jurnalist Fulya Öztürk Xalq artisti Aygün Kazımova ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, müğənninin "Bilirəm" klipindən görüntülərini yayımlayaraq "Son zamanlarda bu mahnı ən sevdiyim oldu" sözlərini yazıb. Qeyd edək ki, mahnının sözləri Leyla Əliyevaya, musiqis

11:28 237
.

Prezidentin Xankəndidən xalqa ünvanlanan təbriki böyük maraqla qarşılanıb

Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Azərbaycan xalqına Xankəndidən ünvanladığı təbriki tarixi Qələbəmizin siyasi, hərbi, mənəvi və ideoloji əhəmiyyətini bir daha nümayiş etdirir. Təbrikin məhz Xankəndidə, Zəfər tağının önündə səsləndirilməsi Azərbaycanın dövlət suverenliyinin, milli iradəsini

10:40 235
.