"Tiktoker" qızı öldürən dayı: "Əliylə göstərdi ki..."

"Tiktoker" qızı öldürən dayı: "Əliylə göstərdi ki..."Göyçayda bacısı qızını boğub öldürən Vüqar Bədəlovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Xatırladaq ki, öldürülən 18 yaşlı Məmmədova Fatimə Murtuz qızı sosial şəbəkələrdə məşhur olub. Belə ki, F. Məmmədova "tik-tok"da çəkdiyi açıq-saçıq videolardan bir çoxları tərəfindən tanınıb.V. Bədəlov isə bacısı qızını namus üstündə öldürdüyünü deyib.

BiG.AZ bildirir ki, lent.az həmin cinayət işi üzrə materialları əldə edib.

İttihama görə, bu ilin may ayında Göyçay rayonu, Bığır kəndində 18 yaşlı Məmmədova Fatimə Murtuz qızını dayısı, Bığır kənd sakini, 32 yaşlı Bədəlov Vüqar Məhəmməd oğlu boğaraq qətlə yetirib.

İttiham üzrə ifadə verən V. Bədəlov bacısı qızını əxlaqsız həyat tərzi keçirdiyi üçün onu öldürdüyünü deyib.

"Bacım qonşumuz Murtuzla evləndi. Onların birgə nikahdan Fatma və İbrahim adlı övladları oldu. Fatma 2019-cu ildə Göyçayda Qızılağac kənd sakini ilə nişanlandı. Amma o, nişanlı ola-ola başqasına qaçdı. Bundan iki gün sonra xəbərimiz oldu. Anasına zəng edib Tərtərdə Mahir adlı şəxslə qaçdığını, onunla evlənəcəyini dedi. Fatma Tərtər rayonunda 4 ay qalıb. Sonra oradan da qaçdı. Bir müddət Fatmadan məlumat ala bilmədik. Həmin vaxt Fatmanın əri polisə müraciət etdi. Polis onu taparaq evinə geri qaytardı. Sonradan, Fatmanın əri ilə dalaşıb qaçdığını öyrəndik. Atası Murtuz Tərtər rayonuna gedib, Fatmanı geri, Bığıra qaytardı. Təxminən, 3-4 ay kənddə qaldıqdan sonra, bacımgil Bakı şəhərinə köçdülər".

V. Bədəlov deyib ki, bu ilin aprel ayının ortalarında isə bacısı Gülnarə oğlu İbrahim ilə kəndə qayıtdı:

"Hadisədən 3 gün əvvəl isə Fatma Bakı şəhərindən Göyçay rayonuna gəldi və anasıgillə bizim evdə qaldılar. Fatma bizdə qalan zaman həmişə kimlərləsə telefonla danışır, mesajlaşırdı. Bütün bunlar da mənə pis təsir etmişdi. Bir dəfə Fatma ilə birlikdə "Kapital Bank"dan kart götürmək üçün ora getdik. Həmin vaxt, o, açıq paltar geyindi, buna görə də, Fatmaya öz etirazımı bildirdim. Bundan sonra başqa paltar geyindi və biz banka getdik. Fatma bankdan kart götürüb mənimlə birlikdə geri qayıtdı. Axşam saatlarında bacım ilə birlikdə həyətyanı sahələrində olan istixananı suvararkən, artıq Fatmanın hərəkətlərindən bezdiyim üçün, bacıma onu öldürəcəyini dedim. Bacım məni fikrimdən yayındırmağa çalışdı. Həmin vaxt bir az sakitləşdim.

Axşamüstü Fatma parka getmək istədiyini bildirdi. Həmin vaxt həyat yoldaşım da onunla birgə getdi. Hətta qonşumuz Seymur öz maşını ilə onları aparıb sonra geri gətirdi. Fatmagil parkdan təxminən 24 radələrində qayıtdı. Biz ailəliklə Fatmaya məsləhət verməyə başladıq. Belə ki, bu yoldan çəkinməsini, ata-anasının sözünə baxmasını bildirdik. Fatma isə "özüm bilərəm, sizlik deyil, siz öz işinizlə məşğul olun" dedi. Fatmanın heç kimi saymamasından əsəbiləşdim. Bu zaman Fatma parkdan qayıdarkən aldığı dondurmanı yeməyə başladı. Həmin vaxt Fatmaya dondurma verməsini xahiş etdim, o isə "əli ilə cinsi orqanını göstərərək, dondurma yerinə bunu ye" dedi. Bu sözü mənə çox pis təsir elədi. Çünki mən onun dayısı idim.

Bundan sonra, Fatma hamam otağına keçib yuyundu və paltarsız, hamam xalatı ilə çölə çıxıb, zalda gəzməyə başladır. Həmin vaxt Fatmaya üzərinə paltar geyinməsini dedim. Bu zaman, Fatma yaxasını açıb oğlum Mərhəmətə göstərdi. Fatmanın bu hərəkətlərindən əsəbiləşsəm də, lakin yenə də səbrli olmağa çalışdım".

Təqsirləndirilən şəxs qeyd edib ki, həmin gün gecə Fatmanın telefonla danışıq səsinə oyanıb:

"Saata baxdıqda gecə saat 3-ə işlədiyini gördüm. Həmin vaxt Fatma ucadan kiməsə "sabah gəlib onu götürməyini və harasa getmələrini" deyirdi. Fatmanın heç kimi saymadan telefonla o şəkildə danışmasına görə, çox əsəbiləşdim. Otaqdan çıxdıqda, atamın və bacımın da oyaq olduğunu gördüm. Həmin vaxt bacım da otağa girib-çıxdı və Fatmaya telefonu söndürməsini dedi. Fatma isə bacıma cavab qaytardı. Bu zaman otağa girib, Fatmaya sakit durmasını dedim. O isə mənə "söyüşlə" cavab verdi. Fatmanı öldürmək qərarına gəldim. Bundan sonra, yata bilmədim. Səhər saat 6 radələrində öz otağımdan çıxıb, Fatma yatan otağa girdim. Otağa girdikdə Fatma yatırdı, lakin işıq yanılı idi. Fatmanın üstünə saldığı adyalı onun üzərinə çəkdim və yastığı sifətinə basdım. Həmin vaxt, Fatma oyandı və müqavimət göstərməyə başladı. Bu zaman dırnağı ilə qoluma və sinəmə cırmaq atdı. Amma Fatmanın üzərində oturdum, sonacan güc elədim. Yastığı ağız və burun nahiyəsinə sıxıb, onu öldürdüm. Fatmanı öldürən zaman bacım otağa gəldi. Həmin vaxt bacım ağlamağa və yalvarmağa başladı. Fatmanı öldürməməyim üçün ayağından tutub çəkdi. Amma artıq Fatmanı ölmüşdü. Onu öldürəndən sonra otaqdan çıxdım. Evdəkilər yuxudan oyandı. Hamısına Fatmanı öldürdüyümü dedim".

V. Bədəlov əlavə edib ki, bundan sonra, meyiti oradan götürüb, baş tərəfdəki qaz sobasının olduğu otağa gətirdim. Otaqda baş tərəfdə olan iki nəfərlik çarpayıya uzatdım. İlk əvvəl evdəkilərə Fatmanın dəm qazından boğulduğunu demələrini bildirdim. Bundan sonra, həyat yoldaşım təcilə yardıma zəng elədi. Həmin vaxt baş vermiş hadisəyə görə, bacım da huşunu itirmişdi. Təcili yardım gələnədək fikirləşdim ki, gecə qaz sobasının sönüb, qazın açıq qalması səbəbindən, Fatmanın ölməsini və bacımın da halının pis olduğunu bildirim. Həkimlərə də belə dedim. Bacımı xəstəxanaya apardılar. Bir qədər sonra isə, hadisə yerinə polis və prokurorluq əməkdaşları gəldilər. Bu zaman, həqiqətin sonradan üzə çıxacağını fikirləşdiyimi üçün, törətdiyim əməli etiraf etdim. Fatmanı yatan zaman yastıqla boğaraq öldürdüyünü bildirdim".

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V. Bədəlov 14 il 6 ay azadlıqdan məhrum edilib.

[/youtube]


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 3223   Tarix: 17 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Donor tapa bilmədi - 9 ay donuz böyrəyi ilə yaşadı

Amerikalı Tim Endryuz doqquz ay ərzində donuz böyrəyi ilə yaşayan ilk insan olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə "The New York Times" (NYT) qəzeti məlumat yayıb. Qəzetin məlumatına görə, hipertoniya və diabetdən əziyyət çəkən 66 yaşlı Tim Endryuzun nadir qan qrupu ona dono

04.09.2026 301
.

Bu hərəkəti edənlər 500 manat cərimələnəcək

"Heyvanlarla rəhmsiz rəftar edilməsi inzibati məsuliyyətə səbəb olur". Bunu BİG.AZ-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev bildirib. O, qeyd edib ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, heyvanlarla rəhmsiz davranaraq onların şikəst və ya tələf edilməsinə səbəb olan şəxslə

04.09.2026 419
.

M7 ekspres marşrutu açılır - "20 Yanvar"dan "Həzi Aslanov"a qədər gedəcək

Yeni ekspres marşrut xətti fəaliyyətə başlayır. "Qafqazinfo" xəbər verir ki, bu barədə Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, metronun "20 Yanvar" stansiyasından "Qara Qarayev", "Neftçilər", "Xalqlar Dostluğu", "Əhmədli"

04.09.2026 280
.

ABŞ-da təyyarə qəzaya uğradı: 2 ölü

ABŞ-ın Florida ştatının Hillsboro dairəsində kiçikmühərrikli təyyarə qəzaya uğrayıb. xəbər verir ki, bu barədə "CBS Nyus" məlumat yayıb. Məlumata görə, hadisə nəticəsində iki nəfər həlak olub. Aidiyyəti qurumlar qəzanın səbəblərini müəyyənləşdirmək üçün təhqiqata başlayıblar

04.09.2026 220
.

Nepal və Tibetdə dəhşətli daşqın: ölənlərin sayı 1 280-ə çatıb

Himalaylarda baş verən güclü daşqınlar Nepal və Tibetdə ağır humanitar böhrana səbəb olub. BİG.AZ Le Monde-a istinadən xəbər verir ki, fəlakət nəticəsində azı 1 280 nəfər ölüb, 5 600-dən çox insan isə itkin düşüb. Daşqınlar avqustun 26-dan etibarən bölgədə ciddi dağıntılara səbəb olub. Nepalın şimalınd

04.09.2026 249
.

Tramp ABŞ-ın tezliklə İranın Pikakse dağına zərbə endirə biləcəyini və Hörmüzü yeni neft boru kəmərləri ilə əvəz edə biləcəyini bildirib

ABŞ prezidenti Donald Tramp cümə günü jurnalistlərə bildirib ki, ABŞ tezliklə İranın Pikakse dağına zərbə endirə bilər. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, İranın ağır zədələnmiş Nətənz uran zənginləşdirmə müəssisəsinin yaxınlığında yerləşən Pikaxe dağı, dərin basdırılmış iki tune

10:59 136
.

Rus ordusu Donetskdə iki kəndi işğal etdi

Rusiya ordusu Donetsk vilayətində daha iki yaşayış məntəqəsinə nəzarəti ələ keçirdiyini açıqlayıb. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Nikanorovka və Qruzskoye yaşayış məntəqələri Rusiya qüvvələrinin nəzarətinə keçib

04.09.2026 209
.

Azərbaycanlı futbolçu "Qalatasaray"da

Azərbaycanlı müdafiəçi Can Hacıyev Türkiyənin "Qalatasaray" klubu ilə müqavilə imzalayıb. "Qafqazinfo" xəbər verir ki, 17 yaşlı futbolçu növbəti iki mövsümdə İstanbul klubunun U-19 komandasında oynayacaq. Bu komanda isə UEFA Gənclər Liqasında mübarizə aparacaq. Hacıyev ötən mövsüm

04.09.2026 223
.

"Samsung"un yeni qatlanan telefonu testdə: Ekranı dırnaqla cızılır

Qatlanan smartfonlar əvvəlki kimi kifayət qədər həssas və kövrək cihazlar olaraq qalır. xarici mediaya istinadən xəbər verir ki, bu barədə "JerryRigEverything" adı ilə tanınan texnologiya bloqeri "YouTube" kanalında bildirib. Müxtəlif elektron cihazların möhkəmliyini sınaqdan keçirməs

04.09.2026 239
.