Gömrük postunun rəisi uşaqlıq dostuna qarşı 192 min manatlıq dələduzluq edib
Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət verməyə təhrik etmə və dələduzluqda təqsirləndirilən Samir Məmmədov, Azər Orucov və Cavidan İbrahimovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
"Report"un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə S.Məmmədovla C.İbrahimova şərti cəza verilib, A.Orucov isə 8 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, S.Məmmədov Dövlət Gömrük Komitəsində yüksək vəzifədə işləyərkən, öz qulluq mövqeyindən sui-istifadə edib və aldatma yolu ilə özgənin əmlakını vahid qəsdlə dələduzluq yolu ilə ələ keçirib.
Belə ki, o, digər şəxslərlə birlikdə qabaqcadan əlbir olaraq, 2020-ci ildə uzun müddət dostluq münasibətlərində olduğu, biznes fəaliyyəti ilə məşğul olan şəxsin ümumilikdə 192 150 manat pulunu dələduzluq yolu ilə ələ keçirərək aralarında bölüb.
İttiham aktına qeyd edilib ki, S.Məmmədov tanışına onun şirkətinə məxsus 6 ünvanda yerləşən 2 150 kvadrat metr qeyri-yaşayış sahəsinin və həmin tikilinin yerləşdiyi 2 hektar həcmdə torpaq sahəsinin sənədləşdirilməsi və mülkiyyət hüququnu təsdiq edən çıxarışın alınması vədini verib. Daha sonra o, vədinə əməl etməyib.
Məhkəmədə dindirilən S.Məmmədov ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilmədiyini deyib. O ifadəsində göstərib ki, 1991-ci ildən uşaqlıq dostu olan zərərçəkmişlə ortaq biznes fəaliyyəti ilə məşğul olub. 2001-ci ildən Dövlət Gömrük Komitəsində işə başlayıb və rəhbər vəzifələrdə çalışıb. 2018-ci ildən 2020-ci ilin oktyabr ayınadək Dövlət Gömrük Komitəsinin idarələrinin birində rəis, 2020-ci ilin oktyabr ayından isə Astara dəmiryolu gömrük postunda rəis vəzifəsində işləyib.
İstintaq orqanları tərəfindən təqsirləndirilən şəxslərin barələrində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 32.4 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan olunub.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 861 Tarix: 18 dekabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanlı səfir Özbəkistanda ordenlə təltif edildi
Azərbaycanın Özbəkistanda fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyev Özbəkistanda mükafata layiq görülüb. xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidmətinin yaydığı açıqlamada bildirilib. Qeyd olunub ki, iyunun 22-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bu ölkədəki diplomati
18:15 1 Azərbaycanda "yay qripi" yayıldı: Kondisioner yoluxdurur
Azərbaycanda insanlar arasında virus yayılıb. Bir çox adam halsızlıq və yüksək hərarət, öskürək, burun axması fonunda xəstəlik keçirir. Bəs görəsən, bu virus nədir? O günvarmadan yaranır, yoxsa mövsümi xəstəlikdir? Yay aylarında qrip virusuna qarşı peyvənd vurdurmaq olarmı?. Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti
19:15 1 Pakistanın baş naziri: İran və ABŞ arasında danışıqlar uğurla başa çatıb
Pakistanın Baş naziri Şahbaz Şərif bazar ertəsi günü bildirib ki, İran və ABŞ arasında danışıqlar İsveçrədə uğurla başa çatıb. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, o, X-dəki paylaşımında bildirib ki, "Müzakirələr müsbət və konstruktiv atmosferdə keçib və 60 gün ərzində yekun razılaşmaya doğr
14:56 127 Ceyhun Cəlilov: "Naxçıvan aqrar sahəyə investisiya üçün ən əlverişli regionlardan biridir"
"Naxçıvan Muxtar Respublikası (MR) aqrar sahəyə investisiya üçün ən əlverişli regionlardan biridir". "Report"a istinadən xəbər verir ki, bu sözləri MR-də Prezidentin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultur
14:45 118 Qədim tarixə söykənən Azərbaycan və Türkmənistan münasibətləri
Son zamanlar Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətində yüksək dinamika müşahidə edilir. Ölkəmizin Mərkəzi Asiya, eyni zamanda, regionun türkdilli dövlətləri, o cümlədən Türkmənistanla genişlənən əlaqələri yeni reallıqlara uyğun şəkildə inkişaf edir. Türkmənistan ilə Azərbaycan arasında münasibətlə
17:49 0 ABŞ ordusu Karib dənizində iki narkoterrorçu olduğu iddia edilən gəmini vurub
ABŞ Cənub Komandanlığı heç bir ABŞ hərbi qüvvəsinə zərər dəymədiyini bildirib. Ölənləri təfərrüatları açıqlamadan "kişi narko-terrorçular" adlandırıb. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, ABŞ ordusu bazar günü Karib dənizində bir gəmiyə hücum edərək iki nəfərin ölümünə səbə
15:42 129 Aİ Böyük Britaniya ilə sammitin taleyini müzakirə edir
Böyük Britaniyanın Baş naziri Kir Starmerin istefa qərarı Londonla Brüssel arasında planlaşdırılan yüksək səviyyəli görüşlərin gələcəyi ilə bağlı suallar yaradıb. Avropa İttifaqı iyulun 22-nə nəzərdə tutulan Aİ-Böyük Britaniya sammitinin keçirilməsinin məqsədəuyğun olub-olmadığını qiymətləndirir. BİG.A
16:02 126 Azərbaycan Türkmənistana tanker hədiyyə edib
İyunun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun iştirakı ilə "Dostlug" neftdaşıyan tankerinin onlayn formatda hədiyyə olunması mərasimi keçirilib. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan tərəfindən Türkmənistana hədiyy
14:15 136 Anaklaudia Rossbax WUF13-ə uğurlu ev sahibliyinə görə İlham Əliyevə təşəkkür edib
BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Anaklaudia Rossbax Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) uğurlu təşkilinə görə Prezident İlham Əliyevə təşəkkür edib. AZƏRTAC-a istinadən xəbər verir ki, Anaklaudia Rossbax bununla bağlı dövlətimizin başçına ünvanlandığı məktubund
17:45 37