"Yeni doğulan uşağımıza yemək almırdı, qadınlarla danışırdı" - Ərini öldürən Sevda

"Yeni doğulan uşağımıza yemək almırdı, qadınlarla danışırdı" - Ərini öldürən SevdaBakıda həyat yoldaşını bıçaqlayaraq öldürməkdə ittiham olunan qadın hakim qarşısına çıxarılıb. Qətli törədən qadın son zamanlar əri tərəfindən tez-tez döyüldüyünü bildirib.

BiG.AZ Musavat.com-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham olunan 1995-ci il təvəllüdlü Sevda Babayevanın cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. Sonuncu prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror törətdiyi əmələ görə Sevda Babayevanın 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Müdafiə tərəfi çıxış üçün məhkəmədən vaxt istəyib.

Qətl hadisəsi Qaradağ rayonunda baş verib. S.Babayeva Əskərzadə Elvin Pənah oğlunu yaşadıqları evdə bıçaqlayaraq öldürüb. S.Babayeva şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Elvin Əskərzadənin sol sinə nahiyəsinə xəsarət yetirərək sonuncunu qəsdən öldürüb.

Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib. Bir uşaq anası olan S.Babayevanın həyat yoldaşı ilə münasibətlərinin pis olub, aralarında dəfələrlə mübahisələr yarandığı bildirib.

S.Babayeva ifadəsində göstərib ki, mərhum əri ilə özləri tanış olub və ailə həyatı qurublar. Onların hadisədən bir müddət əvvəl qızları dünyaya gəlib.

Qətlin baş verməsinin səbəbləri haqda danışan S.Babayeva bildirib ki, ailə həyatı qurduqdan sonra Elvinin ona qarşı münasibəti dəyişib və aralarında tez-tez mübahisələr yaranıb.

"Kirayədə qaldığımız evin pulunu ödəyə bilmədik. Bizi həmin evdən çıxardılar. Onda mən hamilə idim. Sonra başqa bir evə kirayəyə köçdük. Ordan da çıxandan sonra atamın həyətindəki evdə yaşamağa başladıq. Elvin bizə qarşı soyuq idi. Nə qazandığını görürdük, nə də özünü. Uşağın yeməyini belə almırdı. Özü fəhləlik edirdi, amma qazandığını hara xərcləyirdi bilmirdim. Buna görə aramızda dəfələrlə mübahisələr olub, məni döyüb, ailə üzvlərimi təhqir edib. Amma ailəm dağılmasın deyə bunlara susmuşam. Son zamanlar da onun başqa qadınlarla telefonda danışdığını eşidirdim. Hamama girib telefonla orada danışırdı. Soruşanda da deyirdi ki, yaxşı edirəm. Buna görə də mübahisələrimiz olub. Məni şillə, yumruq, təpiklə döyüb" - deyə Sevda ifadəsində qeyd edib.

S.Babayeva qeyd edib ki, sonuncu dəfə də bu mübahisələrdən biri olub və özünü qorumaq üçün Elvini bıçaqla vurub:

00:01 / 00:10
00:00 / 00:00
Ad - 00:09
ƏTRAFLI
citynet.az
"Məni döyməyə başlayanda əlindən qaçıb mətbəxə getdim. Mətbəxin qapısını bağlaya bilmədim deyə arxamca gəldi. Orda da məni tutub boğmağa başladı. İki əli ilə boğazımdan tutmuşdu. Əlindən çıxmağa çalışırdım. Əlim masanın üstündə olan bıçağa çatdı. Onu itələdim, bıçağı da ona tərəf uzadıb gəlməməsi üçün qışqırdım. O zaman bıçaq bir dəfə sinəsinə dəydi. Otaqdan çıxıb getdi. Mən də düşündüm ki, evdən getdi. Hamama gedib əlimi yudum, bıçağı da çölə atdım. Evdən çıxıb atamgilə getdim".

Atasının evinə gələn Sevda qapını açan zaman Elvinin üzü üstə yerdə uzandığını görüb. Güman edilir ki, Elvin yaralı vəziyyətdə Sevdanın qonşuluqdakı atasının evinə gedib və kömək istəyib, amma taqəti çatmayıb.

Sevda Elvinin yerdə halsız vəziyyətdə uzandığını görüb və qışqıraraq atasını çağırıb:

"Anam və atam yanıma gəldi. Onlara Elvini bıçaqla vurduğumu dedim. Atam bir şillə ilə başımdan vurdu. Sonra Elvini divanda uzatdıq. Təcili yardıma zəng elədik. Təxminən 20-25 dəqiqə sonra gələn təcili yardım dedi ki, Elvin ölüb. Bir az keçmişdi ki, polislər də gəldi".

Mərhumun valideynləri və Sevdanın valideynləri də istintaq zamanı şahid qismində dindiriliblər. Onlar ifadlərində bildiriblər ki, Sevda və Elvin arasında olan narazılıqlardan xəbərləri olmayıb. Onlar ara-sıra mübahisə etsələr də bunu valdieynlərinə deməyiblər. Valideynlər də ailə problemlinin iki gənc arasında həll edildiyini düşünüblər.

Sevda ifadəsində onu da əlavə edib ki, Elvin onlara baxmadığı üçün uşağının yeməyini, paltarını atası alıb.

Qətl hadisəsi baş verəndən sonra Elvinin nəşini atasının evinə Sevdanın valideynləri göndərib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 825   Tarix: 19 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İki qardaş dövlətin sarsılmaz birliyinin təsdiqi

8 Noyabr 2026-cı il - Zəfər Günündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri və Şuşada Prezident İlham Əliyevlə görüşü iki qardaş dövlətin sarsılmaz münasibətlərini, tarixi bağlılığını və gələcəyə yönələn strateji iradəsini bir daha nümayiş etdirdi. Azərbaycanın dövlətçilik tarixind

12:11 194
.

Fulya Öztürk Aygün Kazımovanın mahnısını paylaşdı

Türkiyəli jurnalist Fulya Öztürk Xalq artisti Aygün Kazımova ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, müğənninin "Bilirəm" klipindən görüntülərini yayımlayaraq "Son zamanlarda bu mahnı ən sevdiyim oldu" sözlərini yazıb. Qeyd edək ki, mahnının sözləri Leyla Əliyevaya, musiqis

11:28 212
.

Sarsılmaz müttəfiqlik, ortaq strateji hədəflər

Azərbaycan və Türkiyə əsrlər boyu ortaq tarix, mədəniyyət, dil və dini dəyərlər əsasında formalaşmış möhkəm qardaşlıq telləri ilə bir-birinə bağlı olan iki dost və qardaş ölkədir. "Bir millət, iki dövlət" prinsipi bu münasibətlərin təməlini təşkil edərək, təkcə regionda deyil, bütün dünyad

11:48 186
.

Qarabağda gedən quruculuq işlərinin templəri artmaqdadır

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək çoxəsrlik tarixinin ən şanlı səhifələrindən birini yazıb. Şuşadan başlayan Böyük Qələbə salnaməsi 2023-cü ilin sentyabrında keçirilən uğurlu lokal antiterror tədbirlər

11:04 210
.

Azərbaycanın gələcək inkişafı və dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsi ölkə başçısının təbrikinin əsasıdır

Noyabrın 6-da - Zəfər Gününün altıncı ildönümü ərəfəsində Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzura növbəti dəfə səfərə gəlib. Ölkə başçısının bu bölgəyə hər bir səfəri burada aparılan genişmiqyaslı quruculuq işlərini daha da sürətləndirir, bölgədə keçirilən beynəlxalq miqyaslı tədbirlər, xaric

10:34 247
.

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Türkiyəyə səfərə gedib. "Qafqazinfo"

10.11.2026 356
.

Ermənistanda müxalifət nümayəndəsinin ölümü araşdırılır

Ermənistanın İstintaq Komitəsi müxalifətdəki "Güclü Ermənistan" partiyasının üzvü Arsen Gevorgyanın məhkəməyəqədər həbsdə ölümü ilə bağlı cinayət işi açıb. xəbər verir ki, bu barədə məlumat yayıb. Nəşrin məlumatına görə, "Güclü Ermənistan" partiyasından Stepanavan icmasının rəhbər

10:55 181
.

ABŞ tarixində ilk müsəlman senator: Bu, hansı dəyişikliklərin göstəricisidir?

ABŞ-da keçirilən aralıq seçkilərinin diqqətçəkən nəticələrindən biri Abdul El-Sayedin Miçiqan ştatından Senata seçilməsi olub. 42 yaşlı Demokratlar Partiyasının nümayəndəsi Respublikaçı rəqibi Mayk Rocersi məğlub edərək ABŞ tarixində senator seçilən ilk müsəlman olub. Ümumiyyətlə, son illərdə ABŞ v

15:00 11
.

Zelenski bugünkü görüşdən yazdı

Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynadakı münaqişənin həlli ilə bağlı Əbu-Dabidə keçirilən danışıqların ilk gününün "konstruktiv və olduqca məzmunlu" olduğunu bildirib. "Qafqazinfo" xəbər verir ki, Zelenski bu haqda öz teleqram kanalında yazıb. "Üçtərəfli format konstrukti

10.11.2026 296
.