Deputatlar Yeni ili harada, kimlərlə qarşılayacaqlar? - SORĞU

Deputatlar Yeni ili harada, kimlərlə qarşılayacaqlar? - SORĞUArtıq Yeni il və 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik gününə sayılı günlər qalıb.
İnsanlar bayramla bağlı planlar qurmağa başlayıblar. Kimisi evdə, kimisi şəhərdə, kimisi isə rayon və ya xarici ölkələrdən birində keçirməyi düşünür.

Maraqlıdır, bəs deputatlarımız Yeni ili harada və kiminlə qarşılayacaq?

BiG.AZ xəbər verir ki, Bakupost.az bununla bağlı millət vəkilləri arasında sorğu aparıb:

Aqil Abbas Yeni ili Azərbaycanda, öz evində keçirəcəyini deyib:

"Fikrimcə, insan bayramlarda öz evində olmalıdır. Mən bütün bayramları evimdə, ailə üzvlərimlə birgə keçirirəm".

Arzu Nağıyev bayramda ya Tovuzda, ya da Gədəbəydə olacaq:

"Əsas ənənəmiz bayramlarda Tovuzda valideynlərimizlə birlikdə olmaqdır. Yeni ili ya Tovuzda, ya da Gədəbəydə ailəvi bir tədbirlə keçirəcəyik. Hansısa xarici ölkəyə getmək fikrim yoxdur. Yeni ili Azərbaycanda ailə üzvlərim, yaxın qohumlarla bir yerdə qeyd edəcəyik. Tətil günlərində isə ola bilər ki, həm Gədəbəydə, həm də Tovuzda həssas təbəqədən olan seçicilərimlə görüşüm".

Vüqar Bayramov Yeni illə bağlı xüsusi bir planının olmadığını deyib:

"Bayramqabağı deputat olduğum Füzuli rayonuna gedəcəyəm. Daha çox bayramları rayonda keçirməyə üstünlük verirəm. Xaricə getmək və ya xüsusi olaraq Yeni ili qeyd etmək hələ planlarıma daxil deyil. 2022-ci ili rayonda öz ailəmlə birlikdə qarşılayacağam. Yaxud görüşləri keçirib, Bakıya qayıtsam da yenə evdə olacağam".

Ceyhun Məmmədov bildirib ki, işlərinin çox olduğuna görə ölkədə olacaq:

"Yeni ili ailəm və valideynlərimlə keçirəcəyəm. Tətil günlərindən istifadə edib, yarımçıq qalan işləri tamamlamağı planlaşdırıram. Hər kəsi qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edirəm".

Cavid Osmanovun planı isə təmsil etdiyi Ağdaş rayonunda olmaqdır:

"Həmin müddətdə 15 günlük tətil var. Amma bütün bunlara baxmayaraq, tətil günlərində seçicilərimlə görüş keçirməyi düşünürəm. Ölkə daxilində olacağam. Kənar heç bir yerə getmək planımda yoxdur. 2022-ci ildə xalqımıza inkişaf, əmin-amanlıq, tərəqqi və sülh arzulayıram.
Əminəm ki, 2022-ci il ölkəmiz üçün daha böyük uğurlara imza atmaqla yadda qalacaq".

Naqif Həmzəyev yeni ili Gəncədə qarşılayacaq:

"Həmişə olduğu kimi, bu dəfə də şəhid, qazi ailələrini ziyarət etmək, seçicilərimin problemini dinləmək, onların qaldırdığı məsələləri yerində müzakirə etməyi planlaşdırıram. Həmçinin, boş vaxtımda qohumları, böyükləri görmək, onlara da vaxt ayırmağı düşünürəm. Azərbaycan xalqını qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edirəm. Hər kəsi Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşməyə və 2022-ci ildə qayıdış proqramının uğurla icra olunması üçün səfərbər olmağa çağırıram".

Vüqar İsgəndərov da öz rayonunda olacaq:

"Bayramlarımızı doğulduğum və seçildiyim Şəki şəhərində keçirəcəyəm. Ənənə halında ailəm və əzizlərimlə birgə olacağam".

Azər Badamov isə 2022-ci ili Qusarda qarşılayacaq:

"Yeni ildə həm rayon camaatı ilə birlikdə olacağam, həm də istirahət edəcəyəm. Qeyd edim ki, Qusar rayonu xüsusilə qış istirahəti üçün ən gözəl yerdir. Şahdağda qış mövsümü başlayır. Kimin Yeni illə bağlı planı yoxdursa, Qusarda istirahət etmələrini tövsiyə edirəm".

Məlahət İbrahimqızı da heç bir planının olmadığın qeyd edib:

"Pandemiya ilə bağlı harasa getmək narahatlıq yaradır. Artıq "Omikron" ştammı da bir çox ölkələrə yayılıb. Ona görə harasa getmək planımda yoxdur. İstənilən halda ailə üzvlərimlə birlikdə olacağam. Amma dəqiq bilmirəm, Bakıda, yoxsa rayondakı evimdə...".

Digər bir xanım deputat Kamilə Əliyeva bayramları ailə üzvləri ilə birlikdə keçirəcəyini vurğulayıb:

"Yeni ili ailə üzvlərimlə qeyd edəcəyəm. Amma daha sonra seçicilərimlə görüşmək üçün Balakən və Zaqatalaya gedəcəyəm.
Heç vaxt Yeni ili Azərbaycandan kənarda, xarici ölkələrdə qeyd etməmişəm. İki ildir pandemiya olduğuna görə yalnız öz seçicilərimlə və ailə üzvlərimlə birlikdə olmuşam. Yoluxanların sayının azaldığını görüb arxayın olmamalıyıq. Karantin hələ də davam edir.
Tövsiyə edərdim ki, bayram ərəfəsində insanlar kütləvi toplaşmaqdan çəkinsinlər.
Başda cənab Prezident İlham Əliyev, Birinci-vitse prezidenti Mehriban Əliyeva olmaqla bütün Azərbaycan xalqını qarşıdan gələn bayramlar münasibətilə təbrik edirəm. Dünyamıza, ölkəmizə firavanlıq, sülh və əminamanlıq arzu edirəm".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 3303   Tarix: 21 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Prezident həmkarına başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstan Prezidenti İliyana Yotovaya başsağlığı məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli xanım Prezident,. Bolqarıstanda baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində insanların həlak olması və yaralanmas

12:32 165
.

Şuşadan düşmən və qarayaxanlara ünvanlanan mesajlar

8 Noyabr 2026-cı il - Şanlı Zəfərimizin altıncı ildönümü günündə Türkiyə Cumhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dəfə dost və qardaş Azərbaycana səfərə gələrək xalqımızın əziz gününü Şuşada Prezident İlham Əliyevlə birgə qeyd etmişdir. Azərbaycana səfəri və Şuşada görüşü iki qardaş dövləti

11:59 166
.

Hərbi xidmətdən yayınmaq üçün dediyi sözlər başına bəla oldu

Saatlıda hərbi xidətdən boyun qaçıran şəxs altı ay müddətinə azadlıqdan məhrum edilib. -a istinadən xəbər verir ki, 200-ci il təvəllüdlü Gəray Vəlizadə (adı və soyadı şərtidir) barəsində Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə cinayət işi başlanıb. Araşdırma zamanı məlum olub ki, G.Vəlizadə 2025-c

10.11.2026 432
.

Ərdoğanın Zəfər Günündə Qarabağa səfərinin siyasi və mənəvi əhəmiyyəti

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər Günü münasibətilə Azərbaycana, o cümlədən Qarabağa səfəri, ilk növbədə, iki qardaş ölkə arasında mövcud olan tarixi dostluğun, strateji müttəfiqliyin və sarsılmaz həmrəyliyin növbəti təzahürü kimi qiymətləndirilməlidir. Bu səfərin ən mühü

11:29 187
.

Maaşların gecikdirilməsi və ya azaldılmasına nəzarət gücləndiriləcək

Azərbaycanda əməkhaqqının gizlədilməsi hallarına qarşı yeni mexanizm tətbiq olunacaq. Axşam.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, işçilərə əməkhaqq

14:13 97
.

Ermənistanda müxalifət nümayəndəsinin ölümü araşdırılır

Ermənistanın İstintaq Komitəsi müxalifətdəki "Güclü Ermənistan" partiyasının üzvü Arsen Gevorgyanın məhkəməyəqədər həbsdə ölümü ilə bağlı cinayət işi açıb. xəbər verir ki, bu barədə məlumat yayıb. Nəşrin məlumatına görə, "Güclü Ermənistan" partiyasından Stepanavan icmasının rəhbər

10:55 177
.

Yaşadığı evdən meyiti tapıldı

Bərdədə 40 yaşlı kişinin meyiti yaşadığı evdə aşkarlanıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Qarağaclı kəndində qeydə alınıb. Belə ki, 1986-cı il təvəllüdlü İlqar Muradovun meyiti yaşadığı evdə tapılıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. Faktla bağlı Bərd

10.11.2026 325
.

PROFESSOR OLMADAN ƏVVƏL İNSANLIQ İMTAHANINDAN KEÇMƏK LAZIM DEYİLMİ?

Universitetlərdə akademik elmi adlara və vəzifələrə çatmağın müəyyən meyarları var. Dosent və ya professor olmaq üçün elmi nəşrlər, elmi tədqiqatlar, araşdırmalar və müxtəlif peşəkar tələblər irəli sürülür. Akademiklər bu meyarlara cavab vermək üçün illərlə əmək sərf edirlər. Bəs bütün bu akademik meyarlarl

00:58 244
.

Fulya Öztürk Aygün Kazımovanın mahnısını paylaşdı

Türkiyəli jurnalist Fulya Öztürk Xalq artisti Aygün Kazımova ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, müğənninin "Bilirəm" klipindən görüntülərini yayımlayaraq "Son zamanlarda bu mahnı ən sevdiyim oldu" sözlərini yazıb. Qeyd edək ki, mahnının sözləri Leyla Əliyevaya, musiqis

11:28 207
.