Yaddaş problemi olanların DİQQƏTİNƏ: Bu əlamətləriniz varsa...

Yaddaş problemi olanların DİQQƏTİNƏ: Bu əlamətləriniz varsa...Yaddaş problemləri çox vaxt yaşla bağlı olur. Altsheymer xəstəliyi və demans daha gec yaşlarda meydana gəldiyi üçün daha erkən yaşda yaddaş problemi olanlar bu pozğunluqlardan narahat olmadan əvvəl nəzarət edə biləcəkləri vəziyyətə diqqət etməlidirlər.

Metbuat.az xəbər verir ki, bunu türk həkim Halit Yerebakan deyib.

O bildirib ki, stressli həyatınız varsa, bədəninizdə kortizol səviyyəsi yüksəlir: "Bədəni formada saxlayan bu stress hormonu hipokampus və beynin yaddaşla əlaqəli digər hissələrinə də təsir edir. Eynilə, narahatlıq stress kimi bədənə gəlir və beyinə də eyni təsir göstərir. Əgər narahatlığınız yüksəkdirsə, diqqətinizi cəmləyə bilmədiyiniz üçün yaddaş pozğunluğunuz olduğunu hiss edirsiniz".

Həkim əlavə edib ki, depressiya yaddaş problemlərinin başqa bir səbəbidir: "Əslində, mütəxəssislər depressiyanın yaddaş itkisinin səbəbi və ya simptomu olduğuna əmin deyillər. Lakin araşdırmalar depressiya ilə yaddaş problemləri də daxil olmaqla, idrak pozğunluqları arasında əlaqə olduğunu göstərir. Yaşdan asılı olmayaraq, menstruasiya zamanı və ya ondan əvvəl kiçik, lakin əhəmiyyətli koqnitiv pozğunluqlar baş verə bilər. Bu dövrlərdə baş verən əhval dəyişikliyi və yuxu problemləri yaddaşa təsir edə bilər. Yaxşı xəbər budur ki, bu vəziyyət qalıcı deyil, menstruasiyadan sonra hər şey normala qayıdır.

Əgər kifayət qədər yatmasanız, yaddaşınızın çox təsir görəcəyi normaldır. Dərin yuxu zamanı beyində yığılan zəhərli maddələr təmizlənir və sinirlər daha yaxşı işləyir. Əgər müntəzəm olaraq istifadə etdiyiniz dərmanlarınız varsa, onlar da yaddaşınıza təsir edə bilər. Siz həkiminizlə danışa və yaddaş problemlərinə səbəb olan aktiv maddələr olan dərmanları dəyişdirməsini xahiş edə bilərsiniz".

Halit Yerebakan qeyd edib ki, alkoqol və buna bənzər maddələrdən istifadə mərkəzi sinir sistemini ləngitməklə yaddaşa təsir edir: "Fakt odur ki, spirtli içkilərə aludə olan insanlarda beyin kiçilməsi baş verir. Tiroid problemləri, B12 və ya folik turşusu çatışmazlığı kimi vəziyyətlər də yaddaş problemlərinə səbəb ola bilər. Əgər belə problemlərlə qarşılaşdığınızı düşünürsünüzsə, ilk növbədə həkiminizlə məsləhətləşin, lazımi analizləri verin, həkiminizin tövsiyələrinə uyğun dərman və ya əlavələrdən istifadə edin. Həmçinin, yaddaş problemləri qəfil yaranarsa, gecikmədən mütəxəssisə müraciət edin".


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 2163   Tarix: 26 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?

Həftəsonu adi günlərlə müqayisədə bir neçə saat gec oyanmaq artıq çəki, depressiya və əhval dəyişiklikləri riskini artıra bilər. xəbər verir ki, bu barədə terapevt Cina Zarella "Yahoo" nəşrinə açıqlamasında bildirib. Həkimin sözlərinə görə, yuxu rejiminin pozulmasının qarşısını almaq üçün şənb

13.10.2026 840
.

70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın

Yaşlılıq dövründə D vitamini sümük və əzələ sisteminin, eləcə də immunitetin sağlamlığı üçün mühüm əhəmiyyət daşıyır. Buna görə də çatışmazlıq aşkarlandıqda bu vitaminin qida əlavələri şəklində qəbulu tövsiyə oluna bilər. Lakin yüksək dozalı preparatların müntəzəm və həkim məsləhəti olmadan qəbulu sağlamlığ

23.10.2026 981
.

Alimlər orqanizmin hansı yaşda gücünü itirməyə başladığını müəyyənləşdirdi

Yaşlanma insanın fiziki qabiliyyətlərinə çoxlarının gözlədiyindən daha erkən təsir göstərməyə başlaya bilər. Alimlər müəyyən ediblər ki, yaş artdıqca fiziki göstəricilərin azalması sürətlənir. Bununla belə, yetkin yaşda idmanla məşğul olmağa başlamaq da fiziki göstəriciləri yaxşılaşdıra bilər. Qaynarinf

19.10.2026 1090
.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ola bilər. Ayaq qıcolmalarına susuz qalmaq, gün ərzində həddindən artıq fiziki yüklənmə

25.10.2026 822
.

Ürək transplantasiyasının icbari tibbi sığorta hesabına icra edilməsi təklif olunub

Ürək transplantasiyası və gözün buynuz qişasının transplantasiyası əməliyyatlarının icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil edilməsi vacibdir. "Report" xəbər verir ki, bunu Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova Azərbaycand

01.11.2026 585
.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, oftalmoloq İmran Cərullazad

11.10.2026 820
.

Gündə minimum addım sayı təyin edildi

Gündə minimum 100 addım mifi təkzib edilib. xəbər verir ki, bu barədə kardioloq Denis Prokofyev bildirib. "Addım sayı burada əsas deyil. 100 addımlıq məqsəd sırf marketinqdir. Bu Yaponiyada addımölçənləri satmaq üçün ortaya çıxan marketinqdir. Bu, ciddi tibbi tövsiyə deyil", - deyə o vurğulayıb

08.10.2026 1062
.

Sağlam görünən gənclərdə ürək problemi niyə yaranır? - Video

"Baku Med" verilişinin yeni buraxılışında ürək-damar xəstəlikləri müzakirə olunub. Gənclərdə ürək problemlərinin artmasına hansı amillər səbəb olur?. Xroniki stres və yuxusuzluq ürəyin fəaliyyətinə necə təsir edir?. Elektron siqaretlər ürək-damar sistemi üçün nə dərəcədə təhlükəlidir?. Şəkərl

17.10.2026 870
.

100 yaşına qədər yaşamaq istəyənlər üçün 7 faydalı QİDA

Uzunömürlü olmaq istəyənlər gündəlik qidalanmalarına xüsusi diqqət yetirməlidirlər. Mütəxəssislər bəzi qidaların ürək-damar sisteminin, beynin və həzm orqanlarının sağlamlığının qorunmasında mühüm rol oynadığını bildirirlər. xarici mətbuata istinadən xəbər verir ki, həkim Darşan Şah 100 yaşına qədə

27.10.2026 937
.