Boğaz ağrısından belə qurtulun
Boğaz ağrısı xüsusən soyuq havalarda bir çox insanda müşahidə olunan ümumi problemidir. Şiddətli boğaz ağrıları ilə yanaşı, qıcıqlanma udma və yeməkdə gündəlik həyatda çətinlik yaradır.
Axşam.az ev şəraitində tənəffüs yolunda yaranan ağrı və öskürəkdən qurtulmağınıza yardımçı olacaq vasitələri təqdim edir.
Heyva və limon:
Tərkibindəki C vitamini, mis, dəmir, kalium və maqnezium ilə boğaz infeksiyalarına qarşı qoruma təmin edən heyva antiseptik özəlliklərə sahib meyvədir. Limon güclü C vitamini mənbəyidir və eyni zamanda təbii antibiotikdir.
Dilimlənmiş heyvanın üzərinə limon sıxın, 1 çay qaşığı bal tökün və yüngülcə əzin. Hər səhər və ya axşam istehlak edin. Bu ikili sizi boğaz infeksiyalarından qoruyacaq və daha tez sağalmağınıza yardımçı olacaq.
Kərəviz:
Kərəviz çiy istehlak edildikdə boğaz ağrısını aradan qaldırmağa kömək edir. Bu tərəvəzi rəndələyib üzərinə limon sıxaraq istehlak edə bilərsiniz. Kərəvizdə bol miqdarda C vitamini, kalium, maqnezium, natrium və dəmir var. Bu tərəvəz demək olar ki, 75 faiz su və 25 faiz lifdən ibarətdir. Ondan müntəzəm istifadə boğaz xəstəliklərinə tutulma riskini azaldır.
Soğan suyu:
Təbii antibiotik olan soğan və sarımsağı qış aylarında daha çox istehlak etməyə çalışın. Soğanın tərkibində seliyin tənəffüs yollarından xaric olmasına imkan verən kükürd birləşmələri var. İki orta boy soğanın qabığını təmizləyin, yarıya bölün və bir gün suda saxlayın. Ertəsi gün həmin suyu için. Bu ağrıları və öskürəyi aradan qaldıracaq. Sarımsaq həm bişmiş, həm də çiy halda boğaz infeksiyalarına qarşı təsirlidir. Bu səbəbdən qışda bişirdiyiniz hər yeməyə əlavə edə bilərsiniz.
Bitki və tərəvəzlər:
Çobanyastığı, itburnu kimi bitki çaylarını istehlak etmək boğaz infeksiyalarına qarşı qoruyur.
Zəncəfil, zerdeçal və qara bibəri bal ilə qarışdırıb hər səhər 1 çay qaşığı qəbul etmək boğaz ağrılarını və infeksiyaları aradan qaldırmağa kömək edir. Zəncəfilin daha faydalı olması üçün təzə üyüdülmüş olduğundan əmin olun. Çayın ardınca su içməyin.
Qovrulmuş yaşıl və qırmızı bibərin üzərinə bir az su ilə qarışdırılmış sirkə töküb istehlak etmək sizi boğaz xəstəliklərindən qoruyacaq.
Boğaz ağrısını aradan qaldırmaq üçün bir neçə mixək çeynəmək də olar.
Hər növ infeksiyaya qarşı bol su içməyə çalışın.
BiG.Az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 1843 Tarix: 03 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşHepatit B və C tam müalicə olunur? - Mütəxəssis danışdı
Virus hepatitləri qaraciyərin iltihabına səbəb olan və geniş yayılmış infeksion xəstəliklər sırasındadır. Xəstəliyin bəzi növləri kəskin formada keçsə də, hepatit B və C uzun müddət heç bir əlamət vermədən inkişaf edərək xroniki xarakter ala, qaraciyərin ciddi zədələnməsinə səbəb ola bilər. Bununla yanaşı
01.11.2026 570 Qrip mövsümündə nə yemək lazımdır? - Diyetoloq əsas qidaları açıqladı
Qrip mövsümü getdikcə güclənir və məhz bu dövrdə orqanizmin daxildən dəstəklənməsi xüsusi əhəmiyyət daşıyır. Diyetoloqlar immun sisteminin viruslara qarşı daha yaxşı mübarizə aparmasına kömək edən qida və içkiləri açıqlayıblar. Qaynarinfo xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb
14.10.2026 941 Qrip, soyuqdəymə, yoxsa COVID-19? - ÜST yeni variantın əlamətlərini açıqladı
Koronavirusun yeni PJ.2.1 variantının simptomları adi soyuqdəymə və ya qripin əlamətlərinə bənzəyə bilər. "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. "COVID-19, qrip və digər respirator infeksiyaların simptomları üst-üstə düşə bilər"
08.11.2026 453 Su qan təzyiqini azaltmağa kömək edir - Gündəlik norma 6-8 stəkan
Gündəlik kifayət qədər su qəbul etmək arterial təzyiqin nəzarətdə saxlanmasına kömək edə bilər. Qaynarinfo xəbər verir ki, "Verywell Health" nəşrinin məlumatına görə, ekspertlər sağlam arterial təzyiq səviyyəsini qorumaq üçün nə qədər su içmək lazım olduğunu və hansı hallarda maye qəbulun
26.10.2026 912 Fizioterapiya, reabilitasiya nə vaxt təhlükəlidir? - Video
"Baku Med" verilişinin budəfəki buraxılışında fəqərələrarası disk yırtığı, artroz və üz sinirinin iflici mövzuları müzakirə olunub. Fəqərələrarası disk yırtığı hansı hallarda əməliyyat tələb edir?. Disk yırtığı ağrısız inkişaf edə bilərmi?. Artrozun müalicəsində fizioterapiyanın rolu nədir?
07.11.2026 326 Sağlam görünən gənclərdə ürək problemi niyə yaranır? - Video
"Baku Med" verilişinin yeni buraxılışında ürək-damar xəstəlikləri müzakirə olunub. Gənclərdə ürək problemlərinin artmasına hansı amillər səbəb olur?. Xroniki stres və yuxusuzluq ürəyin fəaliyyətinə necə təsir edir?. Elektron siqaretlər ürək-damar sistemi üçün nə dərəcədə təhlükəlidir?. Şəkərl
17.10.2026 870 Məşhur ədviyyatın qaraciyəri qocalmadan qoruya biləcəyi məlum olub
Zərdəçalın tərkibində olan kurkumin maddəsi qaraciyəri yaşla bağlı dəyişikliklərdən, iltihabdan və zədələnmədən qoruya bilər. xəbər verir ki, bu qənaətə "Food & Function" elmi jurnalında dərc olunan araşdırmanın müəllifləri gəliblər. Tədqiqatçılar bağırsaq, onun mikroflorası və qaraciyə
06.11.2026 481 Gündə cəmi 4 saat yuxu ilə necə yaşamaq olar?
Adətən, böyük əksəriyyət üçün gündə yeddi-doqquz saatlıq yuxu norma sayılsa da, bəzi insanlar cəmi dörd-beş saatlıq yuxu ilə kifayətlənərək özlərini tamamilə enerjili və sağlam hiss edirlər. Elm adamları bu nadir vəziyyətin arxasında duran genetik səbəbləri araşdırmağa davam edirlər. "Qafqazinfo"nu
03.11.2026 687 Dərinizdə bu əlamətlər varsa, diqqətli olun
Havaların soyuması və rütubətin azalması dəridə quruluq, qabıqlanma və qaşınmaya səbəb ola bilər. xarici mediaya istinadən xəbər verir ki, dermatologiya üzrə mütəxəssis, professor Sevilay Oğuz Kılıç payızda dəri sağlamlığını qorumaq üçün tövsiyələrini bölüşüb. Mütəxəssis bildirib ki, dərinin gərginləşməsi
17.10.2026 833