Çoxunun bilmədiyi "SİRLİ DÜYMƏLƏR" - İşiniz ASANLAŞACAQ

Çoxunun bilmədiyi "SİRLİ DÜYMƏLƏR" - İşiniz ASANLAŞACAQKompüter həyatımızın ayrılmaz hissəsinə çevrilib. Bir çoxlarının işi məhz buradan keçir və biz kompüterdən istifadə edərkən onun bütün incəliklərini bildiyimizi zənn edirik. Lakin bilmədiyimiz şeylər də az deyil. Çoxları hesab edirlər ki, klaviaturanın sol hissəsində, aşağıda "fn" və "alt" düymələrinin ortasında yerləşən, bizim "Pusk", "Start" adlandırdığımız düymə yalnız komüteri yandırıb-söndürmək üçün lazım olur. Amma əslində o düymə vasitəsilə bir çox əməliyyatları gerçəkləşdirmək mümkündür.

Sözügedən "Start" düyməsi "Win" (Windows) adlanır və yalnız "İşə salma" menyusunun açılışı üçün nəzərdə tutulmayıb. Təəssüf ki, kompüter satanlardan, istifadəçilərə qədər hər kəs bunu belə zənn edir. Lakin bu düymə "Windows" Microsoft əməliyyat sistemlərinin təməli hesab olunur.

1985-ci ildə buraxılmış bu marka bütün dünyada ən geniş istifadə olunan proqram təminatı olaraq liderliyini qorumağa davam edir.

"Win", CTRL və digər sehirli klavişlər kompüterdə müəyyən əməliyyat sistemlərinin daha tez həyata keçməsinə imkan verir.

BİG.AZ-ın sadalayacağı kombinasiyalar kompüterdə işi sadələşdirir və qiymətli vaxtınıza qənaət etməyə kömək edir:

1. ALT + Backspace

Mətnin silinmiş hər hansı bir hissəsini və ya sözünü geri qaytarır. Qismən bu təklif CTRL + Z kombinasiyasının əməliyyat xüsusiyyətini xatırladır.

2. CTRL + ALT + TAB

Hazırda kompüterinizdə açıq olan pəncərələrin sayını görməyə və onların arasında yerdəyişmə etməyə icazə verir.

3. ALT + F4

Ekranda açıq olan pəncərə və ya proqram panelini bağlayır.

4. F2

Faylların və ya qovluqların adını dəyişdirməyə icazə verir.

5. CTRL + SHIFT + T

Kompüterin ekranında ən son baxılan və bağlanmış pəncərəni yenidən açır.

6. Windows + L

Bu kombinasiya, sistemdən çıxışı təmin edir.

7. CTRL + N

"Google Chrome" brauzerinin ikinci səhifəsi açılır.

8. CTRL + SHIFT + N

"Google Chrome" brauzerinin ikinci, "gizlin" səhifəsini açır. Buradakı fəaliyyətiniz (girdiyiniz saytlar və s) yaddaşda qalmadığından kompüterin digər istifadəçiləri onları görməyəcək.

9. CTRL + T

Bu kombinasiya isə istənilən brauzerdə yeni, ikinci əlavə pəncərə açır.

10. CTRL + ALT + DEL

"Windows" versiyasından asılı olaraq, mərkəzi təhlükəsizlik və ya dispetçer pəncərəsini açır.

11. CTRL + SHIFT + ESC

Tapşırıq dispetçerini aktivləşdirir.

12. CTRL + Esc, eləcə də "Windows"

Birbaşa "Start" düyməsinin menyu panelini açır.

13. SHİFT + ALT

Klaviaturanın dilini dəyişir.

14. CTRL + A

Mətni bütövlüklə seçir

15. CTRL + C

Seçilmiş mətni kopyalayır.

16. CTRL + X

Seçilmiş mətni kəsib götürür.

17. CTRL + V

Kopyalanmış (və ya kəsilmiş) mətni əlavə edir.

18. CTRL + S

Yazını yaddaşda saxlayır.

19. CTRL + W

Pəncərəni bağlayır.

20. Windows + E

"Windows Explorer"i açır.

21. Windows + U

Kompüteri söndürür.

22. ALT + TAB

Açıq pəncərələr arasında keçid etməyə imkan verir.

23. CTRL + SHİFT + TAB

Öncəki pəncərəyə qayıdır.

24. F5

Səhifəni yeniləyir.

25. SPACE (boşluq)

Səhifəni aşağı çəkir.

26. SHİFT + SPACE

Səhifəni yuxarı çəkir.

27. CTRL + F

Axtarış yerini açır.

28. CTRL + + ( və ya CTRL və siçanın çarxını yuxarı fırlatmaq)

Səhifəni böyüdür.

29. CTRL + - ( və ya CTRL və siçanın çarxını aşağı fırlatmaq)

Səhifəni kiçildir.

30. CTRL + D

Açıq olan səhifəni yaddaşda saxlayır.

31. CTRL + K

Axtarış panelinə keçid edir.

Daha çox "qaynar klavişlər"i buradan öyrənə bilərsiniz.

Natəvan Baxşiyeva


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 4762   Tarix: 31 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.