Dənizə atdığı məktub 25 ildən sonra özünə çatdı – FOTO
Avstraliyalı qadın 25 il əvvəl - səkkiz yaşında ikən dənizə atdığı məktubu tapılanda xeyli təəccüblənib.
BiG.AZ Oxu.az-a istinadən xəbər verir ki, 1996-cı ildə səkkiz yaşında olan Coanna Buçan məktəb layihəsi çərçivəsində məktub yazıb və onu "Sprite" şüşəsinə qoyaraq evinin yaxınlığında dənizə atıb. Həmin vaxtlar Şotlandiyada yaşayan Buçan məktubunda hobbilərindən və oğlanlara nifrətindən bəhs edib.
"Hörmətli tapıcı, adım Coanna Buçandır, səkkiz yarım yaşım var. Mən oyun karları toplayıram və oyuncaq ayıları sevirəm. Mənim Duqal adlı itim var. Onun ad günü martın 29-dur və 15 yaşı olacaq - it vaxtı ilə hesablansa 100-dən çox yaşı olacaq! Bizim olduqca böyük bir evimiz var və mənim çox yaxın rəfiqəm var. Plastilin yığmağı xoşlayıram, amma anam buna nifrət edir. Məktəb layihəmiz poçt haqqındadır və gələn il o, "Şarlottanın toru" ("Charlotte's Web") romanı əsasında hazırlanacaq. Bu kitabdır. Mən şirniyyatları sevirəm. Yeri gəlmişkən, oğlanlara nifrət edirəm", - deyə o, məktubunda yazıb.
Bu müddət ərzində mesaj 1200 kilometr yol qət edib. O, Norveçin yaşayış olmayan Qosver adasına, oradan isə Helena Andreassenin əlinə düşüb. Məktubun məğzini oxuyandan sonra qadın internetdən Buşanı tapıb.
Hazırda 34 yaşında olan Buşan Avstraliyada yaşayır.
"Əvvəlcə butulkada mesaj göndərdiyimi xatırlamırdım, amma sonra məktəbdə etdiyimiz layihə ilə bağlı müəyyən şeylər yadıma düşdü. Məktubu görən kimi indiki qədər səliqəli olmayan öz xəttimi tanıdım. Oxuyanda az qala gülməkdən ölürdüm, xüsusən də oğlanlara nifrətlə bitən son məni xeyli əyləndirdi", - deyə Buçan hisslərini bölüşüb.
Buçan əlavə edib ki, uşaqlıqda ev tapşırığı yerinə plastilinindən xırda heyvanlar hazırlamağı xoşlayırdı, ona görə də anası bu hobbisini sevməyib. Qadın məktubun dənizdə bu qədər uzun müddət qalmasına və tapılmasına xeyli təəccübləndiyini bildirib.
"Həmin vaxt mənə dərs deyən müəllimim mənimlə əlaqə saxlayaraq, tapıntıdan məmnunluğunu ifadə etdi", - deyə qadın əlavə edib.

BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1337 Tarix: 02 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşEvlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL
Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi
15.09.2021 1571 Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?
Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin
16.09.2021 1627 Bakıda dördəm doğulub - VİDEO
Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları
15.09.2021 942 Ayaq qoxusuna son
Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi
10.09.2021 1505 Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO
Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları
14.09.2021 2022 Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO
Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"
13.09.2021 1580 Bu şəxslərə soğan yemək olmaz
Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey
12.09.2021 2801 Üz dərisini ağardan unikal vasitə
Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində
13.09.2021 741 Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...
Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin
18.09.2021 882