Doqquz yaşlı aktrisa: "Xocalını görməsəm də, çəkiliş zamanı məni ağlamaq tutdu"

Doqquz yaşlı aktrisa: "Xocalını görməsəm də, çəkiliş zamanı məni ağlamaq tutdu""Instagram" sosial şəbəkəsinin gündəliyi formatında "Sevinj stories" adlı layihə icra olunur.

Məqsəd Xocalı soyqırımı ilə bağlı paylaşımlar etmək, erməni vəhşiliyinin qurbanı olan günahsız insanların xatirəsini yad etməkdir. İzləyicilərin böyük marağına səbəb olan layihənin baş qəhrəmanı Nəzakət Heydərovadır.

Nəzakət 2012-ci il iyun ayının 27-də Sumqayıt şəhərində anadan olub. 2018-ci ildə Ceyranbatan qəsəbəsi 1 saylı tam orta məktəbdə birinci sinfə gedib. Hazırda həmin məktəbin dördüncü sinif şagirdidir.

"Report"un Nəzakət Heydərova ilə olan müsahibəsini təqdim edirik:

- Bu, sənin aktrisa kimi ilk işindir? Bundan öncə hansına bir film və ya layihədə rol almısanmı?

- Bu, mənim ikinci işimdir. Daha öncə də "Zəhər tuluğu" filmində Şəms rolunu canlandırmışam.

- Hansı istiqamətdə inkişaf etmək istəyirsən? Böyüyəndə kim olmaq arzusundasan?

- Aktrisa olmaq istəyirəm, valideynlərim də bu işdə məni dəstəkləyir.

- Aktrisa olmaq istəyi necə yarandı?

- Həvəsli olduğum üçün bağça və məktəb tədbirlərində iştirak edirdim. Hətta uşaqlıqdan oyuncaqlarım ilə də maraqlı oyunlar qurub rol aparırdım.

- Qohum və ya ailədə bu sahə ilə məşğul olan varmı?

- Ailədə və qohumlarımızda bu sahə ilə məşğul olan yoxdur.

- Xocalını görməyən, Xocalı faciəsini yaşamayan 9 yaşlı Nəzakət üçün bu rolu canlandırmaq çətin deyil ki?

- Xocalını görməsəm də, çəkilişlər zamanı sanki o anları yaşayıram, hətta bir dəfə çəkiliş zamanı məni, həqiqətən də, ağlamaq tutdu....

- Sosial şəbəkələr üçün videoları harada çəkirsən?

- Qarlı havadakı çəkilişlər Qəbələ rayonunun Vəndam kəndində lentə alınır. Bəziləri isə digər maraqlı yerlərdə.

- Çəkilişlər dərslərinə çətinlik yaratmır?

- Xeyir, çəkilişlər adətən həftəsonu və ya tətil günlərində aparılır.

- Aktrisa kimi rol almağını dostların, sinif yoldaşların necə qarşılayır?

- Çox gözəl, hətta bir dəfə tarixi bir mövzunun qəhrəmanı olduğum üçün sinfə daxil olan zaman məni alqışladılar.

- Çəkilən videolar harada yayımlanır?

- Sosial şəbəkələrdə.

- Çəkilişlər neçə saat davam edir? Bu, səni yormur?

- Çəkilişlər gün ərzində 8 və ya 10 saat fasilələrlə davam edir, hətta gecə də çəkilişlərimiz olur. Əlbəttə, yorulduğum zamanlar olur, amma çalışıram büruzə verməyim. Mənim üçün belə bir tarixi mövzunun qəhrəmanı olmaq qürurvericidir.

Qeyd edək ki, layihəni 8 nəfər icra edir. Çəkilişlər fevralın 1-dən başlayıb, ayının sonunadək davam edəcək. Sevincin babası rolunu isə ölkənin Əməkdar artisti Mirzə Ağabəyli ifa edir.

Doqquz yaşlı aktrisa: "Xocalını görməsəm də, çəkiliş zamanı məni ağlamaq tutdu"Doqquz yaşlı aktrisa: "Xocalını görməsəm də, çəkiliş zamanı məni ağlamaq tutdu"Doqquz yaşlı aktrisa: "Xocalını görməsəm də, çəkiliş zamanı məni ağlamaq tutdu"oxu.az


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1768   Tarix: 05 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür

Bir vaxtlar sərvət və lüks simvolu olan milyonlarla dollarlıq avtomobillər indi toz və qumda çürüməyə məhkumdur. Ferrari, Lamborghini, Porsche və Bentley kimi dünyaca məşhur brendlərin avtomobillərə daha çox Dubaydakı dayanacaqlarda və tərk edilmiş ərazilərdə rast gəlmək mümkündür. Bu bahalı avtomobilləri

08.11.2026 446
.

Turlar.az - Turizm elanları saytı

saytında bir-birindən maraqlı və sərfəli elanlar sizi gözləyir!. İstirahət etmək üçün yeni məkan axtarırsınız? Tez-tez getdiyiniz yerlər daha sizə darıxdırıcı gəlir? Gedəcəyiniz yeni məkanı müəyyənləşdirməkdə çətinlik çəkirsiniz? O zaman vaxt itirmədən pulsuz turizm elanları saytına daxil olun. Bu fürsə

03.11.2026 691
.

Yay fəsli uzanır... 6 ay davam edəcək

Uzunmüddətli müşahidələr göstərir ki, yay hər il bir gün uzanır. Qlobal istiləşmə səbəbindən Avropa tədricən ənənəvi mövsümi dövrünü itirir. Yay uzanır, yaz və payız isə qısalır. xarici mediaya istinadən bildirir ki, bu barədə İspaniya Milli Meteorologiya Agentliyi (AEMET) məlumat yayıb. 1980-ci illərdə

08.11.2026 266
.

14-cü mərtəbədən yıxılan kişi sağ qaldı

Rusiyanın paytaxtı Moskvada yaşayış binasının 14-cü mərtəbəsindən yıxılan kişi möcüzə nəticəsində sağ qalıb. yerli mediaya istinadla xəbər verir ki, hadisə bu gün səhər saat 8 radələrində Marşal Rokossovski bulvarında baş verib. Məlumata görə, kişi binanın 14-cü mərtəbəsindən yıxılaraq avtomobilin damın

01.11.2026 502
.

Turşu xiyarların xarab olmaması üçün nə etməli?

Turşu bankasını açdıqdan sonra xiyarların bir neçə gün ərzində xarab olmaması üçün müəyyən qaydalara əməl etmək lazımdır. Mütəxəssislərin sözlərinə görə, düzgün saxlanma şəraiti turşuların həm dadını, həm də xırtıldayan quruluşunu uzun müddət qorumağa kömək edir. xəbər verir ki, duzlu xiyarlar bank

08.11.2026 266
.

Ehtiyat hissələri alarkən ən çox edilən 5 səhv

Avtomobil ehtiyat hissələri alarkən diqqətli olmaq vacibdir, çünki səhv seçimlər həm maliyyə zərərlərinə, həm də avtomobilin performansına mənfi təsir göstərə bilər. Ehtiyat hissəsi alarkən, düzgün qərarlar vermək avtomobilinizin performansını və təhlükəsizliyini təmin etmək üçün vacibdir. Ehtiyat hissəs

06.11.2026 589
.

12 yaşlı uşaq qızıl külçəsi tapdı

1799-cu ildə ABŞ-də 12 yaşlı Konrad Ridin dərədə tapdığı daşın əslində 7,7 kiloqramlıq qızıl külçəsi olduğu məlum olub. Ailə qiymətli metalın dəyərindən xəbərsiz olduğu üçün onu üç il ərzində qapı tutacağı kimi istifadə edib. Şimali Karolina ştatında yaşayan Konrad Rid Litl Medou Krik dərəsində oynayarkə

08.11.2026 265
.

Misir piramidalarının daşdan tikilmədiyi iddia olunur: Fizik yeni nəzəriyyə irəli sürdü

Misir piramidalarının necə inşa edildiyi ilə bağlı əsrlərdir davam edən müzakirələrə yeni bir nəzəriyyə əlavə olunub. Belçikalı nüvə fizikası professoru Gi Demortye hesab edir ki, Xeops piramidasının nəhəng blokları daş karxanalarından gətirilməyib, tikinti yerində xüsusi qəliblər vasitəsilə hazırlanıb

07.11.2026 303
.

ABŞ-də pilotlar 12 min metr yüksəklikdə UNO gördülər

ABŞ-nin Uçan Naməlum Obyektlərin (UNO) Öyrənilməsi üzrə Milli Mərkəzi (NUFORC) Ohayo ştatı üzərində naməlum obyektlə qarşılaşan pilotların hesabatını dərc edib. xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Məlumata görə, 2026-cı il avqustun 16-da mülki təyyarəni idarə edən pilotla

01.11.2026 706
.