Bel ağrıları hansı xəstəliklərin əlamətidir? – "Müalicə edilməzsə, əlilliklə nəticələnə bilər"

Bel ağrıları hansı xəstəliklərin əlamətidir? – "Müalicə edilməzsə, əlilliklə nəticələnə bilər"Həkim-nevroloq, Avropa Nevroloji Akademiyasının üzvü Qalib Əsədov həm nevroloji xəstəliklərdən, həm son 10 ildə nevrologiyada ortaya çıxan müalicə metodlarından, həm də ruh halımızı yaxşılaşdırmağın və həyata daha nikbin notlarla baxmağın yollarından danışıb.

Publika.az tanınmış həkimlə müsahibəni təqdim edir:

- Doktor, 2 ilə yaxın davam edən və bitmək bilməyən pandemiya insanların sinir sisteminə necə təsir edir? Beynimiz və ruhumuz bu vəziyyəti qəbul edibmi?

- Ümumiyyətlə, insanın azadlığını məhdudlaşdıran istənilən tədbir beyinə neqativ təsirlər göstərir. Beynimizdə pozitiv və neqativ emosiya mərkəzləri var. İstənilən tələbatımız ödəndikdə pozitiv emosiya mərkəzi, uğursuzluğa düçar olduqda isə neqativ emosiya mərkəzi oyanır. Adətən gündəlik həyatda bu 2 mərkəzin tonusu bərabər olur. Hansısa səbəbdən pozitiv emosiya mərkəzi həddindən çox oyandıqda, məsələn sevinəndə, insan eyforiya vəziyyətində olur. Yəni, insan özünü həddindən çox xoşbəxt hiss edir, sevinc dolu anlar yaşayır, hər kəsə yaxşılıq etmək istəyir, mərhəmətli və qayğıkeş olur. Əgər neqativ emosiya mərkəzinin tonusu yüksələrsə, insan depressiyaya düşür, qəzəbli və aqressiv olur, ətrafdakılara qarşı sərt, kəskin mövqe sərgiləyir. Tarix boyu alimlər - Hoffman, Kastenada, Şulqin və s. pozitiv emosiya mərkəzinin tonusunu yüksəltmək, başqa sözlə, insanları xoşbəxt etmək üçün müxtəlif kimyəvi maddələr əldə etməyə çalışıblar. Lakin təəssüf ki, alınan bütün bu maddələr narkotikdir və bu yolla insanları xoşbəxt etmək mümkün deyil.

Cəmiyyətdə neqativ emosiya çoxalarsa, bu zaman cinayətkarlıq artır, insanlar bir-birlərinə aqressiv münasibət göstərir, daha qəddar davranış sərgiləyir, digər somatik xəstəliklər də daha bədxassəli gedişə malik olur. Bunu tənzimləmək üçün hələ qədimdən insanlara pozitiv emosiya verən, onları əyləndirən kütləvi tədbirlər - olimpiada oyunları, teatr, konsert, müxtəlif adlar altında bayramlar təşkil olunurdu. Bayram günlərində davranışlarınıza fikir verin. Hər kəsə kömək etmək istəyir, daha mərhəmətli olur, hətta sizi incitdiyinə görə küsdüyünüz adamla belə barışmağa hazırsınız. Düşünürəm ki, indiki dövrdə insanlara az da olsa pozitiv emosiya alması üçün şərait yaratmaq lazımdır. İnsanların bu gün pozitiv emosiya almağa çox ehtiyacı var. Pandemiyanın ilkin mərhələsində bəzi iş yerləri müəyyən müddət dayandı və təbii ki, bu məhdudlaşdırıcı tədbirlər vacib olsa da, psixologiyamıza neqativ təsirini göstərdi. Xüsusən də yaxınlarını koronavirusdan itirən insanların həyatında dərin izlər qoydu. Nəticədə cəmiyyətdə neqativ düşüncə tərzi, bəzi adamlarda depressiya əmələ gəldi, panik atak, həyəcan-təşviş pozuntusu artdı. Hətta xəstələnmədiyi halda tez-tez özünü yoxladanların, müəyyən xəstəliklərdən şübhələnənlərin sayı artdı. Adi qrip əlamətləri belə insanlarda qorxu hissinin yaranmasına səbəb oldu. Sözsüz ki, karantin tədbirləri ölümün sayının azaldılmasına xeyli töhfə verdi.

Artıq əhalinin əksəriyyəti vaksinasiya olunub və yaxud bu virusa yoluxanların orqanizmində müəyyən bir immunitet formalaşıb. Son vaxtlarda yayılan "omikron" virusunda ağırlaşmaların sayının az olması, xəstəliyin əvvəlki ştamlara nisbətən daha yüngül keçməsi onu göstərir ki, sərt tədbirlərə qayıtmağa ehtiyac yoxdur. Virus getdikcə yumşalıb mövsümi qriplər törədən viruslar səviyyəsinə düşməkdədir. Yavaş-yavaş pandemiyadan əvvəlki həyat tərzinə doğru gedirik. Düşünürəm ki, mart ayından sonra bütün məhdudiyyətlər aradan götürüləcək və biz yenə əvvəlki iş rejiminə qayıdacağıq. İnsanlar arasında bu barədə təbliğat aparmaq lazımdır.

- Koronavirusa yoluxduqdan sonra bir çox insanın başı ağrıyır, qripdə olduğu kimi, qoxu və dadbilmə hissi yox olur. Sinir sistemində hansı şəkildə iz buraxır?

- Koronavirusun qızdırma, iybilmə və dadbilmənin itməsi kimi simptomları var, lakin onun psixoloji təsiri daha güclüdür. Xüsusilə yaxınlarını itirənlər üçün olduqca depressiv vəziyyətdir. Koronavirus ətrafında yaranan hay-küyün KİV-də təbliğ olunması insanlarda vahimə hissini artırır. İnsanlar osteoxondroz, infarkt, insult və s. kimi digər somatik xəstəlikləri bəzən koronavirusla əlaqələndirməyə başlayıblar. Düşünürəm "iblis" təsəvvür edildiyi qədər də vahiməli deyil. Artıq bu xəstəliklə bağlı KİV tərəfindən müsbət mesajların ötürülməsinin vaxtı çatıb. Çünki həqiqətən bəzi insanlar daim həyəcan, qorxu içində yaşayır.

- Miqren ağrısının qidalanma ilə əlaqəsi varmı? Sağlam qidalanma ilə bu ağrıdan xilas olmaq mümkündürmü?

- Miqren - başın bir hissəsini əhatə edən güclü və əzabverici epizodik və ya daimi ağrılarla müşayiət olunan, periodik olaraq narahatçılıq yaradan bir xəstəlikdir. Miqren zamanı ağrılar əsəsən başın bir yarısında olur və ürəkbulanma, qusma, işıqdan qorxma, küyə qarşı dözümsüzlük kimi əlamətlərlə özünü göstərir. Bu xəstəlik əsasən qadınlarda geniş yayılıb. Miqrendən əziyyət çəkənlər baş ağrılarının səbəbini müxtəlif faktorla əlaqələndirirlər. Potensial miqren törədən səbəblər bunlardır:

İsti hava: Havanın temperaturu artdıqca miqren və ya qüvvətli baş ağrısı riski də artır. Son zamanlarda aparılan araşdırmaya görə, hər 3,5 dərəcə artımda baş ağrısının 7,5% nisbətində artdığı müşahidə edilib. Ümumiyyətlə, yağış əvvəli görülən aşağı hava təzyiqi miqrenə bağlı olmayan baş ağrılarını tətikləyir.

Güclü qoxular: Nə qədər gözəl olursa-olsun, qüvvətli qoxular və ətirlər çox adamda baş ağrısını tətikləyir. Baş ağrısına səbəb olan ən diqqətəçarpan qoxular boya qoxusu, toz, ətirlər və bəzi növ çiçəklərdir.

Saç hörükləri: Saçınızı necə yığdığınız başınızın ağrımasıyla əlaqədar ola bilər. Çox möhkəm toplandığında saç dibləri ağrıyar və bu ağrı baş ağrısı olaraq geri dönə bilər. Saç bantları, dar şapkalar, saçınızı çox sıxan hörüklər baş ağrısına səbəb olar və saçınızı boşaltdığınızda rahatlama hiss edərsiniz.

Məşq: Çox yorucu məşqlər baş ağrısına səbəb ola bilər. Bədənin çox yorulması nəticəsində baş, boyun və saç dərisində olan damarlar şişər və təzyiq meydana gətirər. Bu tərz baş ağrıları ən sıx miqrenə meyli olan kəslərdə görülər.

Narahat oturuş: Ofisdə bütün gün oturuşunuza diqqət yetirmək olduqca əhəmiyyətlidir. Narahat kürsülərdə oturmaq əzələlərin balanssız dayanmasına səbəb olduğundan boyundakı əzələlər tutular və ardından baş ağrısı görülə bilər. Kompüter ekranının lazım olandan alçaq və ya yuxarıda olması baş ağrısına təsir edən faktorlar arasındadır.

Allergiyalar və allergik reaksiyalar: Böyük şəhərlərdə parlaq işıqlar, uca səslər, fiziki və ya emosional gərginlik, yuxu pozğunluğu, siqaret çəkmək, alkoqol miqren ağrılarını tətikləyən faktorlardır. Deməli, allergiya yaradan qidalar, kəskin ədviyyatlı təamlar bu ağrıların baş verməsinə səbəb ola bilər.

Son zamanlar miqrenin müalicəsi istiqamətində xeyli yeniliklər əldə edilib və bu gün cəsarətlə demək olar ki, bu xəstəliyin müalicəsi mümkündür.

- Son 10 ildə nevrologiyada hansı yeni müalicə üsulları ortaya çıxıb?

- Tək nevrologiyada deyil, ümumiyyətlə, elm-texnika sahəsində çox böyük dəyişikliklər baş verir. Elm dayanmadan inkişaf edir, bəzi dərmanların effektinin olmadığı məlum olur, eyni zamanda daha yeni müalicə metodları çıxır. Nevrologiyada da böyük addımlar atılıb. Bu gün xüsusi biotexnoloji sahə - "toxuma mühəndisliyi" inkişaf etməkdədir ki, onun vasitəsilə kök hüceyrələrdən nəinki neyron, hətta orqan yetişdirirlər. Bu, yeni yaranan və çox maraqlı elmi sahədir. Onurğa beyni qırılan və əbədi olaraq əlil arabasına məhkum olan adamların kök hüceyrələrinin köçürülməsi ilə həmin sinir əlaqələrinin bərpa olunması istiqamətində çox ciddi addımlar var.

Xəstələrin müalicəsində əvvəllər çoxlu vitaminlər və dərmanlar istifadə edilirdi. Artıq məlum olub ki, bu xəstələrdə bu dərmanların heç bir effektivliyi yoxdur, daha az, amma keyfiyyətli dərmanlarla müalicəyə üstünlük verilir. Əvvəllər Parkinson xəstələrinin müalicəsində sonrakı mərhələdə nə qədər yüksək dozada dərman versək də, əsmə aradan götürülmürdü. Bu gün bunun cərrahi müdaxilə yolu ilə həmişəlik müalicəsi var. Depressiyaların, panik atakların müalicəsində hər gün yeni-yeni preparatlar kəşf olunur, daha az əks təsirləri olan, daha yüksək keyfiyyətə malik olan dərmanlar üzə çıxır. Elm daima inkişaf edir, özü-özündən qidalanaraq təkmilləşir.

- Kürək və onurğa nahiyələrində ağrılar yaşlanma prosesini sürətləndirirmi?

- Ümumiyyətlə, yaşlanma fizioloji prosesdir və illər ötdükcə təbii ki, orqanizmdə geridönməz proseslər gedir. Siz deyən ağrılar yaşlanma prosesini sürətləndirə bilməz. Amma keçirdiyimiz stress, psixoloji gərginlik bu prosesi sürətləndirir. Xoşbəxt həyat yaşayan, gülərüz insanlar təbii ki, hər zaman öz təravətlərini qoruyub saxlayırlar. Gənc qalmağın sirri məhz ətrafındakı hər kəsə sevgi ilə yanaşmaq, insanları anlamağa çalışmaq, mümkün qədər konfliktlərdən uzaq qaçmaqdır. Deyirlər ki:

Sevən doxsanında hələ cavandır,

Sevməyən qocadır otuzunda da.

Ona görə sizə də, oxucularımıza da sevgi dolu bir həyat arzulayıram. Sevin, mənim əzizlərim. Valideynləri, dostları, qohumları, iş yoldaşlarınızı, ümumiyyətlə, sizi əhatə edən hər kəsi. Qocalmanı sürətləndirən isə bunlardır: kin, paxıllıq, qısqanclıq, qəzəb, nifrət.

- Bel ağrıları hansı ciddi xəstəliklərin əlamətidir və bunun qarşısını almaq üçün nədən başlamalıyıq?

- Həyatında nə zamansa beli ağrımayan demək olar ki, yoxdur. Bu hal təəccüblü deyil – müasir insan çox az hərəkət edir, vaxtının əsas hissəsini ən zərərli vəziyyətdə - kompüter qarşısında və ya yazı masası arxasında oturaraq keçirir. Təəssüflə qeyd edirəm ki, bu xəstələr tibbi yardım üçün çox gec müraciət edirlər – xəstəlik o qədər inkişaf edir ki, hətta cərrahi əməliyyat tələb olunur. Bəli, insanların çoxu osteoxondrozu təhlükəsiz xəstəlik hesab edir, lakin bu, heç də elə deyil. Vaxtında və düzgün müalicə tədbirləri görülmədikdə osteoxondroz ciddi narahatlıq, ağrılar və hətta əlilliklə nəticələnə bilər.

Osteoxondrozun əsas risk amilləri (əmələ gəlmə səbəbləri) aşağıdakılardır:

İrsiyyət.
Fəqərə sütununda yaşla bağlı dəyişikliklər.
Fiziki fəallığın azlığı.
Həddən artıq fiziki gərginlik.
Uzun müddət oturaq vəziyyətdə və ya ayaq üstə qalmaq (məsələn, idarə və ofis işçilərinin, satıcıların əmək şəraiti kimi).
Tez-tez soyuqlamalar, soyuq və rütubətli otaqlarda qalmaq və ya işləmək.
Bu səbəblərin biri və ya bir neçəsinin birgə təsirindən disk öz elastikliyini itirir, sərtləşir, qalınlığı azalır. Fəqərələr bir-birinə yaxınlaşır, arxa oynaqlara düşən güc artır, beldə ağrılar başlayır.

Osteoxondrozun profilaktikasını uşaqlıqdan başlamaq lazımdır.

Profilaktikanın ən vacib amillərindən biri düzgün qamətdir. Buna ciddi diqqət verməli, onurğanı düz tutmalı, çiyinləri irəliyə doğru bükməməli, əksinə, arxaya doğru açmalıyıq.
Mütəmadi fiziki aktivlik də vacib müsbət amillərdəndir. Lakin ifrat dərəcədə fiziki gərginlik, ağır məşqlər, o cümlədən əzələ kütləsinin artırılmasına yönəlmiş bir sıra çalışmalar fəqərə sütunu üçün olduqca ziyandır.
Onurğa sütunu üçün ən xeyirli fiziki hərəkət turnikdə sallanmaqdır. Bunu hər gün etmək lazımdır.
Ağır yükləri qaldırmaq və daşımaq da fəqərə sütununa mənfi təsir göstərir. Əgər hər hansı ağır əşyanı qaldırmalı olsanız belə, onu yerdən əyilərək qaldırmayın! Dizlərinizi bükərək "sallağı" oturun və belinizi düz tutaraq ağır əşyanı qaldırın. Belə halda fəqərə sütunu daha az yüklənir.
Ev işləri görərkən qadınlar mümkün qədər az əyilməlidirlər.
Özünüzü soyuqlamadan qoruyun.
Orqanizmin susuzlaşmasına yol verməyin. Fəqərəarası disklərin sağlamlığı üçün maye olduqca vacibdir.
Yazı stolu arxasında və ya kompüterdə işləyirsinizsə, hər 30-45 dəqiqədən bir qalxaraq yüngül çalışmalar edin – gəzişin, bədənin açılışması üçün hərəkətlər edin.
Xəstəliyin qarşısını almaq onun müalicəsindən çox asandır, həm də ucuzdur. Beli ağrıyanlar unutmamalıdır ki, çatlayan qab təkrar zərbə alarsa, tez sınar. Ona görə də osteoxondrozun ilk əlamətləri baş verdikdə dərhal həkimə müraciət edin.


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 2019   Tarix: 06 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

COVID-19-un beynimizə uzunmüddətli təsiri

COVID-19 keçirən insanlar onun mənfi nəticələrini illərlə hiss edə bilərlər. xarici mediaya istinadla bildirir ki, Liverpul Universiteti, London Kral Kolleci və Kembric Universitetinin alimləri müəyyən ediblər ki, COVID-19 insan beyninə uzunmüddətli mənfi təsir göstərir. Araşdırmaya görə, ağır formad

30.11.2025 297
.

Hər gün zeytun yağı içdi, başına elə şeylər gəldi ki...

Son vaxtlar sosial şəbəkələrdə gündəlik zeytun yağı içmək trendi geniş yayılıb. xarici mediaya istinadla xəbər verir ki, dietoloq Loren Manaker bu vərdişin sağlamlığa real təsirini görmək üçün bir həftə boyunca hər gün zeytun yağı qəbul etməyi sınaqdan keçirib. Manaker zeytun yağının sağlam yağlar v

22.11.2025 488
.

Həkimlər panikada: "COVID"ə bənzər yeni virus

Avropa İttifaqı ölkələrində yeni, ölümcül qrip virusuna yoluxma halları qeydə alınıb. Avropa səhiyyə rəsmiləri artıq bir neçə Avropa İttifaqı ölkəsində aşkar edilmiş H3N2 qrip virusunun yeni variantı olan subklad k qrip virusunun sürətlə yayıldığını bildirirlər. Mütəxəssislərin fikrincə, qrip mövsüm

30.11.2025 414
.

Gündə neçə fincan qəhvə təhlükəsizdir? - Həkim xəbərdarlığı

Orqanizmdə kofeinin həddindən artıq toplanması koronar arteriyanın daralmasına və nəticədə miokard infarktına səbəb ola bilər. xəbər verir ki, kofein qısa müddətdə arterial təzyiqi yüksəldir. Bu xüsusilə hipertoniyası və aterosklerozu olan şəxslər üçün təhlükəlidir, çünki onların ürək-damar sistemin

23.11.2025 554
.

COVID keçirmiş insanlarda qan laxtalanır - Həkimdən xəbərdarlıq

COVID-19-dan sonra yaranan mikrotromblar barədə xəbərdar edilib. BİG.AZ xəbər verir ki, rusiyalı həkim Pavel Traxtman bildirib ki, virusun təsiri ilə qan damarlarında yapışqan mikrotromblar əmələ gələ bilər. Bu tromblar kapilyarları tıxayaraq toxumalara oksigen və qida maddələrinin çatdırılmasını çətinləşdirir

05.12.2025 345
.

Çox yeyənlər niyə gec doyur? - Səbəb açıqlandı

Müasir həyat tempi səbəbindən insanlar çox vaxt yeməyi tələsik yeyir. Sürətli yemək vərdişi stress və narahatlığı artıra bilər. xəbər verir ki, rusiyalı nevroloq Marianna Cikiya bildirib ki, bu vərdiş narahatlıq və stress hissini gücləndirir. Həkimin sözlərinə görə bağırsaq və beyin arasında sıx əlaq

06.12.2025 207
.

Qocalmanı sürətləndirən üç gündəlik vərdiş

Qocalmanı hissolunmaz şəkildə sürətləndirən üç gündəlik vərdiş açıqlanıb. bildirir ki, bu barədə "LEVITA" beynəlxalq balet və dartınma studiyaları şəbəkəsinin həmtəsisçisi və məşqçi Kseniya Qufranova " nəşrinə müsahibəsində danışıb. Qufranovanın sözlərinə görə, qocalmanın əsas amili otura

30.11.2025 366
.

Gərginsinizsə bu vitamininiz çatışmır

Vitamin D, B12, B6, maqnezium, sink və omeqa-3 yağ turşuları çatışmazlığını erkən mərhələdə müəyyən etmək çətindir. xəbər verir ki, bunu rusiyalı endokrinoloq, tibb elmləri namizədi Nataliya Tananakina deyib. "Bu qida maddələrinin azlığı adətən gözə çarpan simptomlarla özünü göstərmir". Eksperti

07.12.2025 174
.

Bahalısı da, 2 manatlığı da eyni işi görür, aldanmayın - Həkim

Bahalı diş fırçaları düşündüyünüz qədər fərq yaratmır. xəbər verir ki, bunu hollandiyalı stomatoloq parodontoloq Tima Tomassenin deyib. Alim müxtəlif klinik tədqiqatları müqayisə edərək adi və elektrikli fırçaların təsirini və fırçalama müddətinin dişlərə təsirini araşdırıb. Bu barədə Amsterdam Universitet

06.12.2025 242
.

TOP MP3