Məşhur ulduzların döymələri - Onlar hansı mənanı daşıyır? - FOTOLAR

Məşhur ulduzların döymələri - Onlar hansı mənanı daşıyır? - FOTOLARKimisi həyat yoldaşının gözünü, kimisi bacısının şəklini bədənində gəzdirir! Gəlin futbolçuların maraqlı mənalar daşıyan döymələrinə nəzər salaq. Həmin döymələrin mənalarının nə olduğunu öyrənmək istəyirsiniz?

Qaynarinfo dünya ulduzlarının bəzilərinin bədənindəki döymələrin fotoları və onların mənaları haqqında araşdırmanı təqdim edir.

Antuan Qrizmann

Məşhur ulduzların döymələri - Onlar hansı mənanı daşıyır? - FOTOLAR"Atletiko"nun futbolçusunun əksər döymələri dini məna daşıyır. Onun sağ qolunun yuxarısında İsanın, aşağısında təsbeh, bulud və ulduz şəkilləri var. Qrizmann valideynlərinin adlarının baş hərflərini də döymə kimi daşıyır. Barmağında "Ümid" mənasını verən yazı da var.

Serxio Ramos

Məşhur ulduzların döymələri - Onlar hansı mənanı daşıyır? - FOTOLARTatuaj mövzusunda bəlkə də ən məşhur oyunçulardan biri Serxio Ramosdur. PSJ-nin ulduzunun demək olar ki, bütün bədəni döymələrlə örtülüb. Onun belində, sağ biləyində, qulağında, boynunda, ombasında, baldırında və sağ qolunda ümumilikdə 42 döymə var. Ramos nənəsi üçün "Davud Ulduzu"nun fotosunu bədənnə döymə etdirmişdi. "Altıguşəli ulduz" isə sevgini, müdrikliyi, həyatı, anlayışı və sədaqəti təmsil edir. Onun bacısı Miriam Ramos və qardaşı Rene Ramosu təmsil edən döymələri də var. İspan oyunçunun bədənində canavar, tam ay, şir və ağac şəkilləri, ayağında isə dünya kuboku və Çempionlar Liqasının kubokları da əks olunub.

Neymar

Məşhur ulduzların döymələri - Onlar hansı mənanı daşıyır? - FOTOLARBir çox futbolçu kimi Neymarın da bədəni döymələrlə doludur. Braziliyalı ulduz bacısını o qədər sevir ki, onun şəklini bədənində gəzdirir. İkisi arasında güclü bir bağ var. Onun digər döymələrinin əksəriyyətinin dini mənaları var. "Korintias" sözü ilə "sambaçı", İncildən bir ayəni nəzərdə tutur. Sol əlinin bir barmağında tac və bacısının adı var. Bir qədər yuxarıda isə oğlunun adı yazılıb. Sol biləyində anasına olan sevgisini göstərib.

Dani Alveş

Məşhur ulduzların döymələri - Onlar hansı mənanı daşıyır? - FOTOLAR"Barselona"nın ulduzu bir çox maraqlı döymələri olan futbolçulardandır. Övladlarının adlarını və doğum tarixlərini üzərində daşıyan Dani Alvesin ailəsini çox sevdiyini bilirik. Sağ üst qolunda o, anası, yoxsa həyat yoldaşı olduğu bilinməyən qadın üzünü daşıyır. Boynunda isə Braziliya ilə çempion olduğu "Tokio 2020"nin şəkli var.

Zlatan İbrahimoviç

Məşhur ulduzların döymələri - Onlar hansı mənanı daşıyır? - FOTOLARÖz nəslinin ən yaxşı hücumçularından olan Zlatan İbrahimoviç təkcə oyunu deyil, həm də döymələri ilə diqqət çəkir. Zlatanın bədənində çoxlu müxtəlif rənglərdə və formalarda olan tatular var. Onun da döymələrinin əksəriyyəti dini xarakter daşıyır. Kürəyində şir, İsa, balıq, Budda və quş lələklərindən ibarət böyük döymə yer alıb. Sağ biləyində "Zlatan İbrahimoviç kodu" adlı bir sıra nömrələr həkk olunub. Bu kod ailə üzvlərinin, yəni atası Şefik, mərhum qardaşı Sapko, digər qardaşı Aleksander və övladları Maksimilianla Vincenin doğum tarixlərindən ibarətdir. Zlatan hər iki oğlunun adını ərəb hərfləri ilə döymə etdirib.

Memfis Depay

Məşhur ulduzların döymələri - Onlar hansı mənanı daşıyır? - FOTOLARDepay, kürəyində döymələrin kralı sayıla biləcək böyük bir aslan şəklini daşıyır. Şir güc, cəsarət, müdriklik, qürur, krallıq, ləyaqət və özünə inamı təmsil edir. Memfis həmin döymə ilə bağlı verdiyi müsahibədə belə demişdi: "Arxamdakı aslan məni təmsil edir. Bir aslan ürəyim var. Bu döyməni Mançesterdə etdirmişəm. Çox böyük olduğu üçün onu həkk etdirmək uzun - bəlkə də 24 saat davam etdi. Aslan mənim üçün meşənin kralıdır və çətin olsa da həmişə ayaq üstə durmuşam". Hollandiyalı ulduzun sol ayağında "Xəyal Ovçusu", sol qolunda "Düşüncə", şah damarında "Şemrok yarpağı" və körpücük sümüyündə "Qanadlar"ın təsviri var.

Lionel Messi

Məşhur ulduzların döymələri - Onlar hansı mənanı daşıyır? - FOTOLARLionel Messi oyunu kimi zəhmli döymələri olan bir futbolçudur. Argentinalı ulduzun belində anasının şəkli var. Messi həmişə anasına çox yaxın olub. Sol baldırında 2 noyabr 2012-ci ildə ilk dəfə ata olduqdan sonra həkk etdirdiyi əl zləri döyməsi var. Oğlu Tiaqoya məxsus bu əl izləri Messinin məşhur döymələri arasındadır. Onun sağ qolunda həyat yoldaşının gözü, Lotus çiçəyi, həmçinin İsanın və oğlu Mateonun gözlərinin də döymələri var.

Arturo Vidal

Məşhur ulduzların döymələri - Onlar hansı mənanı daşıyır? - FOTOLAR"İnter"in ulduzu həm tatuajları, həm də oyun tərzi ilə kifayət qədər məşhurdur. Onun ən maraqlı döymələrindən biri də "Heç vaxt təslim olma" yazısıdır. Onun xaç, beşgüşəli ulduz, at və tac döymələri də mövcuddur.

Mauro İkardi

Məşhur ulduzların döymələri - Onlar hansı mənanı daşıyır? - FOTOLARPSJ-nin məşhur ulduzu Mauro İkardi 24 yaşında Vanda Nara ilə ailə qurub. Bu evlilikdən Françeska və İzabella adlı övladları dünyaya gəlib. Argentinalı futbolçu ayağına hər iki övladının adını və fotosunu, həmçinin ögey övladlarının adını döymə etdirib. Onun sinəsində və qarnında nəhəng aslan siması da yer alıb.

Rikardo Quarejma

Məşhur ulduzların döymələri - Onlar hansı mənanı daşıyır? - FOTOLAR"Beşiktaş"ın keçmiş ulduzu, hazırda "Vitoriya"da çıxış edən Kuarejmanın (Gimaraeş) döymələri də kifayət qədər məşhurdur. 2019-cu ildə tatuajlarının sayını 40-a yüksəldiyini deyən portuqaliyalı futbolçu, açıqlamasında ən dəyərlisinin məhz boynundakı döymə olduğunu bildirib. Kuarejmanın ən əziz döyməsinin mənası isə budur: "O, sizi qanadları ilə qoruyacaq, onların altında təhlükəsiz olacaqsınız".

Kriştiano Ronaldo

Məşhur ulduzların döymələri - Onlar hansı mənanı daşıyır? - FOTOLARKriştiano Ronaldo mütəmadi olaraq qan verdiyi üçün bədəninə tatuaj vurmaqdan imtina edib. O, 2011-ci ildə komanda yoldaşının leykemiya ilə mübarizə aparan oğlu üçün sümük iliyi donoru oldu və beləcə hamını başqalarına kömək etməyə çağırdı. Gözəldir, elə deyilmi?


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 2395   Tarix: 07 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.