"Bu cür xanımları qəbul edənlər ya "alfonsdurlar", ya da..." - Kosmetoloq "silikon"dan DANIŞDI

"Bu cür xanımları qəbul edənlər ya "alfonsdurlar", ya da..." - Kosmetoloq "silikon"dan DANIŞDIGözəllik ondur, doqquzu dondur" deyib atalarımız. İllər əvvəl bu deyim geyimə, saç düzümünə, makiyaja aid edilirdisə, indi üzdə və bədənin müxtəlif hissələrində edilən dəyişikliklər kimi qəbul olunur. Qadınlarımızın çoxu gözəlləşmək üçün əldən-ayaqdan gedirlər. Bəli, bu normaldır və lazımdır. Amma elə qadınlarımız var ki, özünə baxmaq, qulluq etmək istəyərkən, özlərini elə bir hala salırlar ki, adamın gülməyi gəlir. Onlar bu görünüşləri ilə məşhur aktrisalara bənzəməyə, onların görkəmini əldə etməyə çalışırlar, nəticə isə rüsvayçılıq olur. Küçəyə çıxmaq belə, çətinləşir, çünki gözəgirən "silikon" hamının diqqətini cəlb edir. Cəmiyyət tərəfindən bu cür xanımlara "bunun yiyəsi yoxdur", "özünü nə günə qoyub", "elə bilir, qəşəngdi" kimi ehyamlı mesajlar verilsə də, günü-gündən belə "gözəllərin" sayı çoxalır.

BiG.AZ xəbər verir ki, həkim-kosmetoloq Elnarə Rzayeva Sonxeber.az-a açıqlamasında xanımlara məsləhətlər verməklə yanaşı, "silikon və botoks"dan düzgün istifadə qaydasından və onun fəsadlarından da danışıb.

O, hesab edir ki, insanın yaşı deyil, necə görsəndiyi əsasdır:

""Silikon" kimi nəzərdə tutduğumuz təbii gel gialuron turşusudur. Təbii gellərdən düzgün və qədərində istifadə etdikdə fəsad törətmir. Təbii geldən istifadə bir növ süngəri suda islatmağa bənzəyir. Həddindən çox istifadə olunduqda insanların üzləri şişmiş olur, xüsusən də səhər oyananda. Gellər sayəsində dəri öz elastikliyini itirir və ilbəil daha çox geldən istifadə etmək lazım olur ki, dəri sallanmasın.

Süni geldən ümumiyyətlə istifadə etmək olmaz. Süni gedən istifadə hər hansı virusdan daha təhlükəlidir. Çünki bu, insanın məhvinə səbəb olur.

50-60 faiz pasiyentə ümumiyyətlə gel vurdurmaq olmaz. Geldən istifadə etməzdən əvvəl müəyyən prosedurlar olmalıdır. Əgər nəticə etibarı ilə həmin insana gel vurmaq zərərli olarsa, həkim "acgözlük" etməyib, bu pasiyenti həmin prosedurdan imtina etdirməlidir.

Botoks alında, qaşlar arasında, ümumiyyətlə üzdə olan mimik qırışlara görə edilir. Əgər botoksdan sonra üzdə mimika itirsə, dartılmış, tərpənməyən sifət olursa, o zaman bu, səhv görülmüş işin göstəricisidir. Ümumiyyətlə, bu prosedurdan sonra insanın üzündə botoks olunduğu hiss olunmamalıdır. Yəni həmin şəxsin mimikası hiss olunmalıdır, qaşı tərpənməlidir, ağlayanda ağlamağı, güləndə gülməyi bilinməlidir.

Təəssüflər olsun ki, hazırda gənc qızları da bu cür prosedurlara asanlıqla cəlb edirlər. Buna razılaşan xanımların psixoloji vəziyyəti yerində deyil, özgüvən problemi olur. Botoksla onların üzündəki məsumiyyəti də yox olur.

Belə əməliyyatlara razılaşan insanlar cəmiyyət üçün də təhlükəlidirlər. Özünə bu qədər "işgəncə" edən insan başqasına nələr etməz?!

İstər dolğu, istər botoks qədərində olmalıdır. Elə etdirmək lazımdır ki, bu, hiss olunmasın. Həddindən artıq dolğu etdirən xanımlar heç də qarşı cinsin nümayəndələri tərəfindən müsbət qarşılanmır. Bu cür xanımları qəbul edən kişilərin çoxu ya elə ailədə o cür xanımların içində böyüyüb, ya da "alfonsdurlar".

Təəssüflər ki, hazırda bəzi "həkim-kosmetoloqlarımız" elə bir haldadırlar ki, pasiyenti düzgün yönləndirə bilmirlər. Odur ki, prosedurları etdirmək üçün düzgün şəxsə müraciət olunmalıdır.

Üzdəki hər hansı bir nahiyə, bədənin müxtəlif hissələri geyim deyil ki, hər il müxtəlif dəbə uyğunlaşsın. İnsan parça deyil ki, hər dəfə kəsib-doğrayıb yeni bir formaya salınsın. Təbiilik, insanın təbii vəziyyəti hər zaman dəbdədir".


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 1817   Tarix: 10 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Baş ağrılarının ƏSL SƏBƏBİ BU İMİŞ - Məşhur həkim AÇIQLADI

Keçmişdə yaşanan xəsarətlər kəskin baş ağrısının ən çox yayılmış səbəbləridir. BİG.AZ -a istinadən xəbər verir ki, bu barədə Osteopat Vladimir Jivotov "Moskva danışır" radiostansiyasına müsahibəsində açıqlayıb. Onun sözlərinə görə, bütün məsələ diaqnozu çətin olan sümüklərin mikro yerdəyişməsidir

31.08.2021 1662
.

Allergiyası olanlar COVID-19-dan müalicə ala bilər?

Koronavirusa yoluxan xəstə ilk olaraq həkim tərəfindən müayinə olunmalı, xəstəliyin ağırlıq dərəcəsi və klinik formaları müəyyən edilməlidir. Ağırlıq dərəcəsinə görə isə yüngül, orta ağır, ağır və çox ağır olaraq bölünür. Burada da hər birinə ayrıca yanaşma olur. Üstəlik də hər bir xəstənin yanaşı xəstəliy

11.09.2021 941
.

Beyin və yaddaş üçün faydalı olan idman

Alimlər üzgüçülük ilə müntəzəm olaraq məşğul olmağın beynin idrak funksiyalarını yaxşılaşdırdığını, eyni zamanda beyində yeni sinir əlaqələrini yaratdığını bildirir. Mardi Hardin-Baylor Universitetinin nevrologiya kafedrasının professoru Cena Metyu qeyd edir ki, belə bir aerob (nisbətən aşağı intensivlikdə

15.08.2021 882
.

Koronavirusun yeni ştammına "Mu" ADI VERİLDİ

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Yunanıstan əlifbasındakı hər sıralamasına uyğun olaraq Dominikan Respublikasında rast gəlinən koronavirusun yeni ştammını (B.1.621) "Mu" adlandırıb. APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. May ayından etibarən Domikanı

02.09.2021 994
.

Saç tökülməsi sizi qorxutmasın! Çarə TAPILDI!!!

Dəmir, zülal və sinkin orqanizdə çatmamazlığı saçların tökülməsiinə səbəb olur. Hamiləlik, tiroid, şəkər, qaraciyər və böyrək xəstəlikləri də saçı tökür. Həddindən artıq diaeta, xərçəng xəstəliklərinin müalicəsində istifadə edilən bəzi dərmanlar da saçları tökər, həmçinin rənglənmədə istifadə edilə

17.09.2021 1439
.

"Dəri problemləri və saç tökülmələri ginekoloji xəstəliklərin əlaməti ola bilər" - VİDEO

"Dəri problemləri və saç tökülmələri bəzən hansısa ginekoloji xəstəliklərin əlaməti ola bilər". xəbər verir ki, bu sözləri mama-ginekoloq Şölə Əkbərova MediaPost TV-də çıxışı zamanı bildirib. Dəri problemlərinin yetkinlik dövrünə təsadüf etdiyini bildirən həkim, yanlış aparılan müalicələri

31.08.2021 1465
.

Həddən artıq arıq olmaqdan bezmisiniz?

Samyun Wan məhsul haqqında. 1 kurs üçün 4 kiloqramdan 8 kiloqrama qədər çəki əldə edəcəksiniz. 100% zəmanətli nəticə. Samyun wan İndoneziyadan 100% orijinal kapsul. İştaha, metabolizmaya və kilo almağa dərhal təsir edir. Əlavə olaraq, bu kapsulaların bir çox faydalı xüsusiyyətləri və istifadə edilməsini

08.09.2021 1767
.

Saç tökülməsi sizi qorxutmasın - ÇARƏ TAPILDI

Saçlarınızın tökülməsi sizi narahat edir? "BLACK SERUM" saç losyonu ilə bunun qarşısını almaq indin daha rahatdır. - Saç tökülməsinin qarşısını alır. - Yeni tüklər əmələ gətirir. - Saçlar daha tez uzanır. - Saçda kəpəyin qarşısını alır. - Saç yağlığını aradan qaldırır. - Saç tökülm

08.09.2021 598
.

"Miasteniya Gravis" xəstələri vaksin vurdura bilər? - AÇIQLAMA

Elə xəstəliklər var ki, tibb elmi səbəblərini 100 illərdir, sonadək müəyyən edə bilmir. XVII əsrdən tibbə bəlli olan Miasteniya ("əzələ zəifliyi" anlamını verir) xəstəliyi də bu siyahıya aiddir. Miasteniya - immunitetin pozulması nəticəsində baş qaldıran klassik autoimmun əsəb-əzələ xəstəliyidir

08.09.2021 863
.