Koronovirusdan sonra iki ay bu problemlər yaşanacaq – İnfeksionistdən AÇIQLAMA
Bəzi hallarda koronavirusdan sağalan şəxslərdə bir sıra problemlərin yarandığı bildirilir.
Bu problemləri içərisində daha çox saç tökülməsi, yaxud yoluxma zamanı və sonrası dəridə müxtəlif səpkilərlə bağlı şikayətlərin olduğu müşahidə edilir.
Bu isə insanlarda problemin daimi olması ilə bağlı narahatlıqlar yaradır.
Maraqlıdır, koronavirusun orqanizmə uzunmüddətli yan təsirləri varmı? Sağaldıqdan sonra, eləcə də xəstəlik müddətində nə kimi problemlər yarana bilər?
Mövzu ilə bağlı danışan infeksionist Nicat Əzimli koronavirusa yoluxduqdan sonra 2 ay ərzində saç tökülməsi ilə bağlı problemlərin yaşana biləcəyini deyib:
"Koronavirusdan sonra saç tökülməsi "telogen effluvium" adlandırılan vəziyyətlə əlaqədardır. Belə ki, bu durum hər hansı şok və ya güclü stress sonrası təxminən 2 aya qədər müddətdə başlayan saç tökülməsi deməkdir. Bunun səbəbi saç köklərinin inkişafdan qalması və zəif olduqları üçün qoparaq tökülməsi ilə əlaqədardır. Bu da koronavirusda təkcə orqanik fəsadların deyil, psixoloji durumun da nə dərəcədə əhəmiyyətli olduğunu, diqqət mərkəzində saxlanılması gərəkdiyini göstərən vəziyyətdir. Xoşbəxtlikdən bu, geri dönən prosesdir. Zamanla baş dərisi və saç kökləri əvvəlki vəziyyətinə qayıdır və saç tökülməsi də dayanmış olur".
İnfeksionist koronavirusa yoluxma zamanı dəri ilə bağlı problemlərin yarana biləcəyini qeyd edib:
"Koronavirusa yoluxma zamanı və ya yoluxmadan sonra baş verən "urticaria" adlandırılan dəri problemləri isə xəstəliyin əvvəlində və ya sağalandan həftələr sonra yaranıb zamanla itib gedən ləkələrdir. Xəstəlik sonrası belə durumlarla rastlaşdıqda həkim dermatoloqa müraciət etmək lazımdır"./Sfera.az
BiG.Az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 1429 Tarix: 19 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşNə pəhriz, nə də idman: Alimlər ömrü uzadan vərdişi açıqladı
Əfsanəvi aktyor Dik Van Dayk 2025-ci ilin sonunda 100 yaşını tamamladıqdan sonra uzunömürlülüyünün əsas sirlərindən birini bölüşüb. Maraqlıdır ki, onun qeyd etdiyi bu amil elmi araşdırmalarla da təsdiqlənib. Qaynarinfo-nun "ScienceAlert" nəşri istinadən məlumatına görə, aktyor bildirib ki
13.07.2026 619 Xərçəng riskini azaltmağın yolları açıqlandı: Rusiyalı akademikdən mühüm tövsiyələr
"Sağlam həyat tərzi prinsiplərinə riayət etmək, zərərli vərdişlərdən uzaq durmaq, mütəmadi fiziki aktivliklə məşğul olmaq və profilaktik müayinələrdən keçmək onkoloji xəstəliklərin yaranma riskini əhəmiyyətli dərəcədə azalda bilər". xəbər verir ki, bunu "RİA Novosti"yə müsahibəsind
26.07.2026 319 Azərbaycanda Daun sindromlu şəxslərin sayı 30 faiz artıb
Azərbaycanda son beş ildə tibb müəssisələrində qeydiyyatda olan Daun sindromlu şəxslərin sayı artıb. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinin 2021-2025-ci illər üzrə açıqladığı statistik göstəricilər göstərir. Məlumata görə, Daun sindromu ilə qeydiyyatda olanların ümumi sayı 2021-ci ildə 85
16.07.2026 564 Günəş hər kəsdə D vitaminini artırmır
Yayda günəş işığının D vitamini çatışmazlığını aradan qaldırdığı düşünülsə də, yeni araşdırma bunun hər kəs üçün doğru olmadığını göstərib. Axşam.az xəbər verir ki, bu barədə "ScienceAlert" məlumat yayıb. Nyukasl Universitetinin alimləri 2024-cü ilin dekabrından 2025-ci ilin avqustuna qədə
01.08.2026 218 Toyuq ətinin yaratdığı ciddi risklər: Alimlərdən yeni araşdırma
Oksford Universitetinin alimləri sənaye üsulu ilə fəaliyyət göstərən quşçuluq fermalarının təhlükəli bakteriyaların yayılması baxımından ciddi risk daşıya biləcəyini bildiriblər. xəbər verir ki, araşdırma zamanı son 45 il ərzində 30 ölkədən toplanmış minlərlə genetik nümunə təhlil edilib. Nəticələr
02.08.2026 237 Vəba hələ də insanların sağlamlığına təsir edir - Təhlükəli xəstəliklərlə əlaqə tapıldı
XIV əsrdə baş vermiş və milyonlarla insanın ölümünə səbəb olmuş Qara ölüm pandemiyası zamanı yaranan genetik dəyişikliklər bu gün də insan orqanizminin təhlükəli infeksiyalara qarşı mübarizəsində mühüm rol oynayır. Lakin alimlər bildirirlər ki, bunun mənfi tərəfi də var. Qaynarinfo xəbər verir ki, genetikləri
27.07.2026 326 İnsan ömrünün son həddi açıqlandı
Bütün xəstəliklərin müalicəsi tapılsa və qocalmanı ləngidən ideal dərman hazırlansa belə, insanların əbədi yaşaması mümkün olmayacaq. "Qafqazinfo"nun məlumatına görə, rusiyalı alimlərin yeni araşdırması göstərir ki, hüceyrələrdə zamanla yığılan təsadüfi DNT mutasiyaları insan ömrü üçün aşılmas
24.07.2026 547 Hovuzdan istifadə zamanı ən çox edilən səhvlər
Yay aylarında hovuzlardan istifadə geniş yayılsa da, gigiyena qaydalarına əməl olunmadıqda müxtəlif infeksiyalara yoluxma riski artır. xəbər verir ki, hovuza girməzdən əvvəl və çıxdıqdan sonra duş qəbul etmək, hovuz kənarında ayaqyalın gəzməmək və şəxsi dəsmal, başmaqdan istifadə etmək vacibdir. Bu
01.08.2026 257 60 yaşdan sonra bu sadə vərdiş əzələ gücünü qorumağa kömək edir
Mütəxəssislərin sözlərinə görə, hər gün pilləkənlə qalxıb-enmək 60 yaşdan sonra əzələ kütləsini və fiziki gücü qorumağa kömək edən ən sadə vərdişlərdən biridir. Qaynarinfo verir ki, bu barədə "radiopogoda.pl" nəşri yazır. Yaş artdıqca orqanizmdə bir sıra təbii dəyişikliklər baş verir. Əvvəllə
28.07.2026 440