İsti havalarda orqanizminizi bunlarla qoruyun
Havaların çox isti keçməsi bir çoxlarının səhhətində problemlər yaradır. Yüksək temperatur metabolizmdə dəyişikliyə səbəb olur. Xroniki xəstəliyi olanlar, uşaqlar və yaşlılar isti havada xüsusi qulluq tələb edir.
İsti hava ürək, sinir xəstəliklərinin artmasına gətirib çıxarır. İsti havada bədən temperaturu artır. Bu da beyində problem yarada bilər.
İsti havada ən çox 65 yaşdan yuxarı şəxslər, 4 yaşından kiçik uşaqlar, hamilələr, açıq havada çalışanlar, şəkər, ürək-damar, beyin xəstəlikləri olanlar, daim dərman içənlər əziyyət çəkir.
Bunun üçün isti havada bunlara diqqət edin:
Saat 10:00-dan 16:00-a kimi məcbur olmadıqca küçəyə çıxmayın. Çox hərəkət etməyin. Əgər küçəyə çıxırsınızsa, açıq rəngli, yüngül, qalın olmayan geyimdən istifadə edin, eynək taxmalı və şlyapa taxmalısınız. Həmin saatlarda dənizə girmək və günəş vannası qəbul etmək olmaz. Günəşdən qoruyucu krem çəkin. İdman etmək istəsəniz, axşam və səhər saatlarını seçin. İdman edirsinizsə, həmin ərəfədə 2-4 stəkan su için.
Uşaqlar qapalı yerdə oynamalıdır. Gün vuran pəncərələrin pərdəsi bağlı saxlanılmalıdır. Uşaqları səhər və axşam çimizdirin. Üz, sinə və ayaqlar soyuq su ilə yuyulmalıdır.
Sussuzluq hissi olmasa da, gündə ən az 2-2,5 litr su içməlisiniz. Səhər yeməyində az yağlı pendir, zeytun və təzə tərəvəzlər yeyin. Kofe əvəzinə süd, bitki çayları için.
Gün ərzində qızartmalardan uzaq olun. Yeməklərdə bitki yağından istifadə edin. Çox meyvə və tərəvəz yeyilməlidir. Qazlı sular, qəhvə əvəzinə, meyvə suyu, ayran içməniz məsləhətdir. Çalışın çox buzlu sudan istifadə etməyin.
Tərkibində kofein, spirt və şəkər olan içkilər bədəndən mayenin azalmasına gətirib çıxarır.(axşam.az)
BiG.Az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 1261 Tarix: 15 avqust 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTəzyiqi aşağı salan 5 əsas qida - Açıqlandı
Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. "Qafqazinfo" xəbər verilir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağı salan 5 əsas qidanın adı açıqlanıb:. "Üzüm, qaragilə, qırmızı soğan, böyürtkə
15.09.2026 380 İnfarkt zamanı nə etməli? - Professor vacib məqamları açıqladı
Ürək-damar xəstəlikləri uzun illərdir dünya üzrə ölüm səbəbləri arasında 13 faizlə ilk sırada yer alır. Ümumdünya Səhiyyə Təşkilatının son məlumatlarına görə, hər il 9 milyon insan işemik ürək xəstəlikləri səbəbilə həyatını itirir və bu göstərici gündən-günə artır. Qaynarinfo xəbər verir ki, ürək v
02.09.2026 457 Zülalı günün hansı vaxtında qəbul etmək daha faydalıdır: Səhər, yoxsa axşam?
Pəhrizinə və bədən quruluşuna nəzarət edən insanlar axşam yeməyinin mütləq zülallı olmalı olduğunu düşünürlər. Bəzi fitnes məşqçiləri və diyetoloqlar da bu fikri dəstəkləyirlər. Lakin bu yanaşma heç də həmişə doğru deyil. Qaynarinfo xəbər verir ki, mütəxəssislər zülalın nə vaxt daha yaxşı mənimsənildiyin
04.09.2026 311 Həkimlər qadınlara xəbərdarlıq etdilər: 30 yaşdan sonra...
30-40 yaşlı qadınlarda ovarial rezerv (yumurtalıq ehtiyatı) və süd vəzilərinin sağlamlığı yoxlanmalı, eləcə də onlar uşaqlıq boynu xərçənginə görə müayinədən keçməlidirlər. -ın xəbərinə görə, bu barədə rusiyalı həkimlər "Birinci kanal"da yayımlanan "Yaşamaq gözəldir!" adlı verilişd
06.09.2026 298 Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün
Təbiət qoynunda pikniklər və ya eyvanda yemək zamanı tez-tez milçəklərlə qarşılaşırıq. Boşqabı qısa müddətə nəzarətsiz qoymaq kifayətdir ki, həşəratlar dərhal onun üzərinə qonsun. BİG.AZ -a istinadən xəbər verir ki, rusiyalı həkim-infeksionist Yelizaveta Polomoşnova -ya bu təhlükənin nə dərəcədə cidd
20.09.2026 287 Saç tökülməsinə qarşı faydalı çərəz məlum oldu
"Zülal baxımından ən zəngin çərəz yerfındığıdır". Ölkə.az "Good Hauskeeping"ə istinadla xəbər verir ki, bu barədə diyetoloq Anita Mirçandani danışıb. Mütəxəssisin sözlərinə görə, botanika baxımından yerfındığı çərəz deyil, paxlalılar fəsiləsinə aid olsa da, tez-tez çərəz qarışıqların
03.09.2026 404 Dişləri sərt fırçalamaq olar? - Mütəxəssislər xəbərdarlıq edir
Dişlərin daha yaxşı təmizlənməsi üçün onları sərt şəkildə fırçalamağın düzgün olduğu düşünülür. Lakin həddindən artıq təzyiq diş və diş ətinə zərər verə bilər. xəbər verir ki, sərt fırçalama diş minasının aşınmasına, diş ətinin qıcıqlanmasına və zamanla diş köklərinin açılmasına səbəb ola bilər. Bu is
06.09.2026 301 Dərman əvəzinə gülüş: Alimlər ağciyərlərə kömək üçün qeyri-adi üsul təklif etdi
Müalicə planına gülüş terapiyasının əlavə edilməsi geniş yayılmış ağciyər xəstəliyindən əziyyət çəkən pasiyentlərdə nəfəsalma problemlərini yüngülləşdirməyə kömək edə bilər. Qaynarinfo-nun məlumatına görə, "The Independent" yeni araşdırmanın nəticələrinə istinadən xəbər verir ki, alimlər b
08.09.2026 315 Ürək üçün faydalı olan 6 dəniz məhsulu
Ürək sağlamlığından narahat olan şəxslər qida rasionuna bəzi dəniz məhsullarını əlavə edə bilərlər. Dəniz məhsulları omeqa-3 yağ turşuları ilə zəngindir. Lakin bəzi növlər ürək sağlamlığı baxımından digərlərindən daha faydalı hesab olunur. Qaynarinfo xəbər verir ki, "Verywell Health" kardioloql
14.09.2026 477