Musiqi təkcə ruhun qidası deyilmiş... - Yeni tədqiqat
Musiqi dinləmək boş vaxtı dəyərləndirməyin ən gözəl yollarından biri hesab olunsa da, əslində beynin sağlamlığını qoruyan xüsusiyyətləri də özündə ehtiva edir.
Qaynarinfo xəbər verir ki, Monaş Universitetinin apardığı tədqiqat da bu fikri təsdiqləyir.
Musiqi dinləmək bir çox insan üçün dünyanın səs-küyündən uzaqlaşma üsuludur. Notaların sehrinə qapılaraq saatlarla musiqi dinləmək və ya musiqi aləti çalmaq sağlamlığınızı qorumağa kömək edir. Monash Universitetinin apardığı tədqiqat göstərib ki, musiqi dinləyənlər müəyyən xəstəliklərə daha az meyllidirlər.
Alimlər açıqlayıblar ki, musiqi dinləmək demansiya riskini 39% azaldır.
Monaş Universitetinin yeni araşdırmasına görə, 70 yaş və üzərində olan şəxslərin müntəzəm olaraq musiqi dinləməsi və ya alət çalması demansiya və yaddaşın zəifləmə riskini əhəmiyyətli dərəcədə azaldır.
Tədqiqatda hər zaman musiqi dinləyənlərin demansa tutulma riskinin 39%, musiqi aləti çalanlarda isə bu göstəricinin 35% olduğu müəyyən edilib.
Araşdırma 10 min 800-dən çox yaşlı iştirakçının məlumatlarını əhatə edən ASPREE (ASPirin in Reducing Events in the Elderly) və ASPREE Longitudinal Study of Older Persons (ALSOP) alt-tədqiqatı çərçivəsində həyata keçirilib.
Nəticələr göstərir ki, musiqi dinləməyi vərdiş halına gətirən şəxslərdə yalnız demans riski deyil, ümumi yaddaş pozulma nisbəti də 17% daha aşağıdır.
Həm dinləmə, həm də çalma fəaliyyətlərini davamlı edənlərdə demans riski 33%, yaddaş pozulması riski isə 22% azalıb.
Tədqiqatı həyata keçirən Emma Caffa bildirib ki, nəticələr "musiqi fəaliyyətlərinin yaşlı şəxslərdə yaddaşı qorumaq üçün əlçatan bir strategiya ola biləcəyini" göstərir, lakin səbəb-nəticə əlaqəsini sübut etmək üçün daha çox araşdırma tələb olunur.
Tədqiqatın müəllifi Professor Coanne Ryan isə demansın qarşısını tamamilə alan müalicənin olmadığını və xəstəliyin başlanmasını önləyəcək və ya gecikdirəcək üsulları müəyyən etməyin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Ryan bildirib ki, beynin yaşlanması yalnız yaş və genetikaya bağlı deyil, eyni zamanda ətraf mühit və həyat tərzi faktorlarından da təsirlənir. Nəticələr göstərir ki, musiqi dinləmək və ya çalmaq kimi həyat tərzi əsaslı fəaliyyətlər bilişsel sağlamlığı dəstəkləyə bilər.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşÜzdəki ləkələr infarkt və insult riskindən xəbər verə bilər
Göz ətrafında yaranan sarımtıl və şişkin ləkələr ürək-damar xəstəlikləri riskinin erkən göstəricisi ola bilər. xəbər verir ki, "Atherosclerosis" jurnalında dərc olunan araşdırmada bu əlamətin ksantelazma adlandığı və infarkt, insult, eləcə də keçici işemik tutma riski ilə əlaqəli olduğu müəyyənləşdirilib
08.09.2026 436 Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün
Təbiət qoynunda pikniklər və ya eyvanda yemək zamanı tez-tez milçəklərlə qarşılaşırıq. Boşqabı qısa müddətə nəzarətsiz qoymaq kifayətdir ki, həşəratlar dərhal onun üzərinə qonsun. BİG.AZ -a istinadən xəbər verir ki, rusiyalı həkim-infeksionist Yelizaveta Polomoşnova -ya bu təhlükənin nə dərəcədə cidd
20.09.2026 305 Yüksək təzyiqə qarşı ən effektiv pəhriz - Açıqlandı
Düzgün qidalanma hipertoniyanın (yüksək təzyiq) müalicəsində və qarşısının alınmasında həlledici rol oynayır. "Qafqazinfo" xəbər verir ki, bu barədə kardioloq Xose Abelyan açıqlamasında bildirib. Mütəxəssis hipertoniyadan əziyyət çəkənlər üçün ən effektiv qidalanma modelinin xüsusi olaraq b
04.09.2026 352 Peyvəndlər və antibiotiklərlə bağlı: Hansı hallarda zəruridir? - VİDEO
"Baku Med" verilişinin yeni buraxılışında uşaq sağlamlığı barədə müzakirə aparılıb. Peyvəndlər uşaqlar üçün niyə vacibdir?. Valideynlər niyə peyvəndlərdən imtina edir?. Antibiotiklər hansı hallarda zəruridir?. Uşaqlara sağlam qidalanma necə aşılanmalıdır?. Uşaqları mövsümi viruslardan nec
05.09.2026 291 Bir çox xəstəliyi müalicə edən MASAJ
Masaj xidməti bir çox xəstəlikləri sağaldır, masaj zamanı Təbii yağlardan istifadə olunur, sizin bədənizdə olan oynaq ağrıları, bel ağrıları, baş ağrılarını vaxtında götürür. Dünyada edilən masajların 90 %-i tibbi masajdır. Avropada və Şərqdə həkimlər masajı resept olaraq yazırlar. Masaj inteqtaiv bi
14.09.2026 268 Alimlər qocalmanı yavaşladan ideal yuxu müddətini açıqladı - 8 saat deyil
Daim eşidirik ki, hər gün səkkiz saat yatmaq lazımdır. Lakin yeni və genişmiqyaslı araşdırma bu rəqəmin bir qədər şişirdildiyini, səkkiz saatdan çox yatmağın isə əks təsir göstərə biləcəyini ortaya qoyub. Qaynarinfo xəbər verir ki, bu barədə "MoneyTalksNews" yazır. "Nature" jurnalınd
14.09.2026 422 Bu insanların ömrü daha qısa olur - Alimlər səbəbini AÇIQLADI
Aparılan yeni araşdırma ağır psixi pozuntulardan əziyyət çəkən insanların orta ömür uzunluğu ilə bağlı diqqətçəkən nəticələri ortaya çıxarıb. xəbər verir ki, avstraliyalı alimlərin araşdırmasına görə, ağır psixi pozuntuları olan insanlar digər əhali qrupları ilə müqayisədə orta hesabla 10 il daha a
22.09.2026 309 Sarıkökdən çox istifadə edin
Sarıkök son illərdə sağlam qidalanma siyahılarının ayrılmaz hissəsinə çevrilib. Axşam.az xəbər verir ki, bu ədviyyat güclü antioksidant təsirə malikdir və mütəxəssislərin fikrincə, bir çox xəstəliklərə qarşı qoruyucu rol oynayır. Sarıkökdən niyə istifadə edilməli?. İltihabı azaldır. Artrit və oynaq ağrıların
12.09.2026 449 Zülalı günün hansı vaxtında qəbul etmək daha faydalıdır: Səhər, yoxsa axşam?
Pəhrizinə və bədən quruluşuna nəzarət edən insanlar axşam yeməyinin mütləq zülallı olmalı olduğunu düşünürlər. Bəzi fitnes məşqçiləri və diyetoloqlar da bu fikri dəstəkləyirlər. Lakin bu yanaşma heç də həmişə doğru deyil. Qaynarinfo xəbər verir ki, mütəxəssislər zülalın nə vaxt daha yaxşı mənimsənildiyin
04.09.2026 318