Bakıda kafedə partlayış - Xəsarət alanlar var-Video

Bakıda kafedə partlayış - Xəsarət alanlar var-VideoPaytaxtın Binəqədi rayonunda obyektlərdən birində partlayış baş verib.

BiG.AZ xəbər verir ki, bu barədə Baku.ws məlumat yayıb.

Qeyd edilib ki, hadisə rayonun 6-cı mikrorayon ərazisində yaşanıb. Partlayış güclü yanğınla müşayiət olunmayıb.

Hadisə şahidlərinin bildirdiklərinə görə, partlayış zamanı xəsarət alanlar var.

Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, əraziyə qurumun müvafiq əməkdaşları cəlb edilib.

***

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, S.Məmmədova küçəsində obyektdə partlayış baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı ümumi sahəsi 40kv.m. olan kafe kimi fəaliyyət göstərən obyektdə, ilkin ehtimala görə, qaz borusunda ani alışma nəticəsində partlayışın baş verdiyi müəyyən olunub.

Hadisə nəticəsində kafeyə ziyan dəyib, kafenin 3 nəfər işçisi xəsarət alıb.

FHN əməkdaşları tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Faktla əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 844   Tarix: 05 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İran indi Qətərdəki ABŞ hədəflərinə də hücum etdiyini bildirir

İran hücum siyahısına Qətəri də əlavə edib. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, İran dövlət televiziyası Qətərdə ordu qüvvələrinin peyk antenasına dron hücumları təşkil etdiyini bildirib. Hesabatda Küveyt və Bəhreyndə konkret hədəflər də ətraflı şəkildə izah edilib. Bildirilib ki, zərbələr Küveytdək

11:26 230
.

Bakıda kişi keçmiş arvadını küçədə güllələdi -Yenilənib

Bakıda silahlı insident baş verib. "Qafqazinfo" "Unikal"a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu, Mir Cəlal küçəsində qeydə alınıb. Belə ki, kişi ov tüfəngi ilə keçmiş arvadını güllələyərək qətlə yetirib. Daha sonra isə özünə silahla atəş açıb. O, xəstəxanaya yerləşdirilib

19:02 17
.

Marsda yadplanetli silahı tapıldığı iddia edildi

Mars tədqiqatçısı Skott Uorinq Qırmızı Planetdə çəkilmiş fotolardan birində yadplanetlilərə məxsus olduğunu iddia etdiyi silah aşkar etdiyini bildirib. xəbər verir ki, bu barədə Daily Star qəzeti məlumat yayıb. Məlumata görə, Uorinq 2014-cü ildə Opportunity roveri tərəfindən çəkilmiş fotoya diqqət çəkib

11:17 247
.

Bəhreyn ordusu bir neçə İran hücumunun qarşısını aldığını bildirib

Bəhreyn ordusunun verdiyi məlumata görə, ölkənin hava hücumundan müdafiə qüvvələri cümə axşamı İranın bir neçə hava hücumunu ələ keçirib və məhv edib. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, Bəhreyn Müdafiə Qüvvələri X-də bildirib ki, "mülki şəxsləri və şəxsi mülkləri hədəf almaq üçün raket və dronlarda

11:02 200
.

Mərhum Əməkdar artistin qızı doğmalarından gileyləndi

Əməkdar artist, mərhum aktyor Həsən Əblucun qızı Elnaz Əbluc yaxınları və doğmalarından gileylənib. Qaynarinfo xəbər verir ki, rejissor anasının vəfatından sonra doğmalarının onu tək qoyduğunu bildirib:. "Əvvəllər vəfat edən şəxsin yaxınlarını bir gün belə tək qoymazdılar. Qonşular evdən çıxmazdı

17:46 151
.

Qidalanan, böyüyən, bölünən hüceyrə hazırladılar

Minnesota Universitetinin alimləri qeyri-canlı kimyəvi komponentlərdən qidalana, böyüyə və bölünə bilən sintetik hüceyrə hazırlayıblar. -ın xarici mediaya istinadən xəbərinə görə, tədqiqatçılar bunun canlı hüceyrələrin əsas xüsusiyyətlərini nümayiş etdirən ilk sintetik sistem olduğunu bildirirlər. SpudCel

19:15 2
.

NATO 2026-cı ildə Ukraynaya 70 milyard avro ayıracağını bəyan edib

NATO bu il Ukraynaya 70 milyard avro ayıracaq. APA-nın Ankaraya ezam olunmuş müxbiri xəbər verir ki, bu barədə NATO-nun 36-cı Sammitinin yekunlarına dair "Ankara Bəyannaməsi"ndə qeyd olunub. NATO liderləri Ukraynaya dəstəyin davam etdiriləcəyini vurğulayaraq, 2026-cı ildə hərbi texnika, yardı

08.07.2026 276
.

Manat niyə sərbəst buraxılmır? İqtisadi səbəblər açıqlandı

"Azərbaycanda üzən məzənnə rejiminə tam keçilməməsinin əsas səbəbləri ölkə iqtisadiyyatının strukturu, ixrac gəlirlərinin mənbəyi, maliyyə bazarlarının inkişaf səviyyəsi və qiymət sabitliyinin qorunması ilə bağlıdır. Hazırda manat idarə olunan məzənnə rejimindədir. Bu o deməkdir ki, milli valyutanı

14:33 224
.

"Qoyun-quzunu limuzində daşımalıdırlar?!" - Rəsmi cavab

Azərbaycanda heyvanların daşınması ilə bağlı yeni tələblər tətbiq ediləcək. Belə ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məlumatına görə, ölkəyə idxal olunan heyvanlar yalnız ixtisaslaşdırılmış nəqliyyat vasitələri ilə daşınmalıdır. "Qafqazinfo" xəbər verir ki, sözügedən qəra

11:48 259
.

TOP MP3