Bu 8 qida ilə bağlı ŞOK XƏBƏRDARLIQ - ÖLDÜRÜR!
Soyuducunun aşağı temperaturda saxlanması hər ərzağa uyğun deyil. Soyuq mühit bəzi qidaların təbii quruluşunu pozur, dadını dəyişir və hətta zərərli təsirlərə yol aça bilər. Mütəxəssislər müəyyən ərzaqların soyuducuda saxlanmasının doğru olmadığını bildirir.
Musavat.com soyuducuda saxlanmamalı qidaları təqdim edir:
Pomidor
Pomidor soyuducuda saxlananda hüceyrə quruluşu zədələnir. Eyni zamanda təbii yetişmə prosesi dayanır. Soyuq mühit pomidorun dadını zəiflədir. Ona görə də pomidoru otaq temperaturunda saxlamaq düzgündür.
Kartof
Soyuq temperatur kartofdakı nişastanın şəkərə çevrilməsinə səbəb olur. Bu isə həm dadını dəyişir, həm də bişməsinə mənfi təsir göstərir. Soyuducudakı yüksək rütubət kartofun daha tez çürüməsinə şərait yaradır. Kartof üçün ən ideal mühit sərin, quru və qaranlıq yerdir.
Soğan
Soyuducunun rütubətli mühiti soğanın tez yumşalmasına və kiflənməsinə gətirib çıxarır. Bundan əlavə, soyuducuda digər qidaların qoxusunu asanlıqla özünə çəkir. Təbii qoxusunu və sərtliyini itirməməsi üçün soğan hava dövranı olan yerdə saxlanmalıdır. Bu baxımdan səbət ideal seçimdir.
Sarımsaq
Sarımsaq soyuqda saxlananda daha tez cücərir. Eyni zamanda kiflənmə riski də artır. Sarımsağın ən düzgün saxlama üsulu - sərin, quru və qaranlıq mühitdir.
Çörək
Çörək soyuducuda sürətlə quruyur. Soyuq hava çörəyin içindəki nəmliyi çəkərək onu bərkidir. Təzə qalması üçün çörəyi otaq temperaturunda saxlamaq daha münasibdir.
Şokolad
Şokolad soyuducuda saxlananda səthində ağ təbəqə əmələ gəlir. Dadı dəyişməsə də, ağızdakı hissiyyat kifayət qədər zəifləyir. Şokolad üçün ideal saxlanma temperaturu 16–20°C arasıdır.
Bal
Bal soyuqda kristallaşır və şəkərlənmiş görüntü alır. Bu hal balın təbii quruluşuna zərər verməsə də, istifadəsini çətinləşdirir. Bal illərlə xarab olmadığı üçün otaq temperaturunda saxlanması kifayətdir.
Banan
Banan soyuducuya qoyulduqda qabığı sürətlə qaralır, dadı dəyişir. Banan ən yaxşı dadına otaq temperaturunda yetişəndə çatır.
BiG.Az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 1046 Tarix: 23 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSaç tökülməsi sizi qorxutmasın! Çarə TAPILDI!!!
Dəmir, zülal və sinkin orqanizdə çatmamazlığı saçların tökülməsiinə səbəb olur. Hamiləlik, tiroid, şəkər, qaraciyər və böyrək xəstəlikləri də saçı tökür. Həddindən artıq diaeta, xərçəng xəstəliklərinin müalicəsində istifadə edilən bəzi dərmanlar da saçları tökər, həmçinin rənglənmədə istifadə edilə
17.09.2021 1439 Həddən artıq tərləmənin SƏBƏBLƏRİ
Tərləmə fizioloji prosesdir. Tərləmənin köməyi ilə bədənimiz öz normal hərarətini saxlayır. -a istinadla bildirir ki, mütəxəssislər bununla bağlı maraqlı məlumatlar verir:. - Bundan əlavə tərlə birlikdə orqanizmdən artıq və ziyanlı maddələr (toksinlər, şlaklar və s.) ifraz olunur. İnsana isti oland
18.08.2021 1367 Həkim Delta ştamına qarşı ƏN EFFEKTİV üsulu AÇIQLADI
Delta ştamına qarşı ən təsirli üsul 2 doza "Sinovac"la 1 doza "Pfizer"in qarışığıdır. Bunu yoluxucu xəstəliklər üzrə mütəxəssis Bülənt Ərtoğrul deyib. O bildirib ki, bu nəticəyə mövcud elmi məlumatlar əsasında gəlnib: "2 dozada "Pfizer"in effektivliyi bir qədər aşağı
22.08.2021 1318 Möcüzəvi meyvə: Xərçəng riskini azaldır, şəkəri salır
Çində həyat dərmanı olaraq tanınan innab saysız faydası ilə məşhurdur. Uzun illərdir şəfa qaynağı olaraq tanınan bu meyvənin yeni faydası öyrənilib. -a istinadən xəbər verir ki, innab yemək sizi bir çox xəstəliklərdən qoruyacaq. Tərkibi A və C vitamini boldur. Ürək sağlamlığı üçün xeyirlidir. Bağırsa
23.08.2021 1865 Həkim üzün vəziyyətinə görə diaqnoz edilən təhlükəli xəstəlikləri açıqladı
Asimmetrik üz insultun ilk əlamətlərindən biri ola bilər. Bu barədə rusiyalı onkoloq İvan Karasev danışıb. Onun sözlərinə görə, əksər xəstəliklər insanın üzündə müəyyən izlər buraxır. "Üzdəki quru və çatlamış dəri bədənin susuz qalmasının bir əlamətidir. Bu simptom həm də tər vəzilərinin işi il
28.08.2021 914 "Qarpızın yağlı yeməkdən sonra yeyilməsi düzgün deyil" - HƏKİM
Adətən hər yayda bu mövsüm üçün xarakterik olan hadisələr müşahidə edilir. Qarpızdan zəhərlənmələr, ilan, həşərat sancmaları və sair. Bu il də bədbəxt hadisələrsiz ötüşmədi. Öncə qeyd edək ki, rəsmi məlumatlarda bu vaxta kimi qarpızla bağlı zəhərlənmə hallarının olmadığı iddia edilir. Yayın ən çox sərinləşdiric
22.08.2021 1038 Yoluxucu xəstəliklərdən qorunmaq üçün belə qidalanın
Payızda immuniteti yaxşılaşdırmaq və bədəni gücləndirmək üçün sitrus meyvələrindən istifadə etmək məsləhət görülür, çünki tərkibində olan efir yağları əhval-ruhiyyəni yüksəldir. Bundan əlavə, faydalı yağlar unudulmamalıdır, onları qoz-fındıq, zeytun yağı, avokado və yağlı balıqdan əldə etmək olar. B
12.09.2021 1388 Yaxşı fiziki formaya aparan yolda ilk 5 ADDIM
İlin əvvəlində yaya kimi arıqlamağı özünüzə məqsəd qoymuşdunuz, amma yayın sonunda hələ də məqsədinizə çatmamısınız? O zaman məqsədlərinizə daha ciddi yanaşın və elə bu gündən başlayın. BİG.AZ xarici mətbuata istinadən oxuculara 5 sadə addımdan başlamağı məsləhət görür. Elementar görsənsələr də, bu qaydalar
24.08.2021 957 Yuxusuzluğu aradan qaldıran məlhəm
Yay girəndən bir çoxları yuxusuzluq sindromundan əziyyət çəkir. Yatmaq istəsəniz də, yuxuya getməyə əziyyət çəkirsiniz. BİG.AZ Axşam.az-a istinadən xəbər verir ki, yuxu dərmanı qəbul etmək heç də çıxış yolu deyil. Həm də dərman mədəni zəhərləyir. Yuxusuzluq sindromundan xilas olmaq üçün aşağıdakı məlhəm
22.08.2021 2428