"Özünü kasıb kimi aparır, yeni çarpayı belə almazdı" - Maskın eks-sevgilisi
"SpaceX" və "Tesla" şirkətlərinin qurucusu, milyarder İlon Maskla münasibətindən ikinci övladı olduğunu açıqlayan keçmiş sevgilisi kanadalı müğənni Qrayms "Vanity Fair"ə verdiyi müsahibədə onun bəzi vərdişlərindən də söz açıb.
Axşam.az xəbər verir ki, o, sərvəti 221,1 milyard dollar dəyərində qiymətləndirilən İlonun əslində çox sadə həyat tərzi olduğunu etiraf edib. Onun sözlərinə görə, hamı İlonun dəbdəbəli həyat sürdüyünü düşünsə də əslində bu, belə deyil:
"O, milyarder kimi yaşamır. Bəzən özünü çox kasıb adam kimi aparır. İlon üçün gündəlik həyatda rahatlıq böyük əhəmiyyət kəsb etmir. Məsələn, biz Los-Ancelesdə birlikdə yaşayarkən çarpayıdakı döşəkdə dəlik olduğunun fərqibə vardım. Bunu ona dedikdə yeni döşək almaq əvəzinə, təklif etdi ki, evimdəki döşəyi gətirim. Qısaca yeni çarpayı belə almazdı. Bəzən yoxsul insandan daha aşağı səviyyədə yaşayırdı.
Ona "qonşuların bizə lentə aldığı, mühafizənin belə olmadığı 40 min dollarlıq evdə 8 gün ancaq fıstıq yağı yeməliyəm? Dəbdəbə haqqında çox şey bilmirəm, amma yenə də yeməyə ehtiyacım var" deyə soruşdum".
Qraymsın sözlərinə görə, o, bəzən özünü İlonun yanında iki dünya arasında qalmış kimi hiss edirmiş.
Həmçinin ifaçı bu gün nail olduğu uğurlara çətinliklə çatdığını açıqlayıb. O, karyerasının əvvəlində qastrol səfəri zamanı pulu olmadığı üçün hoteldə qala bilmədiyini və gecəni küçədə keçirməli olduğunu söyləyib. Qrayms dünyanın ən zəngin insanlarından biri olmasına baxmayaraq İlonla münasibətdə olarkən də varlı təbəqəyə aid ola bilmədiyini vurğulayıb.
Müğənni münasibətlərini bitirsələr də dost qaldıqlarını açıqlayıb. O, ilk hamiləliyini çətin keçirdiyi və risk etmək istəmədikləri üçün ikinci övladlarını surroqat ana ilə dünyaya gətirdiklərini deyib.
Qeyd edə ki, cütlük üç illik münasibətin ardından 6 ay əvvəl ayrılıb. Onların X Æ A-Xii adlı oğulları və Exa Dark Siderel adlı qızları var. Ümumilikdə 50 yaşlı İlon 7 uşaq atasıdır. Onun birinci həyat yoldaşı, kanadalı yazıçı Castin Maskdan daha beş oğlu var. İlon hazırda avstraliyalı aktrisa Nataşa Bassettlə münasibətdədir.
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1403 Tarix: 13 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşCəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR
"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə
11.09.2021 2925 İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA
Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü
11.09.2021 2356 İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO
Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini
13.09.2021 2197 Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO
Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib
14.09.2021 2001 Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO
Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ
14.09.2021 1051 Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL
Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A
11.09.2021 3168 Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO
Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd
11.09.2021 1188 Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...
Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın
14.09.2021 1495 Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı
Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib
13.09.2021 2571