Texnoloji şirkətlər planetin iqtisadi, siyasi vəziyyətini formalaşdırırlar

Texnoloji şirkətlər planetin iqtisadi, siyasi vəziyyətini formalaşdırırlarEkspertlər deyirlər ki, trilyonluq şirkətlərin dünya siyasətinə, iqtisadiyyatına ciddi şəkildə təsiri var. Əgər əvvəllər neft, enerji ön planda idisə, dünya siyasətinin xəritəsini enerji təyin edirdisə, indi texnoloji şirkətlər planetin iqtisadi, siyasi vəziyyətini formalaşdırırlar.

Mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edirik:

"Apple" şirkətinin kapitallaşması 2018-ci ilin avqustunda 1 trilyon, 2020-ci ilin eyni dövründə isə 2 trilyon dollar bazar dəyərinə çatmışdı. Bu yaxınlarda isə 3 trilyon ABŞ dollarını ötdü. Beləliklə, dünyada bazar dəyəri 3 trilyon dollara çatan ilk şirkət oldu.

Böyümənin yaratdığı yeni reallıqlar

Dünya şirkətlərinin "1 Trilyon Dollar Klubu" adlı bir qruplaşması var. Burda bazar dəyəri 1 trilyon dolları keçən "Apple", "Microsoft", "Amazon", "Alphabet Inc", "Meta" şirkətlərinin adı keçir. Səudiyyə Ərəbistanının neft şirkəti olan "Saudi Aramco"nun da 1 trilyon 869 milyard dollarlıq bazar dəyəri mövcud olsa da, səhmlərinin çox az hissəsi birjada satışa çıxarılır.
Hazırda "Apple"in 3 trilyon dollarlıq bazar dəyəri İspaniya və İtaliyanın birgə ümumi daxil məhsuluna yaxındır. Yəni kapitallaşması dövlət maliyyəsi səviyyəsinə çatan şirkətlər var. Artıq milyon, milyardlıq deyil, trilyonluq kapitallarla dünyada fəaliyyət göstərirlər.
"Apple"la yanaşı, digər şirkətlərin də sürətlə böyüdüyünün şahidi oluruq. Bu böyümənin dünyaya yeni reallıqlar gətirdiyi bildirilir. O reallıqlar nələrdir? Dünyanı nələr gözləyir?

Amerikanı hegemon edən bir səbəb

İqtisadçı Xalid Kərimli deyir ki, bu gün Amerikanı dünya hegemonu edən əsas səbəblərdən biri də transmilli şirkətlərdir: "Dünyanın trilyonluq kapitalı olan şirkətlərinin siyahısında olanların hamısı texnoloji və Amerika şirkətləridir. Hazırda Amerikanın dünya hegemonu olmasının əsas səbəblərindən biri də bu şirkətlərdir. Yəni Amerika həm ödənişlər, həm fintex sahəsində, həm texnologiya inkişafı, texnologiyanın ixracı sahəsində dünyada bir nömrəli ölkədir. Çip istehsalı da, həmçinin. Dünyada çip istehsalının hamısı Amerika və Avropanın monopoliyasındadır. Bu ölkələr texnoloji sahəyə vaxtında yatırım etməklə çox irəli gediblər, indi də ciddi şəkildə rəqabət üstünlüklərinə malikdirlər və bunu inkişaf etdirirlər".

"Əvvəllər neft, enerji ön planda idi"

X.Kərimlinin sözlərinə görə, trilyonluq şirkətlərin dünya siyasətinə, iqtisadiyyatına ciddi şəkildə təsiri var: "Əvvəllər neft, enerji ön planda idi. Dünya siyasətinin xəritəsini enerji təyin edirdisə, indi artıq sürətli şəkildə texnoloji şirkətlər dünyanın iqtisadi, siyasi vəziyyətini formalaşdırırlar. Pandemiya dövründə ölkələr arasında qeyri-bərabərlik, cəmiyyətlərdə gəlir bölüşdürülməsi, ədalətsizlik daha da artıb. İndi bizim qarşılaşdığımız inflyasiya, ərzaq, qeyri-ərzaq məhsullarının bahalaşması pandemiyanın problemləri fonunda həmin o iri şirkətlərin apardığı siyasətin nəticəsidir. Yəni öz pullarını ucuzlaşdıraraq öz vətəndaşlarına, şirkətlərinə pul paylayırlar. Dünya isə bundan əziyyət çəkir".

Ağıl, bilik, kapital, texnologiya, təhsil…

İqtisadçının sözlərinə görə, bu prosesin qarşısını almaq mümkünsüzdür: "Qloballaşmanın əleyhdarları da var, tərəfdarları da. Əleyhdarlar mitinq edirlər, piketə çıxırlar və s. Ancaq dünyanın indiki gedişatı bu cürdür. İkinci bir "Apple", "Amazon" yarada bilmirik. Bu şirkətlərlə yanaşı yüzlərlə şirkət bazarlarda iştirak edir. Amma onlarla rəqabət apara bilmirlər. Bu, dünya düzənidir. Bunun qarşısının alınması dünya düzəninin dəyişməsi ilə nəticələnər. Buna ağıl, bilik, kapital, texnologiya, təhsillə nail olublar. Dayanıqlı üstünlüklər qurublar. Kapitalı, texnologiyası olan, informasiyanı idarə edən şəxslər həmişə udacaqlar".

Sürətli böyümənin səbəbi

IT mütəxəssisi Vahid Qasımov bildirdi ki, ağıllı sistemlərə keçid sürətli şəkildə getdiyi üçün hazırda dünya iqtisadiyyatının inkişafı IT sahəsində özünü daha çox göstərəcək: "Robotlar, avadanlıqlar, müxtəlif proqram təminatı ilə insan gücü vasitəsilə görülən işləri əvəz etmək faizi getdikcə böyüyür. Süni intellekt sistemlərinin istifadəsi ilə bəzi əqli ixtisasların da əvəz olunacağı isə bizə 10 ilə yaxındır ki, bəllidir. Elektron hökumətlə əlaqədar bir çox peşəni, ən azından bəzi funksiyalarını hazırda maşınlar əvəz edə bilir. Eyni şey yaxın 5-10 il ərzində mühasibləri, tərcüməçiləri və s. gözləyir. 30-35 faiz ixtisasın yaxın 10-15 il ərzində yox olacağı proqnozunu artıq veriblər. Bir çox ixtisasları texnoloji məhsullar əvəz edəcəyinə görə, aydın məsələdir ki, IT sektorunun inkişafı heç də təsadüfi deyil".

Yeni güclü oyunçular çıxacaq

V.Qasımov deyir ki, düzgün siyasət aparan transmilli şirkətlərin daha da böyüyəcəyinin şahidi olacağıq: "Texnologiya şirkətləri dünyada bir neçə əldə cəmləşib. Onlar düzgün siyasət, strategiya apardıqları zaman daha da böyüyə bilərlər. Səhv strategiya apardıqları zaman isə onların kiçilməsi və yox olması mümkündür. "Motorola", "Nokia"nın timsalında bunları müşahidə etmişik".
V.Qasımov bildirdi ki, yaxın illərdə Çin və Koreyanın texnoloji şirkətləri də beynəlxalq aləmdə söz sahibi olacaqlar: "Hazırda bazarda əsas payı "Apple" əlində saxlayır. Ancaq Koreya və yaxud Çin istehsalçıları inkişaf edirlər. Ola bilsin ki, yaxın 5 il ərzində bazara yeni bir neçə güclü oyunçu çıxacaq. Onlar da bu sektorda söz sahibi olacaqlar".


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 947   Tarix: 02 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.