Şəhid ailələrini aldadaraq pul alan şəxs həbs edildi

Şəhid ailələrini aldadaraq pul alan şəxs həbs edildiBakıda vətəndaşların külli miqdarda pulunu mənimsəməkdə təqsirləndirilən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, vətəndaşlar Ü.Əsədova, K.İsmayılova və E.Eynullayev DİN-ə müraciət edərək Bakı şəhər sakini Fərid Abdinovun onlara müxtəlif vədlər verərək, etibarlarından sui-istifadə etməklə külli miqdarda pul vəsaitlərini ələ keçirdiyini bildiriblər.

Vətəndaşların şikayətləri araşdırılıb və onların F.Abdinov barədə qeyd etdikləri qanunsuz əməllər təsdiqini tapıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanmış, Fərid Abdinova ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İstintaqla müəyyən edilmişdir ki, F.Abdinov dələduzluq yolu ilə zərərçəkənlərin ümumilikdə 178 min manat pulunu ələ keçirib.

F.Abdinovun qanunsuz əməllərindən zərərçəkən digər vətəndaşlar varsa, bu barədə DİN-in "102" Xidməti-Zəng Mərkəzinə, ərazi polis orqanlarına və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.

Qeyd edək ki, sosial şəbəkələrdə Fərid Abdinov adlı şəxsin şəhid ailələrini aldadaraq, onlardan pul alması barədə məlumatlar yayılıb. İddia olunmuşdu ki, o, xəstə övladı olan insanlardan, o cümlədən, şəhidlərimizin həyat yoldaşlarından müxtəlif məbləğlərdə pul alaraq, onlara müxtəlif vədlər verib, onların etibarından sui-istifadə edərək külli miqdarda vəsaitlərini ələ keçirib.

Bundan başqa, MİDA-dan mənzil almağa kömək edəcəyini vəd edərək, vətəndaşdan 18 000 AZN pul alıb.

Məsələ barədə Daxili İşlər Nazirliyi araşdırma aparıldığını açıqlamışdı.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 670   Tarix: 24 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

KTM-in mətbuat katibi vəzifəsindən ayrıldı

Kliniki Tibbi Mərkəzin (KTM) mətbuat katibi Ruzbeh Məmməd vəzifəsindən ayrılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib. "Kliniki Tibbi Mərkəzlə ("Semaşko") yollarımız ayrıldı. 4 ilə yaxın müddətdə jurnalist həmkarlarımla çox yaxşı əlaqələrimi

31.08.2026 183
.

Tramp İranı hədələyib: Onları çox sərt vuracağıq

ABŞ ötən gecə İranın həyata keçirdiyi hücumlara cavab verəcək. Bunu ABŞ Prezidenti Donald Tramp "Fox News"a açıqlamasında deyib. "Biz onları çox sərt vuracağıq", - Tramp deyib. Qeyd edək ki, ötən gecə ABŞ İranın Larak adasında raket qurğularını hədəfə alan hücumlar həyata keçirib

31.08.2026 142
.

Kənd Təsərrüfatı Nazirliyi ilə Veysəloğlu Şirkətlər Qrupu arasında memorandum imzalanacaq

Veysəloğlu Şirkətlər Qrupunun Məmmədli Logistika Mərkəzində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti ilə işgüzar görüş keçirilib. Görüşdə kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev, "Aqrar Tədarük və Təchizat" ASC-nin İdarə Heyətinin sədri Elgün Məhəmmədəlizadə

31.08.2026 175
.

Qızıl ucuzlaşdı

Comex birjasında qızıl fyuçersinin qiyməti avqustun 19-dan bəri ilk dəfə bir troya unsiyası üçün 4 450 dollardan aşağı düşüb. xəbər verir ki, bunu birja məlumatları göstərir. Bakı vaxtı ilə saat 06:48-ə olan vəziyyətə görə, qızılın qiyməti 1,86% ucuzlaşaraq bir troya unsiyası üçün $4 445,6 təşkil edib

31.08.2026 115
.

Paşinyan Bişkekdə Modi ilə görüşdü

Ermənistanın Baş naziri Nikol Paşinyan və Hindistanın Baş naziri Narendra Modi arasında Bişkekdə görüş keçirilib. xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb. Məlumata görə, liderlər iqtisadiyyat, texnologiya, səhiyyə və əczaçılıq, təhsil, infrastruktur, investisiya və turizm sahələrind

31.08.2026 137
.

Sentyabrın ilk günü də yağış yağacaq

Sentyabarın 1-də havanın yağışlı keçəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli leysan xarakterli yağıntının intensiv olacağı

31.08.2026 239
.

Bişkekdə Azərbaycan və Belarus prezidentlərinin görüşü olub - FOTO

Azərbaycan Prezidenti İlham Əliyevin avqustun 31-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Sammiti çərçivəsində Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşü keçirilib. xəbər verir ki, bu barədə "Report"un Qırğızıstana ezam olunmuş əməkdaşı xəbər verir

31.08.2026 122
.

Nepalda ölənlərin sayı 1000-ə çatır

Nepalda sel və daşqın nəticəsində ölənlərin və itkin düşənlərin sayı hər saat artır. BİG.AZ Sky News-a istinadən xəbər verir ki, yüzlərlə cəsəd, əksəriyyətinin kimliyi məlum deyil, dayaz məzarlarda basdırılıb. Çərşənbə günü baş verən daşqınlardan sonra rütubətli havada çürüməyə başlayanda bir çoxu te

31.08.2026 247
.

İndoneziya və ABŞ illik hərbi təlimlərə başlayır

Amerika Birləşmiş Ştatları və İndoneziya bazar ertəsi günü illik birgə hərbi təlimlərinə başlayıblar. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, bu təlimlər bu il yeni müdafiə tərəfdaşlığı elan edildikdən bəri ilk dəfə keçirilir. Təlimlərdə taktiki hava atışları və raket atışlarından tutmuş cəngəlli

31.08.2026 184
.